Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QLAZQO UNİVERSİTETİNDƏ MİNİ BOMBA Adalet.az | QLAZQO UNİVERSİTETİNDƏ MİNİ BOMBA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

QLAZQO UNİVERSİTETİNDƏ MİNİ BOMBA

10963    |   2019-03-07 14:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük Britaniyanın Qlazqo universitetinə London aeroportunda və vağzalında bundan əvvəl tapılmış analoji əldəqayırma partlayıcıya oxşayan bağlama göndərilib.

Britaniya polisinin saytından verilən məlumata görə, universitetə şübhəli bağlama göndərilməs ilə bağlı məlumat daxil olub və təcili olaraq xüsusi xidmət əməkdaşları bununla bağlı məlumatlandırılıb. Universitetin bir neçə binası boşaldıqdan sonra polislər bağlamanı nəzarət altında partladıblar. Partlayış nəticəsində xəsarət alan olmayıb.

Klark Caretta polisinin əks terror xidmətinin nümayəndəsinin sözlərinə görə, Qlazqo universitetinə göndərilən bağlama və partlayıcı maddənin tipi bundan əvvəl Londonun Vaterloo vağzalında və Hitrou aeroportunda tapılan üç bağlama ilə uyğun gəlir. Bildirilir ki, polisin ilkin gümanına görə, bu bağlamalar İrlandiyadan göndərilib.




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK