deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏYİLMƏZ Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏYİLMƏZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ƏYİLMƏZ

Yaxud çiskin yağış

11607    |   2019-02-17 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Uşaqlıqdan çiskin yağışı çox sevmişəm və bu gün də çiskin yağışı çox sevirəm. Çünki yağış yağanda sanki yerlə göy birləşir. Və yağış yağanda insanın qəlbi də, ürəyi də, ruhu da təmizlənir. Özü də çiskin yağış bu qəlbə, bu ürəyə təmizliklə yanaşı, bir sevgi də, bir istək də gətirir...

Bu gün dünyamızda çox şey çatışmır. Amma onların hərəsini bir vasitə ilə yola vermək, ötüşdürmək olur. Ən azından bir sıxıntı yaşayanda, bir çətinliyin olanda bir də görürsən ki, başqa bir yerdən üzünə qapı açıldı və sən bu sıxıntıdan çıxdın! Daha doğrusu, o qapını açan və bağlayan Allah-Təaladır. Allah-Təalanın sevgisini və məhəbbətini qazanan insanların üzünə bütün bağlı qapılar gec də olsa nə vaxtsa açılacaq. Sadəcə olaraq, bir az səbrli, bir az dözümlü, bir az da ağayana olmaq lazımdı...

... Bir şey var ki, o olmayanda insan özünü tənha, kimsəsiz və yalqız hiss eləyir. O, insana ən çətin gündə, ən ağır gündə arxa duran sədaqətli dostlardı. Hər adama dost demək olmaz. Düzdür, vəzifə və pulun olanda sənin yanında o qədər adam fırlanır ki, hamısı da sənə qardaş, dost deyir. Elə ki, o vəzifədən getdin, sənə qardaş, dost deyən adamlardan bir-ikisi qalsa böyük şeydi. Və bəzən görürsən ki, o dostlardan biri də yoxdur; hamısı aradan çıxıb başqa bir "şirəli” adamın aftafasını götürürlər.

Dost ağır və çətin gündə tanınır. Mənim də ağır və çətin günüm az olmayıb. Allahın və sədaqətli dostların hesabına bu çətin vəziyyətdən çıxmışam və ayaqüstdə durmuşam. Buna görə, göydə Allaha, yerdə sədaqətli insanlara minnətdar olmuşam. O insanlar çox deyil, barmaqla sayıla bilər...


"Ədalət”də işləyən ilk gündən mənə "dost” deyən çox yoldaşlar olub. Mən onlarla duz-çörək kəsmişəm və ağır günlərində qardaşı yanında olmayanda, dayısı yanında olmayanda, əmisi yanında olmayanda başının üstünü kəsdirmişəm, tay düşünməmişəm, bu adam sonradan mənim ağır günümdə yanımda olacaq, yoxsa olmayacaq. Və ağır günüm dəfələrlə olub, başının üstünü kəsdirdiyim, xəstə olanda hər gün baş çəkdiyim o dostlar hamısı aradan çıxıb. Biri deyib ki, xəbərim olmayıb, biri deyib ki, xəstə idim, biri də deyib ki, rayona yas yerinə getmişdim. Mən də onların hamısına öz təşəkkürümü bildirmişəm və demişəm ki, elədiyim yaxşılığın heç vaxt əvəzini gözləyən adam deyiləm. Yalnız Allahımdan kömək istəmişəm, Ulu Yaradan da həmişə mənə arxa durub...

Mənim o qədər də yaxşılıq eləmədiyim, əl tutmadığım bir dostum var: Asif Talıboğlu! İnanın, o adama mənim elə bir köməyim, xeyrim dəyməyib. Ancaq ən ağır günlərmdə o mənə xəstəxanada baş çəkib, evimə gəlib, ailəmə təsəlli verib, cibimə pul qoyub. Hətta oğlumun sıxıntılı anlarında mənim yanımda olan və doğmalarımdan da çox narahatlıq keçirən bir insan olub. Və həmişə də məəttəl qalmışam ki, bu adam elədiyi yaxşılığın əvəzini heç vaxt ummayıb.

Başqa dostlarımız maşını ilə bir yerə gedəndə o dəqiqə "benzin, benzin” deyiblər. Yəni benzin tök, hara deyirsən gedək. Bir dəfə də Asif Talıboğlunun maşınına benzin tökdürmək istədim, abrımı ətəyimə bükdü və dedi ki, sən məni o maşenniklərlə səhv salma. Dünyanın o başına səninlə gedərəm, "uf” demərəm. Çünki mən adam tanıyanam. Adama bir dəfə baxan kimi bilirəm ki, o hansı yuvanın quşudur. Cəmi bir dəfə bir iş yoldaşımızla yola çıxdım, gördüm ki, yoldaşlıq eləməli adam deyil. Ondan sonra da tay o adamla bir də harasa getmədim. Gördüm ki, çürükdür.

... Yenə çiskin yağış yağır... yenə qəlbimə, ürəyimə bir təmizlik gəlir... hava da bir az soyuqdu... Soyuq olsa da, bu çiskinli, yağışlı hava mənə ləzzət eləyir. Dostum Asif Talıboğluyla Sumqayıtda görüşüb bazar günü başqa bir dostumuzun rəhmətə getmiş qohumunun yas yerinə getməliyik. Yas yeri də şəhərin girəcəyindəki "Qalalaı” mərasim evində keçirilir. Həmişə olduğu kimi, görüş yerinə tez gəlirəm. Hava bir az da soyuyub, ağzımı və boynumu şərflə bağlayıram. Asif Talıboğludan zəng gəlir. Deyir hardasan? Bildirirəm ki, mərasim evinin qabağındayam. "Beş dəqiqəyə gəlirəm” – deyib telefonu söndürür. Heç beş dəqiqə keçmir ki, "Qalalı”ya gəlib çatır. Məndən fərqli olaraq çox səliqəlidir, qalstuk taxıb və üzünü də qırxıb. Maşallah, cavan oğlana oxşayır.

Öpüşüb-görüşürük və soyuqdan tez canımızı qurtarıb mərasim evinə giririk. Əyləşən kimi yas sahibi gəlib bizimlə öpüşüb-görüşür və "əziyyət çəkmisiniz” - deyir. Sonra isə xidmətçilərə göstəriş verir ki, müəllimlərə tez çay gətirin, qoy içib qızışsınlar! Yas məclisindəkilər Zəngilan və Qubadlı camaatıdır. Əksəriyyəti də Asif Talıboğlunu yaxşı tanıyır. Çünki Asif Talıboğlu elə-belə oğlan deyil. Qarabağ Müharibəsi Veteranıdır, batalyon komandiri olub, tanınmış şair-publisistdir. Üstəlik də bir müddət "Ədalət” qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. Ancaq o heç vaxt nə istedadı, nə vəzifəsi, nə də Qarabağ veteranı olmağıyla başqaları kimi öyünməyib. Əksinə, həmişə öz sadəliyi və səmimiyyətiylə seçilib. Yas məclisində bir neçə ziyalı məni də tanıyır və deyirlər ki, sizin qəzeti bu gün də oxuyuruq.

... Bir saatdan çox məclisdə əyləşib yas sahibi olan dostumuzun dərdinə şərik oluruq. Asif Talıboğlu molla "Fatihə” verəndən sonra ayağa qalxır, onunla birlikdə mərasim evini tərk edirik. Deyir ki, səni heç yana buraxan deyiləm. Gedib başqa yerdə çörək kəsək, ötən günləri xatırlayaq. Razılaşıram. Bayırda yenə hava çiskinlidir, narın yağış yağır. Və bu narın yağış hər ikimizə ləzzət eləyir. Onun maşınına əyləşib tanıdığı bir kafeyə gedirik. Orda da əməlli-başlı toqqamızın altını bərkidirik. Sonra Asif müəllim xidmətçiyə deyir ki, yaxşı bir kəklikotulu çay dəmlə! Həmin oğlan da 10-15 dəqiqəyə xoruzquyruğu və içində də kəklikotu olan qəşəng bir çay dəmləyir. Çayniki masanın üstünə qoyanda çaynikin ağzını açır, kəklikotunun ətri ətrafa yayılır. Asif müəllim "bax, bu başqa məsələ” – deyib çay gətirən oğlana minnətdarlıq eləyir. Hiss eləyirəm ki, elə bu obyekt də qubadlılarındı. Çünki Asif müəllim çox özünü rahat hiss eləyir və uşaqlara da ərkyana üz tutur və hətta onlarla zarafatlaşır da...

... Çay içə-içə bir daha bir yerdə işlədiyimiz, dostluq, yoldaşlıq elədiyimiz günlərə qayıdırıq. Uşaqların çoxunu xatırlayırıq: Lətifi, Məhəmmədəlini, rəhmətlik Mayıl müəllimi, Elcanı, Surxay Əlibəylini... Hamısını da yaxşı, yaddaqalan anlarla...

... Birdən Asif Talıboğlu qəfil ayağa qalxır. Soruşuram nə olub?. Deyir heç nə, hər şey yaxşıdır. Sadəcə olaraq, bir balaca narahatlıq hiss elədim, ona görə də yerimi dəyişirəm. Nə az, nə çox, burda da bir saat oturub dərdləşirik. Amma inanın, bu anlar, bu dəqiqələr, bu sani yələr o qədər qiymətlidir ki, adam onun üçün hər an, hər dəqiqə nə vaxtsa darıxacaq. Və nə vaxtsa həm Asif müəllimin, həm mənim bu gün, bu saat, bu dəqiqə üçün burnumuzun ucu göynəyəcək. Həyat elə sürətlə davam edir ki, bir də eşidirsən top kimi oğlan yıxılıb öldü. Bax, onda fikirləşirsən ki, bu ölüm, bu həyat sənin də qapını döyə bilər. Deyirlər ki, hər gün ölümünü düşünən adam Allaha yaxın adamdı. Və hər gün ölümünü düşünən adam hər açılan səhəri və günü elə xoşbəxt, elə şirin yaşayır ki, elə bil bu onun son günüdür. Biz də görüşdüyümüz həmin günün hər saatını, hər anını çox şirinliklə, çox ləzzətlə yaşadıq...

... Ayağa qalxır. Axı o yaşda məndən böyükdür. O ayağa qalxan kimi mən də ayağa qalxıram. Deyir ki, gəl bir az piyada gəzək. Onsuz da şəkər xəstəliyi məni birtəhər eləyib. Amma səmimi, ürəyi təmiz və ən nəhayət, insanlara sevgiylə yanaşan adamları xəstəlik də yıxa bilmir. Daha doğrusu, xəstəlik yıxsa da, onlar xəstəliyə öz mərdlikləri, böyük ürəkləri hesabına üstün gəlirlər. Asif Talıboğlu da belə bir böyük ürək sahibi olan ziyalıdır. Bir dəfə görmədim ki, desin, mənim haramsa ağrayır. Əksinə, həmişə ondan müsbət enerji, sevgi, sədaqət görmüşəm...

Mənim ipiqırıq dostlarım gedib bu dostluğu, bu sədaqəti Asif Talıboğludan öyrənsinlər. Onun 90 yaşında Sumqayıtda xəstə bibisi var. Asif Bakıda evini, eşiyini, balalarını, nəvələrini qoyub gəlib bibisinin yanında qalır. Düz 2 ildir yeriyə bilməyən, çarpayı dustağı olan bibisinin qulluğunda durur. Lazım gələndə onun altını da təmizləyir. Bax, belə yerdə bir söz demək olar:

- Halal olsun sənə bu tutuduğun yol! Bu sədaqəti, bu etibarı bir çoxları heç övladlarından belə görmürlər!

Hansı ki, Asifin bibisi çox məşhur bir müğənninin atasının da bibisidir. Və həmin məşhur müğənninin atasını da o bibisi saxlayıb, böyüdüb, oxudub və evləndirib. Amma bu gün bir dəfə də olsun həmin adam o qapını açmayıb və bibisiylə maraqlanmayıb.

Asif Talıboğlu mənim gözümdə həmişə uca olub: çünki o dostluğa, kəsdiyi duz-çörəyə sədaqətilə seçilib. Xəstə bibisinə iki ildir xidmət etməsi isə onu mənim gözümdə bir daha ucaltdı. Asif Talıboğlu gözəl ailə başçısıdır, gözəl dostdur, gözəl babadır, gözəl də insandır. O, Qubadlı rayonunun Mollu kəndindəndir. O kəndin adamlarının çoxu duru, sədaqətli və səmimi olurlar. Bəlkə da Asifə bu sədaqət və səmimiyyət o kökdən gəlir. Hər halda, mən onun heç vaxt ağa qara dediyini, kiməsə əyildiyini, kiminsə sözünü götürdüyünü görməmişəm. Və həmişə belə şax, qürurlu, ləyaqətli görmüşəm. Və indən sonra da elə belə görmək istəyirəm...

... Bayırda hava bir az da soyuyur. Yağış bir az da güclənir. Onun maşını ilə gəlib Bakıya gedən taksilərin yanında dayanırıq. Burdan məni yola salmaq istəyir. Xəbərim olmadan taksinin pulunu verir və məni maşına əyləşdirir. Maşına əyləşməzdən əvvəl yenidən öpüşüb- görüşürük və xudahafizləşirik. Təmiz havanın gözəlliyi və rahatlığı hər ikimizin iç dünyasına bir işıq, bir nur gətirir. Xoş anlar və xoş dəqiqələr bir an da yadımdan çıxmır. Və yadımdan çıxmayan bir də Asif Talıboğlunun sədaqəti, səmimiyyəti, bütövlüyüdür. Çünki o, dağlar oğludu!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK