Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Damlanın video söhbəti - İntiqam VALEHOĞLU yazır Adalet.az | Damlanın video söhbəti - İntiqam VALEHOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Damlanın video söhbəti - İntiqam VALEHOĞLU yazır

56077    |   2019-02-27 09:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox uzun yazıb nə sizin, nə də özümün vaxtını almaq istəmirəm. Azərbaycan oxucusunun nə dərəcədə səmimi olub-olmadığını bilmək, ən azı o barədə fikrinizin formalaşması üçün sizə bir neçə gün öncə baş verənləri olduğu kimi yazacam. Qərar vermək, nəticə çıxartmağı sizə buraxıram. Yəni, özünüz özünüzə hakimlik edin, görək nə dərəcədə səmimisiniz.

Təxminən bir həftənin söhbətidir. Redaksiyaya təzəcə çatmışam, kompüteri açan kimi dostlumdan mesaj gəldi: "Təcili WhatsApp-a bax". Baxdım.

Elə üstündən beşcə dəqiqə də keçmişdi, başqa bir tanış video göndərdi. Soruşdu ki, bunu görmüsən? Hələ videoya baxmağa macal olmayıb ha. Elə videonu açmaq istəyəndə daha bir ismarış və dalınca da video gəldi. Yenə bir ismarışda soruşulur ki, doğrudan görəsən odur? Bu minvalla 7-8 oxşar mesaj və dalınca da video gəlir. Mesajlar gəlməyində olsun, baxaq görək videoda nə var, nə yox? Baxdım. Deməli, üzü görünməyən şəxslə bir qadının intim görüntüləridir. Amma insaf naminə demək lazımdır ki, qadın videonun çəkildiyindən xəbərdar olsa da, abırına sığınıb səsini çıxartmır, eləcə kirimiş dayanıb, bir əliylə də üzünü tutur. Elə xoşuma gəldi ki. Deməli, hələ abır-həyamızı tamam itirməmişik də. Doğrudan da halal olsun. Mərifət-qanacaq, abır-həya başqa şeydir. Xülasə, bir dəqiqə səkkiz saniyəlik videoya axıra qədər baxdım. Hələ də bu videonun niyə məhz mənə göndərildiyini başa düşmürəm. On beş dəqiqə keçməmişdi ki, həmin videodan bir foto və "Damlanın intim görüntüləri yayıldı?" başlığıyla xəbərlər saytları bəzəməyə başladı.

Təsəvvür edin ki, ömründə üç yüzdən artıq girişi olmayan bəzi saytların həmin gün ən azı 50-60 min girişi olmuşdu. Rusiyanın mediametrics.ru adlı bir sayğacı var. Bildiyimə görə bizimkilər hələ ki o sayğaca barmaq eləyə bilmədikləri üçün hansı sayta nə qədər real giriş olduğunu bilmək olur. Elə sayt var ki, həmin videonun xəbərinin içində 500 adam var.

Tərslikdən mən də həmin gün əfsanəvi aktyor Həsənağa Turabovla bağlı bir yazı yazmışam. Nə illah elədimsə, nə qədər səhifələrdə paylaşdımsa, həmin yazının oxunma sayı beş mini keçmədi.

Bu yerdə "bizim saytlar heç nə yazmır, heç nə yaza bilmir" deyən oxucularla bağlı bir neçə kəlmə məncə, yerinə düşər. İnanıram ki, Damlanın adının hallandığı həmin xəbərləri oxuyanların böyük əksəriyyəti siz idiniz.

Kimsə and içsə ki, mən baxmamışam, yaxud eşitməmişəm, inanmaram. Çünki həmin video düz üç gün ölkənin, ən azı sosial şəbəkələrin əsas gündəmi idi. Yaxşı ki, deputat Hadı Rəcəbli 180 manat söhbətini ortaya atdı. Yoxsa hələ də o bir dəqiqə səkkiz saniyəlik videoda qalmışdıq.

Yeri gəlmişkən, Damla tərəfdən məsələyə münasibət bildirilib. Deyiblər ki, videodakı qadın Damla deyil, başqasıdır. Elə indicə bir video da göndəriblər. Görüm bu video neçə dəqiqəlikdi?



İmza:
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK