hacklink Adalet.az | Səcdə həm də insanın ana bətnindəki halıdır - Eminquey yazır Adalet.az | Səcdə həm də insanın ana bətnindəki halıdır - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Səcdə həm də insanın ana bətnindəki halıdır - Eminquey yazır

4353    |   2019-01-23 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanın istər mənəvi, istərsə də fiziki rahatlıq tapdığı şeylər var. Bir də var, işarələrlə bu həyatı dərk etmək, çözmək. Mən bu işarələrə rast gəlib mənasını çözəndə rahatlıq tapıram. Simvollar bəzən bir-birilərinə elə zəncirvari bağlanır ki. Birini çözürsən, o birilər də sapa düzülür.

Radikal beyinlər simvolları çözməkdə nə maraqlı deyillər, nə də o gücdə deyillər. Onlar üçün aydın görünən mühit onların beynindəki çərçivə əhatəsindədir. Məsələn, onun üçün səkkiz yemək düzürlər masaya. Ki, dadına bax, sonra de ki, hansı dadlıdır. O, yeddi yeməkdən sonra bezib ikincinin dadlı olduğunu deyir. Bəs səkkizinci? Bəlkə ən dadlısı odur?

Yəni bir şeyi birmənalı olaraq dışlamaq onların ən sevdiyi işlərdir. Onlar dinə də, Allaha da, insana da elə yanaşırlar. Birmənalı! Din insana qorxu gətirirmiş, qorxu altında saxlayırmış, qoymayın. Guya ki, heç kimdən qorxmur, heç nədən çəkinmir, bircə din bunu qorxu altında saxlayırmış. Allah yox imiş, guya Afrikada ac qalan uşaqların halına yanırmış və s. Buran-bura qonşusunun ac qalmasına göz yuman adamlar ədalət axtarışına çıxır.

Axı bu dünyada sənin nöqtəliyinin də bir mənası, izahı var.

"Arifə bir işarə bəsdir” deyimi nahaqq yerə dilimizin əzbəri olmayıb axı. Həyat işarələrdən ibarətdir. O işarələr sənə dünyanı çözməyə kömək edir. Həyatına maraq qatır.

Məsələn, yadıma namaz qıldığım vaxtlar düşür. İndiyə kimi namaz qıldığım vaxtlardakı səcdə halında olan rahatlığı heçnədə tapmamışam. Sırf başımı möhürə qoyub dua eləməkçün, zikr eləməkçün namaza tələsirdim. İnanın, bu həm fiziki, həm də mənəvi rahatlıq gətirir. Bir gün səni udacaq yerə baş qoymaq, ölümə baş əymək, başından ayaq barmaqlarına kimi yerə uduzmaq, təslim olmaq insana nə gözəl rahatlıq verir, bilsəniz.

Səcdə həm də insanın ana bətnindəki halıdır. İnsan səcdədə öz ilkin halına qayıdır. Yəni insan ibadətə başlayanda məzar halında, sonda bətn halında olur. Hə, insan bu bədən dili ilə təsdiqləyir ki, hər şey ölümdən sonra başlayır. Bu mənəvi dincliyin dili ərəbcə olsa nə fərqi, öz dilində olsa nə fərqi. Əsas məsələ insan ruhunun və cisminin hansısa ilahi enerjidən canına bir çimdik güc yığmağıdır, qalanını boş verin.




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK