bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Seyran Səxavət: İndi gedin işinizlə məşğul olun Adalet.az | Seyran Səxavət: İndi gedin işinizlə məşğul olun Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Seyran Səxavət: İndi gedin işinizlə məşğul olun

32779    |   2019-01-31 10:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzizim Aqil Abbas!

"Camış bağa girdi, gəl” hekayəni, povestini, romanını oxudum – oxumadım e, gözümə təpdim. Ona görə gözümə təpdim ki, adam nə qədər oxuyar e-e-e, ayda ildə bir dəfə də gözümüzə təpək də. Üç janrda qələmə aldığın bu yazıdakı obrazlar o qədər diridir, diribaladır ki, adama elə gəlir onlar heç vaxt ölməyəcək və inşallah Qarabağ alınanda gedib onları orda görəcəyik, bir yerdə şəkil çəkdirəcəyik, sonra da fəxrlə Bakıda gözümüzə şirin dəyən adamların hamısına göstərəcəyik ki, bax bu Dayıdı, bu Sədidir, bu Bacıoğludur, bu Klarnetçalandır, bu, Nağaraçalandır, bu Şuşadır, bu Ağdamdır, bu Laçındır... Bu Qarabağdır. Sonra da bu şəkili böyüdüb ürəyimizin başından asacağıq.

Əzizim Aqil, sən bu hekayəni yazmamısan, onu belə yazmaq mümkün deyil – sən bu hekayəni danışmısan, nağıl eləmisən, dilinə gətirmisən... Səni dilləndirən Qarabağın keçmiş xoşbəxt günlərinə bu günün şüşələri sınıq pəncərəsindən baxmağın olub.


Bu əsər bəlkə də dünya ədəbiyyatında təhlilə gəlməyən yeganə yazılardandır. Dünyanın ən nəhəng və qəddar tənqidçisi də bu hekayəni təhlil etməyə qıymaz, ürək eləməz – onu ancaq oxuyar.

Gözümə təpdiklərimin – sənin nağıl elədiklərinin hamısını gördüm. Mən həm oxudum, həm nağıla qulaq asdım, hə də özümü hadisələrin içində hiss elədim; inandım ki, bədii filmə baxdım – ürəyimdən İtaliya kinorejissorları keçdi – Allah bizimkilərə insaf versin, imkan varsa, bir az da istedad versin.

Son olaraq bir fikrimi də bu əsəri oxuyanlarla bölüşmək istəyirəm. Mənə elə gəlir ki, (yenə yuxarıda dediyim fikrimdə qalıram) Aqil Abbas bu əsəri yazmayıb; obrazları: Dayını, Bacıoğlunu, Musiqiçiləri, Ağdamı, Şuşanı, Laçını başına yığıb bunlarla söhbət eləyib, göstəriş verib:

– Hər şey aydındır?

– Aydındır...

– İndi gedin işinizlə məşğul olun.

Və Dayı, Bacıöğlu, Musiqiçilər, Ağdam, Şuşa, Laçın da Aqil Abbasın tapşırdığı kimi öz işinin dalınca gediblər.

Aqil Abbas da söhbətcil adamdır, bunu bizə söhbət eləyib və bu söhbət şedevrdir – Qarabağ şedevri.

Yoxsa Aqil Abbaslıq burda nə iş var ki?...

Vəssalam.


Seyran Səxavət




İmza:

YAZARIN ARXİVİ

2014-09-02 : REGİON
SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK