bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAŞI DƏRD YAŞI OLAN SİMFONİYA Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAŞI DƏRD YAŞI OLAN SİMFONİYA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: YAŞI DƏRD YAŞI OLAN SİMFONİYA

Xocalıya Nurəngiz Gün... başsağlığı

3052    |   2019-02-26 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tarixin elə günü var ki, onu görməmək, duymamaq, onu bütünlüklə canından, qanından keçirməmək mümkün deyil. Belə günlər daha çox faciə və qələbəylə bağlı olur. Birində dərdin basqısı daha çox gəlir, birində sevincin həmləsi... Bax, bu mənada Sovet imperiyasından boyumuza biçilən iki gün var. O günlər qanla, göz yaşıyla, iztirablarla yazılıb və dərd sinfoniyasına çevrilib. Təqvimdə həmin günlər qapını döyməyə başlayanda, o sinfoniya bizi bütünlüklə bürüyür, biz onun aurasından çıxa bilmirik. Ona görə ki, biz ona bələnmişik, o da bizə hopub. Bir insan olaraq, bir Allah bəndəsi olaraq cismimizi nə qədər kənara çəkmək istəsək də, ruhumuz o dərd sinfoniyasının notu üzərindədi... Və elə köklənib ki, ritmlər ruha rahatlıq vermir... Biz dərd sinfoniyasını dinləyirik, yaşayırıq...

Tariximizin qanla boyumuza biçilən həmin iki günün birinin adı 20 Yanvar, digərinin adı Xocalıdı!.. Daha dəqiq ifadə etsəm, Xocalı qətliamıdı. 27 yaşı olan bu qətliamın detallarını xardalamaq, yandırılan evləri, süngüyə keçirilən bədənlərin, göylərə yüksələn fəryadların və bir də 27 ildi içimizə daman göz yaşlarının mənasını, ifadəsini yazmaq, təkrarlamaq istəmirəm. Ona görə yox ki, ağlamaqdan, sızıldamaqdan, qanlı dərd köynəyini sıxıb quruda bilməməkdən yorulmuşam. Xeyr! Ona görə ki, o dərd millidi... o qətliam Azərbaycan donludu, Azərbaycan biçimlidi. Və onun Azərbaycanın qanından, canından, varlığından elə Azərbaycan özü çıxaracaq və çıxarmalıdı da. Çünki həmin dərdimizin kifayət qədər sözlə ifadəsi var. Həmin ifadələrin hər birinin sonunda da Azərbaycanın haqqı, ədaləti və qələbəsi birmənalı şəkildə ifadə edilibdi...

Mən isə oxuduğum həmin o sözdən yoğrulmuş, sözə hopmuş Xocalı qətliamının ən möhtəşəm ifadəsini Nurəngiz Günün "Xocalı Sinfoniyası"nda tapmışam. Ona görə də özümün şahidi və iştirakçısı olduğum yurd nisgilimin, qaralan ocağımın, sovrulan külümün ağısının və şəhid doğmalarımın narahat ruhlarının nələr yaşadığını, nələr dediyini bir kənara qoyub o dərdi öz köynəyindən keçirən, öz qələmiylə öz ürəyinə yazan bir xanım yazarın sözünə sığınıram. Bu azərbaycanlı xanımın Azərbaycan dərdini, Xocalı qətliamının fonunda sinfoniyaya çevirmək qüdrətinə çevirmək qüdrətin heyrət və sevgimi gizlətmədən qoşulub sinfoniyanın sədalarına qayıdıram... Qayıdıram Bakıdan üzü Qarabağa... Qulaqlarımda səslənir:

Xocalım!..

Məğlubum!

Necəsən?

Yoxsa dağ çəkdi sinənə,

tarixi dilənçi -

Bəd qonşu? - dramatik

"Yazıq erməni" ilə

Məşhur qırmızı qospodin?" -

O, Qospodi! nə nazik

Əndişədə olmuşdur

Köhnə sovet humanisti? -

Motoatıcı daşıyan

Kütləvi qırğın maşını? -

"Möhtəşəm" bir alay!!!

Bu misralar təkcə qəzəb deyil... təkcə içdəki yanğını ifadə etmək deyil. Bu misralar həm də gerçəyi birbaşa, ütüsüz, çəkinmədən, necə var elə - çılğaça şəkildə deməkdi, bəyan etməkdi. Bu, BMT qətnaməsi deyil!.. Bu, ATƏT bəyanatı deyil!.. Bu, həqiqəti öz adıyla hər kəsə söyləmək, pıçıldamaq hayqırmaqdı. Bu həm də Tanrının bildiyini Tanrının özünə xatırlatmaqdı. Yəni Nurəngiz Gün bir yazar olaraq Tanrıya səslənir:

İlahi!

Kömək ol! O təkdi!..

Anadır...

Tək qalıb...

Torpağın üstündə...

Biçarədir...

O, o cür köməksiz, o cür

mühti ki!..

O, ruhdur!..

Güc gəlib torpağa...

Lağımlar, yarğanlar incidib...

O necə də sinirli, sehrli

Gəlmiş ki, laylasını üst

qatda oxusun...

Məncə övladının qətlini, süngüyə keçirildiyini görən ananın hansı durumda olduğunu təsvir etmək, göz önündə canlandırmaq üçün bu misraları bir kətan üzərinə işarələr kimi köçürmək kifayət edər. Onda həmin tablo yaranacaq, onda həmin rəsmi gərəcəyik və övladına yerin altında layla çalan ananın səsi yerin özünü o səs çatan hündürlüyə qaldıracaqdır!..

Bu məqamda da sakitləşməyən ananın yarasını ovutmaq, göz yaşına qoşulmaq, fəryadına içindəki sızıltıları qatmaq bir daxili ehtiyaca, bir vətəndaş borcuna və nəhayət, ən əsası isə bir İNSANlıq missiyasına çevrilir. Sən laqeyd qala bilmirsən və səni laqeyd qalmağa qoymayan amillərin içərisində sən Nurəngiz Günün də səsini eşidirsən. Nurəngiz xanım deyir:

İlahi, təskin et!..

Sən onlara səma

nəğmələri göndər,

təsəllisən...

Yox, rüzgar! O cürə əsmə sən!

Torpaqda...

Torpağın altında dip-diri

Ölülər var

Diksinə bilər Onlar...

Alt-üst etmə torpağı

Ey rüzgar

Onlar onsuz da yazıq!

Tələf olubdu Onlar!

Yerin üstündə canlı saydığımız, insan bildiyimiz, anketlərdə insan kimi göstərdiyimiz erməni qonşumuz qırmızı qospodinlərin 366-cı motoatıcı alayın əliylə, köməyilə, yardımıya, hətta yönəltməsiylə törətdikləri qətliamın fərqinə varmadan həyasızcasına öz "yazıqlığını" dünyaya sırımaqda, "yedirtməkdə" davam edir. İkili standartların ətəyini buraxmayanlar bu "köməksiz yazıqların" dünyaya fahişəliyi gətirənlərin "göz yaşına" dəsmal tutur. Amma həqiqətin ağzını tıxamaqla susdurmağı da unutmur. Lakin bu məqamda gerçəyin gücü qarşısında titrəyir və yavaş-yavaş geri çəkilməli olur. 27 ildir ki, biz Xocalı qətliamı önündə addım-addım da olsa geri çəkilmələri müşahidə edirik. Burda dövlət siyasətinin, milli mücadilənin fonunda bir Nurəngiz Gün fəryadı da öz içini görməkdədi. Axı o, üzünü hər kəsə, hətta cansız olanlara da tutub deyir; özü də qətiyyətlə, bir sinfoniyanın qətiyyəti kimi ən yüksək notda dilə gətirir bunu. Deyir ki:

Və son nəqarət,

Epiloq kimi O,

Elə hey hayqırsın:

Cavabdehsiz!

Cavabdehsiz, Cavabdehsiz,

Cavabdehsiz belində hərb əzdirən

Cahanşümül Şümürlər!

Düşünürəm ki, kimin cavabdeh olduğunu, kimin Tanrı və ədalət məhkəməsi önündə diz çökəcəyi bu hayqırtıdan bəllidir. Və o da bəllidir ki, Xocalı sinfoniyası kədərin məğlubiyyətidir... Göz yaşının bitib tükənəcəyinə yüklənmiş duyğuların misralanmış formasıdır.

Və nəhayət, Xocalı qətliamı günü "Xocalı sinfoniyası" şəhidlərimizə Nurəngiz Günün ağısı, laylası və bir də bu kədərin məğlub olacağına ucaltdığı abidədir.

madatoglua@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK