warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MESAJ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MESAJ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: MESAJ

Ümidi üzülməyən adamdan

4618    |   2019-02-24 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündür ki, köhnə kişilər demiş, yuxum ərşə çəkilib. Özümə nə evdə, nə də işdə yer tapa bilirəm. Dincliyim əlimdən alınmış kimi fikirli, qayğılı gəzib dolaşıram. Üz-gözümdən tökülən yorğunluq qarışıq zəhrimar dostlarımı da hövsələdən çıxarır. Hansı ilə qarşılaşsam, bir az təəccüb, bir az da əsəb dolu şəkildə soruşurlar:

- Noolub ə?!

Əslində nə olduğunu heç mən özüm də bilmirəm. Ona görə də ya susuram, ya da çiyinlərimi çəkirəm. Təbii ki, bu da çıxış yolu deyil. Lap ərkli dostlarım İran saqqızı kimi yapışırlar yaxamdan. Cavab almayınca onlar da dincəlirlər. Məcbur olub ağlıma gələn ilk sözü deyirəm:

- Ağrıyıram...

Hə, yenə təbii ki, bu da cavab deyil. Ona görə başqa bir sual da döyür qapını:

- Haran ağrıyır?

Hə, buna cavab bilirəm, qısa və konkret bir cavab dilimdən sürüşüb düşür ortalığa:

- Hər yerim...

Bəli, bu cavabdan sonra dostlar bir az sakitləşir. Amma mən öz daxilimdə, öz iç dünyamda gəzişməkdəyəm, yer axtarmaqdayam. Fikirlər nəfəs dərməyə də imkan vermir. Ona görə də hamıdan, ən yaxın adamlardan belə uzaqlaşmağa çalışıram. Heç kəsin olmayacağı, məni görə bilməyəcəyi bir qaranlığa çəkilmək istəyirəm. Bilirəm ki, harda olduğumu yalnız sən duyacaqsan və bir də Allah görəcəkdi. Bu mənim həyat həqiqətimdi. Və mən öz gerçəkliyimin içərisində bir qaşıq suda boğulanlar kimi batıram. Hətta vicdan narahatlığı da əlimdən alınıb. O vicdan ki, mən onun az-çox təmizliyiylə qürrələnmişdim. Heç kimin gözündən gözümü qaçırmamışdım, heç kimdən daldalanmamışdım. Kimsəni görəndə yolumu dəyişməmişdim. İndi isə özüm-özümü dar ağacından asmaq istəyi üzərində köklənmişəm o dar ağacından ki, məni xilas etməyə kimsənin əli çatmasın. Axı mən öz günahımı hamıdan yaxşı bilirəm və bildiyim bu günahın cəzasız qalmasını da istəmirəm. Ən azından ona görə ki, sənin gözlərinin içinə baxa bilim... Və bir də ona görə ki, Allahımın önündə böynubükük dayanmayım. Axı hər şeyin bir sonu var. O sona əllərini yanına sallayıb, qamətini dik tutub getməyi həmişə göz altına almalısan. Sürünə-sürünə, sürütlənə-sürütlənə yox!..

Hə, bu yerdə yadıma düşdü ki:

Nə səsim var, nə ünüm

Tut tək çırpılır günüm...

Üzü qüruba, gülüm -

Yığışıram, gedirəm...


Səs batır quyu içdə

Quruyur suyu içdə...

Gözlərim, suyu iç də! -

Baxışıram, gedirəm...


Gəlib məndən ov cana

Qandı daman ovcuma...

Düşüb sükut ovsuna -

Sıxışıram, gedirəm...


Mənə görə gözün nəm

Yaş kimi sil gözündən...

Bil, mən sənin özündən -

Çıxışınam, gedirəm...

***

Bəli, özümə yer tapa bilmədiyim günlərdə sanki işlərimin də kələfi dolaşıb. Necə deyərlər, "döyülmüşü sanki it də tutubdu". Ona görə də lap əsəbi bir durum yaşayıram. Hər söz, hər baxış hətta ən məlhəm münasibət belə qıcıq yaradır içimdə. Hamını, hər kəsi acılamaq, hamıdan, hər kəsdən nəyinsə hesabını sormaq istəyirəm. Buna haqqım, hüququm olmasa belə, evim də, çölüm də mənə ittiham oxuyan kimi görünür. Məhz bu görünmə, bu təsiretmə dəyirman daşı kimi asılır ürəyimdən.

Və o daşın ağırlığı altında ürəyimin ipinin üzülmədiyinə heyrətlənirəm. Hətta buna da qıcıq yaranır məndə:

- Niyə üzülür? Niyə qopub yerə düşmür? Niyə partlamır?

İndi həmin o yaşantını yazıya çevirdiyim anda da bu suallar özümdən-özümə ox kimi batır. Öz əlimlə öz suallarımı çaxıram ürəyimə, başıma. Bu hardasa qansız bir qətliamdı, intihardı...

Dözülməzlik anlayışı var, bir də dözümsüzlük anlayışı. Mən özüm-özümə yaratdığım dözülməzliyin içərisində həqiqətən dözümsüz olmuşam. Elə bil ki, ipəkqurdu kimi hörüb-hörüb öz baramamın içərisində boğulub qalmışam. Bu yerdə istəsəniz gürcülərin çəkdiyi "Küpə" filmini xatırlaya bilərsiniz. Təmirçi usta küpün içərisindən çıxmağın yolunu onu yenidən sındırmaqda tapır. Bax, mən də ürəyimə yüklədiyim, ağlıma hopdurduğum bu dözülməzliyin içərisindən həmin o partlamaqla, intiharla çıxa bilərəm.

Başqa bir yol nə tapa bilirəm, nə də ki, ağlıma gəlir. Hətta xəyal qurmağın ustası olan bir yazı adamı kimi xəyallar da, xatirələr də köməyimə çatmır. Bu qış gecələrində göy üzünə sancdığım gözlərim də ordan heç nə arayıb tapa bilmir. Ümidsizliyin nə demək olduğunu əyani şəkildə görürəm. Çox da ki, özüm-özümə təsəlli verib nə vaxtsa yazmışam. Daha doğrusu, sənə üzümü tutub demişəm:

Hərdən pıçıldaşıb xatirələrlə

Sükutu pozuram özüm içimdə...

Üstümə əyilir hamilə bulud -

İslanır, qorlanan közüm içimdə...


Mən ondan umduğum dəstəyimə də

Səsimi göstərmək istəyimə də...

Elə göz ağardır məsləyimə də -

Canımı tapşırır sözüm içimdə...


Dörd yana baxıram - boşluqda tək O

Könlümə sahibdi xoşluqla tək O...

Adını deməkdən olmuşam kəko -

Əriyir mənimlə dözüm içimdə...


Ruhumu salıbdı bir sevgi bəndə

Hayıma yetişmir Allah, nə bəndə...

Yeddi düyün vurdun sinəmdə sən də -

Oturub ölüncə çözüm içimdə...

***

Heç bir hadisə, heç bir hərəkət nə elə-belə baş verir, nə də elə-belə izsiz-tozsuz ötüb gedir. Mütləq hardasa bir səbəb o hadisəyə, o hərəkətə təkan verir və o da insanın ürəyində, yaddaşında öz izini açıb gedir. Bax, bu mənada mən də içərisində olduğum durumun yaddaşımdan, içimdən izsiz-tozsuz keçməyəcəyinə tam əminəm. Elə o əminlik hissiylə də bir az da artıq sıxılıram, özümün özümdən zəhləm gedir. İndi təsəvvür edin ki, durum necədi və bu cür yaşamağın mənası nədir?..

Heç vaxt öncədən qərar vermək fikrində olmamışam. Ona görə ki, hər anın öz hökmü var və mən də məcbur olub qərarlarıma redaktə edəndə özümü necə deyərlər gücsüz, köməksiz, arxasız hiss edirəm. Ona görə də daha çox şəraitə uyğun, məqama müvafiq addım atmaq, söz demək, qərar vermək mənim seçdiyim yoldu. Həmin yolun kiməsə xoş gəlməyəcəyi mümkündü.

Ona görə ki, biz yaşadığımız cəmiyyətin, aid olduğumuz məmləkətin bir hissəsiyik. Və deməli, nə qədər yaxamızı kənara çəksək də, cəmiyyətdə hər bir pərdə öz təsirini bu və ya digər formada göstərir. Və mən də buna artıq öyrəşdiyimdən necə deyərlər, başımı salıb aşağı dərdimin ətəyindən tutub gedirəm...

Deməli, vicdanın ağrıması, ürəyin sızıltısı, özünə yer tapa bilməmək, tərki-dünyalıq və s. mənə öz zərbələrini vurduğu, məni öz caynaqları arasında sıxdığı günlərdə yeganə istəyim səndən, sənin gözlərindən "nə olub" sualını eşitməməkdi.

Çünki sənə "nə olubdu" deyə bilməyəcəm, onu aça bilməyəcəm, onu çözə bilməyəcəm. Bəli, sonda sənin qarşında ya yalançı olacam, ya da həqiqəti dilə gətirməyə cürəti çatmayan bir qorxaq.

Mən isə bunların heç birini hətta düşünmək belə istəmirəm. Qarşında, gözlərinin önündə necə varamsa, elə də olmaq istəyirəm. Ona görə səndən də bir az uzaq dayanıram. Bu, səndən qaçmaq deyil, bu, zaman qazanmaq, özünü toparlamaq üçün vaxt əldə etmək cəhdidir. Cəhdimin boşa çıxmayacağına qarantım olmasa da, mən bu cəhdi edirəm...

Özümlə etdiyim bütün söhbətlər hələ ki uğursuzluğa düçar olub. Mən özüm öz qarşımda imtahandan kəsilmiş tələbə kimiyəm. Təkrar imtahana hazırlaşmaq zorundayam və bu məcburiyyəti ona görə qəbul etmişəm ki, sənin qarşına çıxa bilim. Əks halda, mənim yaşamım da, ayaqda qalmağım da mənasız olar. Onsuz da mənasızlıq, gərəksizlik yavaş-yavaş həyatımızın reallığına çevrilir. Hər addımda olmasa da, ən azı gün ərzində bir dəfə həmin o dediyim gərəksizliklə, mənasızlıqla qarşılaşmalı oluram. Onda indi vurğuladığım sualın nə qədər zərurət olduğuna şübhə yerim qalmır. Və əgər bir məqama şübhə yoxdursa, onun gerçəkliyi özü-özünü təsdiq etmiş sayılır. Nə isə...

Göründüyü kimi, yazımın ovqatı da, elə ağırlığı da indiki anımda da mənimlə birlikdədi və onu bilgisayara diqtə etdiyim anda da yaxşı başa düşürəm ki, oxucularım bu ağırlıqdan yorulacaq və bəziləri bu yazını oxumağı yarımçıq saxlayıb qəzeti bir kənara atacaq. Təbii ki, bu onların haqqıdı. Amma məni də başa düşməyə çalışın. Bu yazını özümü yüngülləşdirmək üçün yox, sadəcə, ürəyimi, düşüncələrimi dörd divara söylədiklərimi yazılı şəkilə salmaq üçün bilgisayara diqtə edirəm. Yəni onun məzmunu olduğu kimi qalır, forması dəyişir. Bu bir kosmetik dəyişiklikdir.

Və mən də həmin dəyişikliyin təkrar zərbəsini öz iç dünyamda yaşaya-yaşaya qaranlıqda iynə axtaran kimi özümü axtarıram. Hələ ki, tapmamışam. Amma ümidimi də üzməmişəm. Çünki başımın üstündə Tanrı, ürəyimdə isə sən varsan. Bilirəm ki, nə vaxtsa ipucunu tapacam. Ona görə də indidən sənə ismarıc göndərirəm. Günümüzün sözüylə desək, mesaj ünvanlayıram və yazıram ki:

Sən məni lap sübhdən ara

Gözləmə ki, dan sökülsün...

Ulduzlar pərən düşsünlər -

Göy üzünə qan tökülsün...


Düşünmə ki, yatmış ollam

Səsləyərsən, səksənərəm...

Yuxuda da sənsiz qallam -

Şəhərdə tam təklənərəm...


Sən ara, xəttim açıqdı

Əlim quruyar bağlasam...

Bir az da artar məsafə -

Telefonu uzaq saxlasam...


Bil, kirpiyin şehi ilə

Üzün yuyuram səhərin...

Yuxusuna keşikçiyəm -

Sən dönənəcən səhərin...


Bəli, bütün ovqatımın, bütün yaşamımın sarı simini nə qədər çəkməyə çalışsam da köklənmədim. Amma buna baxmayaraq, mən ümidimi ünvanladığım mesaja bağlayaraq gözləmək niyyətindəyəm. Axı "niyyətin hara, mənzilin də ora" - deyiblər köhnə kişilər!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK