Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Təqaüd …Ya da pensiya… Hər nəysə… Adalet.az | Təqaüd …Ya da pensiya… Hər nəysə… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Təqaüd …Ya da pensiya… Hər nəysə…

İradə TUNCAY

10595    |   2019-03-07 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sakitcə baxıram üzünə. Üzdən sakitəm, içimdə fırtınalar. O isə üzdən də sakit deyil. Həmişəki halı. Mənim sakitliyim də sirayət eləmir. Anlayıram – ömrü ağır xəstənin yanında keçib. Xəstəlik isə bulaşıcı olmasa da, sirayətedicidir.

- Kitabları vermişəm satılmağa. Zəng ediblər ki, VÖEN lazımdı. O nədi?

- Kim aparıb kitabları? Hara vermisən? Yəqin vergiyə görədi. Nə qədər satılıb ki?

- Dedilər səkkiz kitab.

- Səkkiz kitabdan milyon qazanacaqsan da yəqin. Elə fikirləşirlər.

- Mənə niyə pensiya vermirlər?

- Alırsan da 225 manat. 45 ilin əvəzidi.

- Onun yaradıcılığın mən köçürmüşəm axı. Mən olmasam o şeirləri oxuya bilməzdilər.

- Pensiya verənlər xahiş eləmişdi səndən?

Anlamır deyəsən, nə dediyimi. Susur. Sonra ağlına nə gəlirsə məni susdurmaq istəyir:

- Tədbirlərdə oxuyurlar…

Dəli qəh-qəhə gəlir içimdən:

- Deyirsən sən onları köçürməsən şeiri oxunacaq şair tapılmayacaqdı?

Bizdə şairdən bol nə var? Hələ üstəlik qohum-qardaşlı şairdən…

***

Oktyabrda atamın 85 yaşı olanda məzar üstə toplanmışdıq. Rəşad qulağıma pıçıldayır ki, filankəsin arvadı zəng edib Yazıçılar İttifaqına, deyib ki, Məmməd Arazın xanımı çox əziyyət çəkir. Yəni maddi cəhətdən… Məndən soruşdular ki, bəs xəbəri yoxdu Aqilin?


***

O an hiss etdim ki, məni qızdırma basdı. Yəni pensiya söhbəti dəfələrlə olsa da, hər dəfə "Sənin nə ehtiyacın var ki, hardansa gələcək pula?” -demişdim . "Nə lazımındı biz alırıq da”- demişdim. Kiməsə zəng edib belə istəkdə bulunacağı ağlıma da gəlməmişdi. Telefon çıxardanın var-yoxun yad edirəm… Amma həm də yadıma düşür ki, rastlaşdığı yaşıdlarından birinci soruşduğu pensiya məbləğidi. Görünür, ömrün bu çağında həyatın ən maraqlı tərəfi elə budur – nə qədər qəribə olsa da. Xərcləyə bilmədiyin, ya da dərmana xərclənən məbləğ…

Həm də qəribə dəyişimlər olur insan xarakterində bu sinnə çatanda. Yanaşı yaşayıb da görənlər bilir. Hər zaman şikayət, narazılıq, umu-küsü… Amma beyində baş verən fizioloji dəyişikliklərə nə müdaxilə etmək olar ki? Bunu heç elm bacarmır…

***

-Bəs, filankəsə niyə veriblər pensiya ?

-Nə bilim? O özü hər yerə gedir yəqin, ona görə. Hər qapını açır…

-Mənə də versinlər. Mən neçə il əlyazmalarını köçürmüşəm lupaynan.

-Sənə deyə bilərlər ki, köçürməyəydin.

-Məndən başqa heç kim oxuya bilmirdi onun xəttin…

-Mən neyləyim ???

-Ağız aç mənimçün də. Mən heç kimin çörəyin yemək istəmirəm. Öz pulum olsun.

-Mən pensiya işin həll eləmirəm. Heç kimə ağız açası da deyiləm. Sən də 225 manat alırsan. Qalan xərcləri də biz edirik. Yəni bizim borcumuzdu edirik… Sən də heç yerə zəng-flan eləmə. Kitabları da göndərmə heç yerə. Kimə lazımdı? Yaxın vaxtlarda heç bizim dildə danışan qalmayacaq...

-Bəs, nə olsun bu kitablar?

-Durub da evdə. Hələki sən də bu evdə yaşayırsan. Rəhmətlik Prezident vermişdi evi sizə. Əlindən alan yoxdu ki? Ehtiyac olsa satarsan…

-Mən bu yaşımda evimdən çıxası deyiləm.

-Kim dedi ki çıx? Elə dedim də. Heç kimə də zəng eləmə!!!

-Abdullazadəyə demək olmaz?

-İndi orda başqa xanımdı… Olmaz…

Həm də fikirləşirəm – qəribədi… Hər tərəfdən təmin olunanlar… Arvadı, oğlu, qızı… Niyəsə barmağını bizə tuşlayır həmən dəqiqə… Belə olmalıdı yəqin?.. Yetim əlində qoğal əcaibdi? Nəçilik kimlikdən gərəklidi…




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK