deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: UCALIQ Adalet.az | Faiq QİSMƏTOĞLU: UCALIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: UCALIQ

Yaxud zirvəyə gedən yol

4074    |   2019-02-07 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç bir yolu asanlıqla gedib başa çatdırmaq mümkün olmur. O ki, qala zirvəyə gedən yol ola. Bu yolu gedənlər və ora çatanlar o qədər çətinliklə, o qədər əzab-əziyyətlə üzləşirlər ki, onu bir onlar bilir, bir də Allah-Təala. Düzdür, Ulu Yaradan heç kimin əziyyətini, zəhmətini yerdə qoymur və əziyyət çəkirsənsə, tər tökürsənsə, günlərin birində o mükafatı Allah-Təala sənə qismət eləyib.

Mənim 30 ildən çox tanıdığım, dostluq və qonşuluq elədiyim Səməndər Eyvaz oğlu Məmmədov da belə bir çətin yol keçib, öz zəhmətilə, əməyilə gəlib çatıb ucalığa. Və bu ucalıqda da əvvəllər necə olubsa, o cür də qalıb. Yəni yuxarıdan başqalarına başqa gözlə baxmayıb. Əvvəllər necə yanaşıbsa, dostlarına, tanışlarına, qonşularına da o sevgiylə baxıb. Belə bir sadəliyi, belə bir səmimiyyəti mən tam cəsarətlə deyərəm ki, Yeni Günəşlidəki 13 nömrəli binada onu hamıya doğmalaşdırıb.

Məhəlləmizdə elə bir xeyir-şər olmayıb ki, Səməndər müəllimin camaatın arasında birincilər sırasında görməyək və ən qəribəsi də odur ki, o heç vaxt kiməsə elədiyi yaxşılığı və köməyi dilə gətirməyib. Özü kimi ailəsi də, övladları da çox səmimidilər. Qonşuluqda hamı onların başına and içir. Çünki onun ailəsi də, iki oğlu da böyük-kiçiyin yerini bilir və qonşulara çox hörmətlə yanaşırlar.


Səməndər Məmmədov 1954-cü ilin fevralın 8-də Borçalıda – Bolinisi rayonunun Faxralı kəndində anadan olub. Orta məktəbi bitirib 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olub. Universiteti qurtardıqdan sonra təyinatla Lerik rayonunun Vistən kəndində müəllimliyə başlayıb. Sonradan Bakıya qayıdaraq DİN-in tərbiyə müəssisəsindəki orta məktəbdə pedoqoji fəaliyyətini davam etdirib. O harda işləyibsə, harda çalışıbsa, özünün dəsti-xətti, işə yanaşma üslubuyla digərlərindən seçilib. Belə ki, istedadlı və savadlı adamlar həmişə, hər an yeni izlər qoymağı bacarırlar.

O, çox istedadlı pedaqoq, çox istedadlı yazıçı-şair, çox bacarıqlı da rəhbərdir. Bu barədə müəyyən fikirlərimizi qeyd eləmişik. Təbii ki, insan nə qədər istedadlı olsa, oxumasa, öyrənməsə o heç də məqsədinə çata bilməz. Amma Səməndər müəllim nə qədər istedadlıdırsa, bir o qədər də zəhmətkeşdir, öz üzərində çalışan ziyalıdır.

Səməndər Məmmədov Azərbaycan Dövlət Universitetində təhsil aldığı illərdə çox böyük ziyalılardan – Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən, Şamil Qurbanovdan, Qulu Xəlilovdan, Firudin Hüseynovdan dərs alıb. Daha doğrusu, bu böyük ziyalıların, bu böyük alimlərin nuruna bələnib. O nur ki, bu gün də bu işığı, bu nuru Səməndər müəllim öz şagirdlərinə və digər insanlara ötürür.

İşıqlı insanlar tək özləri üçün yaşamırlar. Onlar bu vətən üçün, bu millət üçün, bu xalq üçün yaşayırlar. "Vətən, vətən” deməklə vətənpərvər olmaq mümkün deyil. Gərək vətənpərvər olmaq üçün nümunə göstərəsən. Vətənin çətin və ağır günündə onun yanında olasan. Övlad ağır anda necə ananın, atanın yanında olursa, vətənin də yanında belə olmaq lazımdı. Azərbaycanın azadlığı və müstəqilliyi yolunda o bir ziyalı kimi həmişə öndə gedib. Haqqı, ədaləti, düz sözü deməkdən heç vaxt çəkinməyib. Düz 40 ilə yaxındır ki, gənclərimizə təhsil verir və onları vətənpərvərlik ruhunda tərbiyə eləyir. O, uzun müddətdir ki, Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır. Tam səmimiyyətlə deyirəm: o hamıya qarşı çox sadə, çox səmimi olub. Ancaq tələbkarlığı öz yerində. Aydındır ki, rəhbər olmaq, kollektivi idarə etmək və hamının dilini tapmaq o qədər də asan deyil. Amma Səməndər müəllim o qədər böyük ziyalı, böyük insandır ki, o hamının diliylə danışmağı bacarır.

Onunla beş-on dəqiqə söhbət eləmək bəs eləyir ki, Səməndər müəllimin işıqlı dünyasına düşəsən. Elə ki, bu işıqlı dünyaya düşdün, bu işıqlı ağ yol səni düz aparacaq saf, təmiz, duru bir aləmə. Və bu duru, saf aləmdə sənin içindəki qara qüvvələr, daha doğrusu, şeytan bu işıqdan qorxub qəlbindən uzaqlaşacaq. Hiss edəcəksən ki, sən doğurdan da mənən təmizlənmisən və içində o qaranlıqdan bir əsər-əlamət qalmayıb, orda günəş doğub.

Zəlimxan Yaqubla dostluq eləmək, oturub-durmaq hər adama qismət olmayıb. Amma Səməndər müəllim nəinki o böyük şairlə oturub durub, onunla uzun illər ailəvi dostluq eləyib, duz-çörək kəsib, xeyirdə-şərdə bir yerdə olub. Rəhmətlik Zəlimxan Yaqub deyərdi ki, Səməndər Məmmədov Zəlimxan Yaqubun gəzən kitabxanasıdı. Çünki Səməndər müəllim Zəlimxan Yaqubun yaradıcılığını əzbər bilir. Ümumiyyətlə, mən bir yazıçı-publisist kimi onun yaddaşına, hafizəsinə həmişə təəccüblənmişəm. Çünki o, digər klassik və müasir şairlərimizin əksəriyyətinin yaradıcılığını əzbər bilir. Elə burada da hardasa Səməndər müəllim yaddaşda böyük şair Zəlimxan Yaquba çatıb.

O, təpədən-dırnağa Azərbaycana, Borçalıya bağlı ziyalıdır. Və təsadüfi deyil ki, Borçalıyla bağlı və eləcə də doğma kəndi Faxralıyla əlaqədar neçə-neçə kitablar araya-ərsəyə gətirib. Onun çoxlu sayda kitabları işıq üzü görüb. Sonuncu kitablarından biri belə adlanır: "Faxralılar və tarixi yaradanlar”.

Bu yaxınlarda, daha doğrusu, fevralın 8-də böyük ziyalı, böyük insan və yazıçı-publisist, dostumuz, qardaşımız və qonşimiz Səməndər Məmmədovun 65 yaşı tamam olur. Bu 65 yaş ucalığa çatan zirvə deməkdi. Daha doğrusu, o, bu ucalığa çoxdan çatıb. Ən azından ona görə ki, həmişə elin, obanın içində əməli-saleh işləriylə fərqlənib. 65 yaşdan geriyə baxanda onun çox böyük əməli-saleh işləri görünür. 65 yaşdan geriyə baxanda Səməndər müəllimin qazandığı uğurlar, qələmə aldığı kitablar, böyüdüb boya-başa çatdırdığı, ev-eşik elədiyi tərbiyəli övladları görünür, bir də onun nəvələri görünür. Ona görə də Səməndər müəllim bu yaşda və bu yaşdan sonra da həmişə yaşadığı eldə, işlədiyi kollektivdə və qonşuluqda alnı-açıq, üzü ağ olacaq. Qürürla, vicdanla başını dik tutub gəzməyi bacaracaq...

Biz insanların qədrini sağlığında bilməliyik və sağlığında da onlara dəyər verməliyik. Dostumuz və qardaşımız Səməndər müəllimi 65 yaşı münasibətilə təbrik edir, ona can sağlığı arzulayır, həmişə bax belə ucalıqda olmağını istəyirik!..

Yazımızı böyük şair Cabir Novruzun "Sağlığında qiymət verin insanlara” şeirinin bir bəndilə bitirmək istəyirik:

Bir arzum var, istəyirəm sizə deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK