hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖZÜMÜZ MAZOL OLDU EY Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖZÜMÜZ MAZOL OLDU EY Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: GÖZÜMÜZ MAZOL OLDU EY

6501    |   2019-02-22 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazıya başlamazdan öncə istedadlı publisist Hidayət Elvüsalın qələmə aldığı yazılara müdaxilə etdiyimə görə, ondan üzr istəyirəm. Çünki hər gün müxtəlif televiziya kanallarına çıxan, camaatın gözünü mazol eləyən müğənniləri ən çox o qamçılayır. Ancaq nə olsun ki, bundan həmin müğənnilər heç bir nəticə çıxarmır, əksinə, bəzən gündə iki dəfə televiziyalara çıxırlar. Özləri bilər, pulları var, imkanları çoxdur, əcəb eləyib televiziyaları gəzirlər. Əksinə, gündə bir dəfə yox, iki-üç dəfə görsənsələr daha yaxşı olar...

... O müğənnilər bilmirlər ki, hər gün ekranda görsənməklə tamaşaçılar onları sevməyəcəklər. Düzdür, kütlə onları istəyir, sevir və onlar da kütlənin "boş damarını" tutub ekranlara çıxırlar. İnsaf naminə deyək ki, onların istedadları da var. Ancaq sənətləri yoxdur. Bunu lazım gəlsə sübut da eləyərik. Ən azından ona görə ki, nə onlar İslam Rzayevdi, nə Qədir Rüstəmovdu, nə Arif Babayevdi, nə Əlibaba Məmmədovdu, nə də Sara Qədimovadı. Onların ifa etdikləri mahnıların əksəriyyəti "palatka" toyları üçün nəzərdə tutulub. Çox yox, 30-40 ildən sonra o müğənnilərin heç birini tanıyan olmayacaq. Amma 50 il bundan əvvəl də İslam Rzayevi tanıyıblar, Qədir Rüstəmovu dinləyiblər, Arif Babayevə qulaq asıblar, Sara Qədimovanın bal kimi şirin səsini dinləməkdən doymayıblar və yüz il sonra da bu millət, bu xalq bu səslərə sevə-sevə qulaq asacaq. İslam Rzayevin çox yox, tək bir mahnısı "Biri sənsən, biri mən" gündə televiziya kanallarını gəzən bütün müğənnilərin ifa etdiyi mahnıların hamısına dəyər. Hansı kanalı açırsan hər gün olmasa da, günaşırı bu müğənniləri görürsən: Mənzurə, Şəbnəb Tovuzlu, Manaf Ağayev, aşıq Zülfiyyə və Telli, Baloğlan Əşrəfov, Əlikram Bayramov, Nazənin, Nüşabə Ələsgərli... Bu müğənnilərin yetərincə səsi də var, istedadları da. Amma sadəcə hər gün efirə çıxmaqla tamaşaçıların gözlərini mazol eləyiblər.

Mən Azərbaycan televiziyalarına baxmıram. Ən yaxşı halda, "İdman Azərbaycan" kanalında canlı yayımlanan futbolları izləyirəm. Ancaq mən baxmasam da, evdə həyat yoldaşım və oğlum onlara baxırlar. Dəfələrlə demişəm ki, sənəti olan xanəndələrə və müğənnilərə televiziyada baxın. Mən də görürəm ki, onlar sənəti olmayan müğənnilərə tamaşa eləyirlər. Mənzurənin səsi pis deyil. Amma çox nadir halda canlı ifa görürük. Harda gəldi fonoqramada bir mahnı səsləndirir. Sözləri səhv eləmirəmsə təxminən belədir:

Yer də, göy də bilsin,

Mənim ürəyim sənsən...

Bir mahnıda bu iki bayağı misradan başqa heç bir şey tapmaq olmur. Bəlkə də Mənzurə xanım düşünür ki, tez-tez efirə çıxmaqla böyük tamaşaçı sevgisi qazanır. Hər gün efirə çıxmaqla gündəmdə qalmaq olar. Amma o sevgini qazanmaq çox çətin məsələdir. Kütləyə hesablanmış bu ifalar tamaşaçını aldatmaqdan və "toy tutmaq"dan başqa bir şeyə yaramır. Amma mən toy eləyənləri də başa düşmürəm. Hər gün efirdə olan və fonoqram oxuyan müğənnilərə bir ətək pul verib onları niyə toyunuza aparırsınız? Bülbül kimi cəh-cəh vuran, gözəl mahnı və muğamlar ifa edən tanınmayan o qədər istedadlı gənclər var ki. Elə onları aparın da! Çünki tamaşaçıların da zövqü bəsitləşib. Bu cür bayağı ifalar onların zövqlərini korlayıb, yaxşını pisdən ayırmaqda çətinlik çəkirlər.

Bir dəfə Eldəniz Məmmədov dedi ki, səsi olmayan və bayağı müğənnilərə Moskvada, eləcə də Rusiyanın digər şəhərlərində yaşayan pullu biznesmenlər şərait yaradır. Onlar səsi olmayanlara pul verir, onlar da gəlib o pulu xərcləyərək televiziya kanallarında "at oynadırlar". Üstəlik də səsi olan müğənnilərdən də yaxşı dolanırlar.

Bu sözdə çox böyük həqiqət var. Camaat kor deyil ha, hər şeyi yaxşı görür. Xüsusən də səsi olmayan qadın müğənnilər Rusiya şəhərinə axın edərək rəhmətlik İlhamə Quliyevanın təbirincə desək, pullu kişilərin cibini soyurlar. Səsi olmayan və musiqi savadı kasıb olan bu müğənnilər bir-iki ayın içərisində Rusiyadan gətirdikləri pulla villa da alırlar, maşın da. Biz heç kimin paxıllığını çəkmirik ey, kim nə qazanır sağlığına qismət. Amma ay Rusiyada yaşayan biznesmenlər, o pulu səsi olan müğənnilərə verin da!..

Mən aşıq deyəndə yadıma Aşıq Alı düşür, Aşıq Ələsgər düşür, Aşıq Ədalət düşür, Aşıq Şakir düşür, Aşıq Şəmşir düşür, Aşıq Pənah düşür, ən azından Aşıq Əhlimanı xatırlayıram. Onlar şifahi xalq ədəbiyyatını, dastanları, qoşmaları, bayatıları, təcnisləri, dodaqdəyməzləri, dildönməzləri... əzbər bilirdilər. Həm səsləri, həm çalğıları, həm şifahi xalq ədəbiyyatını bilmələri, həm də geyimlərilə bir aləm yaradırdılar.

Hər əlinə saz götürənə aşıq demək olmaq. Məsələn, Mübariz aşıq deyil, gözəl saz ifaçısıdır. Sazı necə gəldi başında, boynunda, lap yerdə də olsa çalmağı bacarır. Telli xanım da, Zülfiyyə xanım da aşıq deyillər, onlar da saz ifaçılarıdı. Həm də müğənnilik eləyirlər. Amma hər iki xanım hər gün efirə çıxmaqla və sazı əllərinə götürməklə onu yüksəltmək əvəzinə urvatdan salırlar. Elə sazsız da çıxıb oxuya bilərlər. Axı saz müqəddəs bir alətdi. Hətta "Dədə Qorqud" dastanında Dədə Qorqud Aruzla Qazan xanın savaşını yatırmaq üçün onların qabağına qopuzla çıxır və deyir ki, sizi and verirəm bu qopuza, qardaş qırğınına yol verməyin...

Azərbaycan Televiziyasının yeni sədri Rövşən Məmmədov çox gözəl bir addım atıb. Belə ki, AzTV-də tanınmış musiqiçilərdən, bəstəkarlardan və şairlərdən ibarət bədii şura yaradılıb. O bədii şuranın rəyi olmadan hər hansı müğənni efirə çıxa bilməz. Ona görə bu gün AzTV-də özəl kanallarda meydan sulayan və gözümüzü mazol eləyən müğənnilərin heç birisi at oynada bilmir. Onsuz da onların atının qılçını elə əvvəllər də AzTV sındırmışdı. Bəzən tək-tük halda kimlərsə ora yol tapa bilirdi. Amma indi isə onların qarşısına çox böyük sədd çəkilib və çətin ki, o səddi kimsə aşa bilsin...

Özəl kanallara Azərbaycan Prezidenti xeyli pul ayırıb. Yəni bu özəl kanalların yaşamasına bir təkan deməkdi. Və özəl kanallar da heç olmasa çox yox, həftədə iki-üç dəfə bu millətin, bu dövlətin dərdinə məlhəm qoyan vətənpərvərlik mövzusunda verilişlər hazırlasınlar. Çox təəssüf ki, hər gün özəl kanallarda çal-çağırdı və gözümüzü bir çox müğənnilər mazol eləyiblər.

Və bir də televiziya kanallarının rəhbəri nə vaxta qədər ki, jurnalist deyil, rejissordu, qeyri-peşə sahibidi, onu heç vaxt milli məsələ deyil, maddi tərəf düşündürəcək. Çox yox, AzTV-də bir ayın içində ixtisasca jurnalist olan sədr böyük islahatlar eləyir. Məgər bu cür addımları özəl kanallarda atmaq bir o qədər çətindir? Çox yox, həftədə bir-iki dəfə milləti düşündürən və maarifləndirən verilişlər hazırlamaq olar. Amma buna baxan kimdir? Özəl kanallar reytinq xətrinə vətənpərvərlik mövzularını çoxdan qurban veriblər.

Artıq tamaşaçıların zövqünü özəl kanallar çoxdan korlayıb. Ona görə də kimin ürəyi nəyə istəyir qoy ona da baxsın. Və bir də biz həmişə burnumuzdan qabağı görə bilmirik axı! Düşünürük ki, təki bu günümüz yaxşı keçsin, sabah nə olur olsun. Onda da tay gözlərimiz mazol olacaq ey!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK