Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: AĞIZDAN TİKƏNİ, BAŞDAN PAPAĞI... Adalet.az | Faiq QİSMƏTOĞLU: AĞIZDAN TİKƏNİ, BAŞDAN PAPAĞI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: AĞIZDAN TİKƏNİ, BAŞDAN PAPAĞI...

4811    |   2019-03-07 12:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Deyirlər ki, pah attonnan, filankəs yaman fərasətlidir, çünki yumurtadan tük qırxır. Bugünkü dünyamız belə "fərasətli” adamları öz qoynuna alır və ona yaşıl işıq yandırır. Bu gün hara getsən birinci soruşmurlar ki, sənin diplomun, savadın var, ya yox?! Elə ki, onların istəyiylə oturub-durdun, bax, onda sənin işin "xod” gedəcək. Yəni savaddan da, diplomdan da öncə vacib məsələlər var. Alıb- verməyi, qonaq-qara yola salmağı bacardınsa, deməli, tay sənə zaval yoxdur.

Savada, elmə, mədəniyyətə, peşəkarlığa çox nadir halda qiymət verilir. Və onda da səni aparıb bağlayırlar el dilində demiş olsaq, bir eşşəyin quyruğuna. Və bu eşşək də uzun müddət sənə rəhbərlik edir, göstəriş verir, lap lazım gələndə danlayır da. Kişinin oğlu axı rəhbərdir, "çox şey” bilir. Əksinə, rəhmətlik Əvəz müəllimin dediyi kimi, qandığı qrafa da yoxdu və iki eşşəyin arpasını da bölməyi bacarmır. Qandığı qrafa olmasa da, iki eşşəyin arpasını bölməyi bacarmasa da, amma tabeliyində olan işçiləri başıqapaz eləyir...

... İndi çox adamın savadlı, ağıllı və istedadlı ziyalılardan xoşu gəlmir. Ziyalı görəndə elə bil ki, qutuda ilan görür. Baxın görün ölkəmizdə hansı tanınmış ziyalıların övladları vəzifə başındadır?! Məsələn, Ziya Bünyadovun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin və digər tanınmışların övladları işsizdir. Təbii ki, onların da yerini tutanlar atası nazir, nazir müavini, prokuror, rəis, hakim olanlardı. Ola bilər ki, hansısa vəzifəli şəxsin övladı çox istedadlı və savadlı olsun və o da yüksək bir kürsüdə yer tutsun. Bu, normal haldır. Amma ücdantutma hüquq-mühafizə orqanlarında və eləcə də digər icra orqanlarında çalışanların əksəriyyəti vəzifəli şəxlərin övladlarıdır. Ata hesabına gəlib mövqe tutan adamsa, dövlətin, xalqın mənafeyindən öncə öz marağını güdəcək.

Çox şey yazıb başınızı ağrıtmaq istəmirəm. Onsuz da o qədər dərdimiz var ki?! Ki, hərənin başı öz dərdinə qarışıb. Yəni hərə öz canının hayındadır. Heç bu dəqiqə qardaş qardaşı axtarmır, bacı qardaşı soraqlamır. Çünki bacının da, qardaşın da çiynində elə bir yük var ki, onu çəkməkdən beli əyilib...

Adam da var ki, bu çətin zəmanədə heç dünya vecinə deyil. Niyə də veci nə olsun?! Ki, oturub vəzifə kreslosunda kef eləyir. Camaatın ağzındakı sonuncu tikəni də çıxarmaq haqqında düşünür. Tay fikirləşmir ki, vaxt gələcək, o da kreslodan sürüşüb düşəcək və onun da ağzındakı tikəni alıb qaçacaqlar. Bu anda yadıma istedadlı şair-publisist dostum Asif Talıboğlunun "Dünya” şeiri düşür:


Bir şirin nağıla bənzəyir həyat,

Sevinci bir andır, kədəri qat-qat,

İstər eşşək olsun, istərsə Qır at,

Minib çapa bilsən sənindir dünya.


Çoxunu aldadıb sığallar telin,

Nə qədər yalvarsan uzatmaz əlin,

Bir dəlisov kişi, bir gözəl gəlin,

Dilini tapa bilsən sənindir dünya.


Talıboğlu, sənə kəsilib yağı,

Çoxunun sönübdür vaxtsız çırağı,

Ağızdan tikəni, başdan papağı,

Alıb qaça bilsən sənindir dünya.

Bax, dünya bu gün belələrini sevir. Və dünya yalançıları, ikiüzlüləri, yaltaqları, binamusları öz köksünə çəkir. Vaxtilə böyük rus yazıçısı Dostoyevski "İdiot” romanında da məhz yaltaqları, şərəfsizləri sinəsinə çəkən dünyadan inciyir. Knyaz Mışkin kimi işıqlı və təmiz adama o bataqlıqda yer yoxdur. Heç dünya dəyişməyib, elə həmin dünyadı, əksinə, bir az da qaranlıqlaşıb. Dünyanın gün işığı azalıb, yarasaları çoxalıb...

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə sübut edib ki, o, hər bir azərbaycanlının prezidentidir. Prezident xalqa yaxınlaşır, amma onun ətrafındakı bəzi qüvvələr xalqın ziyalılarının, işıqlı adamlarını ona yaxınlaşmasına imkan vermir. Necə ki, bu günlər cənab prezidentlə mədəniyyət və incəsənət xadimlərinin görüşündə olduğu kimi... Elə görüş iştirakçılarının bəziləri susmağı və nöqsanları deməməyi məsləhət bilib. Ancaq Afaq Bəşirqızı kimi və eləcə də digər ziyalılar əsl həqiqəti prezidentə çatdırıblar və prezident də bütün qaldırılan problemləri elə həmin günü həll edib.

Həmin görüşə xalq artisti Rasim Balayev dəvət edilməyib. Onu mədəniyyət naziri Əbülfəs Qarayev belə izah edir: "Azərbaycanda 270 xalq artisti, nə qədər xalq yazıçısı, xalq şairi, xalq rəssamı var, onların hamısını o məkana toplaya bilməzdik”.

Onu da deyək ki, Rasim Balayev Azərbaycan kino sənətində çox məhşur olan iki aktyordan biridir. Bu adam nə üçün həmin görüşə dəvət edilməsin? Prezident İlham Əliyev elə həmin günü xalq artisti Rasim Balayevə zəng vurub. Bu barədə Rasim Balayev özü məlumat verib: "Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Bildirdi ki, bu il kino sahəsinə beş milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirlərilə üst-üstə düşür”.

Bizdə həmişə belədir. Düz danışan, həqiqəti deyən, Prezidenti sevən adamları onun yanına buraxmağa qorxurlar. Qorxurlar ki, prezident həqiqəti bilər, ona yalan məlumat verən şəxsləri cəzalandırar. Amma bu xalq, bu millət içi mən qarışıq, cənab Prezidenti çox istəyirik. Çünki o heç vaxt bu xalqın ağrısına, acısına, dərdinə biganə qalmayıb. Əksinə, xalqın, millətin yanında olub. Öz ad gününü təmtəraqlı yerdə deyil, qaçqınların yanında keçirib. Dünyanın heç bir yerində İlham Əliyev kimi sadə və səmimi prezident yoxdur. Rasim Balayevə telefon açmaq, onunla söhbət etmək bir daha cənab prezidentin böyüklüyünü göstərir.

Süni maneələr törədən, prezident və xalq arasında uçurum yaratmağa cəhd edən xəyanətkarlar zaman-zaman üzə çıxacaq. Necə ki, nehrə çalxalandıqca yağla ayran, şor bir-birindən aralanır. Və bu xalq hər zaman, hər an İlham Əliyevin ətrafında olacaq. Çünki o, xalqının körpəsindən ahılına qədər hamısına kömək göstərir, arxa durur.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK