Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: ANA SÜDÜ Adalet.az | Faiq QİSMƏTOĞLU: ANA SÜDÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ANA SÜDÜ

4113    |   2019-02-13 17:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada ana südünün yerini heç bir başqa bir şey verə bilməz. Səhv eləmirəmsə, "Dədə Qorqud” dastanında belə bir məıqam var: deyilir ki, ağır vəziyyətdə olan uşağı ancaq ana südüylə dağ çiçəyinin qatışığından hazırlanmış məlhəm xilas eləyə bilər. Ölümcül halda olan uşağa bu məlhəmi hazırlayıb verirlər, o da qəbul edib sağalır...

İndi bu möcüzəli qidanın yerinə anadan olan uşaqlara min cür saxta yolla hazırlanmış qidalar verilir. Ancaq onların heç biri ana südünü əvəz eləyə bilməz. Anarın məşhur bir televiziya tamaşası var: "Evləri köndələn yar”. Tamaşada atası ölmüş oğlana dayısı toy eləyir. Və toyu aparan tamada Surxayzadə (xalq artisti Yaşar Nuri) çox adamların adını səhv salır. Gah deyir ki, bu uşağın atasının sağlığı olsun, gah da deyir ki, ona süd verən ana sağ olsun. Axırda da oğlanın dayısı bu qarma-qarışıq söz-söhbətə narazılığını bildirir, qeyd edir ki, süd məsələsini çox açıb ağartma. Uşaq ana südüylə deyil, "malış”la böyüyüb. Bunu eşidən Surxayzadənin uşaqlıq dostu Canik (xalq artisti İlham Əhmədov) dayısından təkrar-təkrar soruşur:

- Canik, necə yəni malışla? Bəs ana südü əmməyib?

Oğlanın dayısı əsəbləşir və deyir:

- Sən alimentlə böyüməmisən? O uşaq da malışla böyüyüb.

İndi sözümüzün əsas canı ondan ibarətdir ki, dünyaya gələn körpələrin çoxuna ana südü verilmir. Bunu südü olan ana da eləyir, südü olmayan da! Həkimlərsə bar-bar bağırıb deyirlər ki, ana südünün yerini heç bir qida verə bilməz. Xarici ölkələrdən gətirilən bahalı-bahalı uşaq qidaları hələ o demək deyil ki, körpələr onu yeyəndə ana südü kimi yaxşı olacaq və bu körpələrə əksər valideynlər xaricdən gətirilmiş və ölkəmizdə istehsal olunan uşaq qidalarını yedizdirirlər.

Məşhur uşaq həkimlərindən biri bildirir ki, bu qətiyyən düz deyil. Birincisi, ana südü əmənlə süni qida qəbul edən uşaqların arasında yerlə göy qədər fərq var. Ən azından 6 ay uşağa ana südü verilməlidir. Yoxsa bizim dünyaya körpə gətirən anaların 80-90 faizi 2-3 aylığında ana südünü kəsirlər və onlara süni qidalar yedizdirirlər. Hansı ki, ana südüylə 6 aylığına çatan uşağın immuniteti daha güclü olur, o sağlam böyüyür və hər hansı xəstəliyə qarşı möhkəm olur. Başqa sözlə demiş olsaq, bu cür uşaqlar ana südü qəbul etməyən uşaqlardan daha sağlam böyüyürlər. Amma bir həkim kimi onu deməliyəm ki, mənə müraciət edən valideynlərin körpələrinin 90 faizinin vəziyyəti ana südü qəbul etmədiyinə görə, çox ağır olur. Müayinə zamanı da hiss edirəm ki, bu uşaqlar tez-tez xəstələnir, müxtəlif viruslara yoluxur və çox çətinliklə müalicə olunur. Həmişə də xanımlara deyirəm ki, imkanınız ola-ola uşağa süd vermirsinizsə, siz ana deyilsiniz. Bəzi gənc xanımlar bundan nəticə çıxarır, növbəti doğuşdan sonra uşağa ana südü verirlər. Bəziləri isə həkimin dediyi sözü bu qulağından alıb o biri qulağından buraxır. Yəni altıda alımı olmur, beşdə də verimi. Və ayda iki dəfə də uşaq xəstələnir, mənim üstümə qaçırlar. Mən də bir həkim olaraq öz borcumu vicdanla yerinə yetirirəm. Deyirəm ki, mənim də qızım var, o da sizin kimi çox forslu, nazlı qızdır. Ancaq üzümü bozardandan sonra məcbur olub iki uşağın ikisinə də ana südü verib və uşaqlar da normal böyüyüblər. Xüsusən Bakı şəhərində bəzi qadınlar öz gözəlliklərini və formalarını saxlamaq üçün südü ola-ola uşağa ana südü vermək istəmirlər. Onlar öz gözəlliklərini düşünür, amma dünyaya gətirdikləri körpələrin sağlamlıqları haqqında qətiyyən fikirləşmirlər.

Məşhur uşaq həkiminin maraqlı söhbətindən sonra bir neçə yaxın qohumum olan və uşaq dünyaya gətirən doğmalarımla söhbət elədim. Məlum oldu ki, heç onlar da uşaqlarına iki aydan artıq süd verməyiblər. Ya deyiblər xəstəyəm, ya da deyiblər ki, iş-güc başımı qatır, vaxt tapa bilmirəm. Bir sözlə, onlar da digər xanımlar kimi uşaqlara ana südü verməkdə tənbəllik eləyirdilər.

İndiki sivilizasiya dövründə uşaqların sağlam böyüməsi üçün çox böyük problemlər yaranıb. Bir tərəfdən bu problemi yeni texnika və texnologiya gətiribsə, digər tərəfdən bu çətinliyi süni qidalar yetişdirib. Belə bir mürəkkəb durumda uşaqların sağlam böyüməsi üçün onu dünyaya gətirən hər bir ananın çiyninə ağır yük düşür. Bu yükü anlayan da var, anlamayanlar da. Ancaq deyəsən, anlamayanlar anlayanlardan daha çoxdur.

Uşağı böyütmək, istədiyin formada tərbiyə etmək elə də asan deyildi. Birincisi hər bir valideyn Allahın ona bəxş etdiyi uşağı sağlam böyütməyə borcludur. İkincisi də onun tərbiyəli, ağıllı böyüməsi üçün hər bir valideyn müxtəlif çətinlikləri dəf etməlidir. İlkin başlanğıc isə dünyaya gəlmiş körpələrə ana südü verilməsidir. Və bu ana südü elə tərbiyənin birinci mərhələsidir. Tərbiyə ilə sağlamlıq vəhdət təşkil edir. Çünki ana südü əmən uşaq müəyyən müddətə qədər ona öyrəşir və daha doğrusu, onu istəyir. Əgər körpənin istədiyini ana ona vermirsə, səhlənkarlıq, tənbəllik eləyirsə, bax, bu böyük qəbahət sayılmalıdır.

Əgər dünyaya gətirdiyiniz körpənin sağlam böyüməsini istəyirsinizsə, heç vaxt uşaqlara ana südü verməyi kəsməyin. İmkanınız ola-ola bunu etmirsinizsə, sonradan hər həftə, hər ay həkimlərin qəbuluna getməyə məcbur olacaqsınız. Üstəlik də immuniteti zəif olan bu körpələr qripə və eləcə də digər kəskin resperatur viruslara daha tez-tez yoluxacaqlar. Bu isə sizin və dünyaya gətirdiyiniz körpənin nə qədər əzab-əziyyət çəkməsinə gətirib çıxaracaq.

Yazımızın sonunda bir daha "Dədə Qorqud” dastanındakı məqamı xatırlatmaq istəyirik: ana südü yeni dünyaya gəlmiş körpə üçün min bir dərdin dərmanıdır. Onu heç bir xaricdən gətirilmiş və eləcə də ölkəmizdə istehsal olunan uşaq qidası əvəz eləyə bilməz. Ona görə də daşı ətəyinizdən töküb körpələrinizə ana südü verin!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK