ANA SƏHİFƏ / YAZARLAR

"Nabucco" reallaşdı

19833    |   2011-02-24 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son zamanlar "Nabucco" layihəsi az qala bütün dünyanı ilgiləndirəcək bir problemə çevrilmişdi. Dəfələrlə bu layihə masaya yatırılsa da, son anda gerçəkləşməmişdi. Çünki dünyanın böyük dövlətlərinin "razborkası" buna imkan vermirdi. Bu layihənin gerçəkləşməsində əsas rol, daha dəqiq desək, müstəsna rol Azərbaycanın üzərinə düşür. Azərbaycan da çox incə bir siyasət yürüdür. Dünyanın dev dövlətlərinin apardıqları Obamanın saçı kimi qarmaqarışıq siyasətinin içindən başarı ilə çıxmaq o qədər də asan deyil. Amma möhtərəm prezidentimiz İlham Əliyev bunu bacardı. Dəfələrlə dev dövlətlərin "razborkasından" Azərbaycanı başarı ilə çıxardığı kimi bu problemin həllində də Azərbaycanı başarı ilə çıxara bildi. Və bir daha sübut etdi ki, Azərbaycan öz siyasətini heç bir xarici dövlətin təzyiqi altında yönəltmir. Azərbaycan prezidenti Azərbaycan siyasətini millətinin və dövlətinin maraqları ilə yönəldir.
   Azərbaycan Rusiyaya ildə 500 milyon kubmetr qaz satacağı ilə bağlı müqavilə imzalayandan sonra müxalifət ictimaiyyətdə belə bir qənaət formalaşdırırdı ki, Azərbaycan Rusiyanın təsiri altına düşdü, Rusiyadan qorxdu və sair və ilaxır, ona görə də "Nabucco"dan geri çəkildi. Amma prezident Azərbaycanın bu layihədə iştirakının mümkünlüyünü bildirdi.
   Artıq "Nabucco" gerçəkləşdi. Bakıdan Avropanın içərilərinə çəkiləcək bu qaz kəmərinin imza törəni dünən Avropanın beş böyük dövlət başçısının iştirakı ilə Ankarada gerçəkləşdi. Lap son günlərdə Türkmənistan da "Nabucco"ya qoşulduğunu bəyan etdi.
   Son zamanlar Türkiyəyə qaz satışı ilə əlaqədar bu iki qardaş ölkə arasında bir balaca gərginlik yaransa da tarix göstərdi ki, Azərbaycan həmişə Türkiyənin yanındadı. Çünki "Nabucco" layihəsindən ən çox gəlir götürən dövlət Türkiyə olur.
   Əvvəla, təxminən 3200 kilometr uzunluğunda olan bu kəmərin 1950 kilometri Türkiyənin içindən keçir. Bundan başqa, bu layihə imkan verir ki, Türkiyə ərazisindən keçən qazın 15 faizini istifadə edə bilsin. Bundan başqa, burada 5 minə yaxın türk işlə təmin olunacaq. Türkiyə hər il buradan nə qədər xeyir götürəcək. Və eyni zamanda Türkiyənin dünyada önəmi artacaq və hətta bu layihə Avropa Birliyinin qapısını Türkiyənin üzünə açacaq.
   Hazırda Rusiya Qazaxıstanın və Özbəkistanın bu layihəyə qoşulmaması üçün çabalar göstərir. Ola bilər ki, müəyyən vaxta qədər qazaxlar və özbəklər Rusiyanın qorxusundan bu layihəyə qoşulmasınlar. Amma sonda mütləq bu Türk respublikaları da bu layihəyə qoşulmaq məcburiyyətində qalacaqlar. Məşhur bir kəlam var: "Kendinə gəl, türk oğlu, sən kendinə gələndə böyük olursan!" Əvvəl-axır qazaxlar və özbəklər də kendilərinə gələcəklər.
   Bəli, dünən "Nabucco"nun gerçəkləşməsi üçün imzalar atıldı. Layihənin reallaşmasına 2011-ci ildə başlayacaqlar, 2014-cü ildə də başa çatacaq.
   Sonda. Bu layihənin adı məşhur italiyan bəstəkarı Verdinin "Nabucco" operasından götürülüb. Bakıdan başlanan kəmər Verdinin vətəni Romada sona çatır. Bəlkə də ona görə...


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK