ANA SƏHİFƏ / YAZARLAR

ÇİNDƏ XOCALI QƏTLİAMI

(Ərdoğan Çinə "one minute" dedi)

14256    |   2009-07-10 02:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1992-ci ildə fevralın 26-da bütün dünyanın gözü qarşısında erməni faşizmi Xocalıda görünməmiş bir qətliam törətdi. Nə cocuğa baxdılar, nə qarıya, nə ağsaqqala, nə də ağbirçəyə. Minə yaxın insanı ikicə saatın içində süngüyə keçirdilər, hamilə qadınların bətnindəki cocuqları da çıxarıb öldürdülər. Dünya susdu. Əslində elə bu gün də susur. Niyə? ?ldürülənlər müsəlman idi və daha dərinə getsək, türk idi.
   
   Bu gün Çində bir Xocalı qətliamı həyata keçirilir. Minlərlə insan türk olduğuna görə öldürülür, evləri yandırılır, yağmalanır. Nə cocuğa baxırlar, nə qocaya, nə qıza, nə gəlinə.
   
   Və yenə dünya susur. Birləşmiş Millətlər Çayxanasının "vor zakonlarından" olan Çində müdhiş bir qətliam həyata keçirilir, amma Birləşmiş Millətlər Çayxanası hələ ki, yerindən dəbərmir.
   
   1992-ci ildə fevralın 26-da bütün dünyanın gözü qarşısında erməni faşizmi Xocalıda görünməmiş bir qətliam törətdi. Nə cocuğa baxdılar, nə qarıya, nə ağsaqqala, nə də ağbirçəyə. Minə yaxın insanı ikicə saatın içində süngüyə keçirdilər, hamilə qadınların bətnindəki cocuqları da çıxarıb öldürdülər. Dünya susdu. Əslində elə bu gün də susur. Niyə? ?ldürülənlər müsəlman idi və daha dərinə getsək, türk idi.
   
   Bu gün Çində bir Xocalı qətliamı həyata keçirilir. Minlərlə insan türk olduğuna görə öldürülür, evləri yandırılır, yağmalanır. Nə cocuğa baxırlar, nə qocaya, nə qıza, nə gəlinə.
   
   Və yenə dünya susur. Birləşmiş Millətlər Çayxanasının "vor zakonlarından" olan Çində müdhiş bir qətliam həyata keçirilir, amma Birləşmiş Millətlər Çayxanası hələ ki, yerindən dəbərmir.
   
   İtaliyada Böyük Səkkizliyin görüşüdü və Çin də bu səkkiz "vor zakon"dan biridi və onlar da susur. Çünki öldürülən müsəlmandı və daha dərinə getsək, türkdü.
   
   
   
   Bizim işimiz lap ağırdı. Bizi iki cür cəzalandırırlar: həm müsəlman olmağımıza görə, həm də türk olmağımıza görə.
   
   ?zü də bu qətliam Çində birinci dəfə həyata keçirilmir. Bu, hər on ildən bir həyata keçirilir. Düşünülmüş, planlı şəkildə.
   
   Çin hökuməti böyük kamplar qurur və 12-18 yaş arasındakı uyğur gənclərini məcburi şəkildə bu kamplara yığırlar və bu kamplarda beyinlərini yuma əməliyyatı həyata keçirirlər. Onlara türk olduqlarını unutdurmağa çalışırlar. Zorla çinlilərlə evləndirirlər. Çinli ilə evlənənlərə ev də verirlər. Əslində bunlar böyük həbs düşərgələridi. Və qeyri-rəsmi məlumata görə, 20-dən çox belə həbs düşərgəsi fəaliyyət göstərir. Və bəzən bu düşərgəyə gətirilənlər 15-20 il bu düşərgələrdə yaşamaq məcburiyyətində qalırlar.
   
   Bundan başqa, Çinin müxtəlif əyalətlərində həbsxanadan çıxan cinayətkarları hökumət Uyğurustana sürgün eləyir, bunlar da hamısı oğrular, quldurlar, qatillərdi. Sonra onların ailələrini də arxalarınca göndərir və beləliklə Uyğurustandakı əhali nisbətini planlı şəkildə dəyişir. Və eyni zamanda yuxarıda qeyd etdiyim kimi, uyğur gənclərini məcburi surətdə Çinin başqa-başqa vilayətlərindəki düşərgələrə toplayır, milyonlarla çinlinin arasında itirib-batırırlar.
   
   Fakta nəzər salaq. 1949-cu ildə Uyğurustanda (rəsmi adı Uyğur-Xan Muxtar Vilayəti) 5 milyona yaxın uyğur, 300 min çinli yaşayırdı ki, bu çinlilərin də 150 mindən artığı müsəlman idi. İndi isə Uyğurustanda 25 milyona yaxın çinli yaşayır. Çin rəsmi dairələri uyğurların sayını 10 milyon göstərsə də, əslində bu rəqəm 50 milyondan çoxdur. Ruslar Rusiyada yaşayan tatarların, başqurdların sayını az göstərdiyi kimi, çinlilər də uyğurların sayını həmişə az göstərir. Necə ki İranda azərbaycanlıların sayını az göstərirlər. Necə ki İraqda türklərin sayını az göstərirlər.
   
   Srağagün gecə saat 4 radələrində Türkiyənin "Avrasiya-TV" kanalında Çində baş verən olaylarla bağlı müzakirələr gedirdi. Uyğurustandan bir kişi canlı yayıma qoşulmuşdu. Dinləmək mümkün deyildi. On dəqiqədən, ya bir saatdan sonra övladlarının və özünün başına nə gələcəyini bilməyən bu insan dünyaya haray çəkirdi, göz yaşları içində. Bəli, əsl Xocalı qətliamı. Uyğurlara gecə saat 9-dan səhər saat 9-a qədər küçəyə çıxmaq qadağan olunub. Çinlilər hərbçilərin dəstəyi ilə uyğur evlərinə basqın edir və qırırlar. Yasaq ona görə qoyulub ki, toplum halında olanda heç olmasa özlərini müdafiə edə bilirlər. Əslində bu da bir nəticə vermir. 200-ə yaxın uyğur bir kinoteatra sığınıblarmış, çinlilər hücum edib kinoteatrı da yandırıblar, içindəkiləri də. Rəsmi rəqəmlərlə 160 ölü desələr də, qeyri-rəsmi xəbərlərdə 1500-dən arıq insanın öldüyü, minlərlə insanın yaralandığı göstərilir. Uyğur kişilərini küçələrdən yığıb aparırlar. Hara aparırlar, niyə aparırlar ailələrinə heç bir məlumat verilmir. Qadınlar və uşaqlar başsız qalıb.
   
   Bu gün Çindəki mənzərə belədir. Uyğurlar bizim Qarabağda yaşadığımızı yaşayırlar.
   
   Və dünya da susur.
   
   Şükürlər olsun ki, nəhayət, Türkiyə dilləndi. İlk təpki Milliyyətçi Hərəkat Partiyasından gəldi. Çin Parlamentlərarası Dostluq Qrupunun üzvləri bəyanat verərək qrupdan çıxdılar. MHP-yə AKP-dən də dəstək gəldi.
   
   Hökumət də ayağa qalxdı. Çinin Ankaradakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıldı və ona nota təqdim edildi.
   
   Sayın Rəcəb Tayyib Ərdoğan çinlilərə də "one minute" dedi: "Uyğurlara qarşı vəhşətin qarşısı alınmalıdır". Bundan başqa sayın Ərdoğan məsələnin Birləşmiş Millətlər Çayxanasının Təhlükəsizlik Şurasında qaldıracaqlarını da bildirdi.
   
   Biz də öz sözümüzü deməliyik. Biz də uyğur qardaşlarımıza dəstək verməliyik. Bu qətliamın qarşısının alınması üçün səsimizi ucaltmalıyıq.
   
   Və özü də ona görə yox ki, uyğurlar türkdülər. Söhbət insanlıq faciəsindən gedir. Dəxli yoxdu, türkdü, rusdu, əfqandı, ərəbdi, albandı və sair və ilaxır - İnsandı!
   
   Biz də Çinə "one minute" deməliyik!
   
   


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO