deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA Adalet.az | Futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA

5409    |   2019-01-17 22:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Televizorun üzü təzəcə işıqlanmışdı. Kanalın siması sayılan aparıcı Tolikin xətti xalına, gül camalına tamaşa edirdim. Yolüstü efirə dəyən gənc bir oğlanın səsi studiyanı bürümüşdü:

Madam, madam, madam,
Qaşı-gözü badam.
Hər səni görəndə
Dəli olur adam...

Telefonun səsi əyləncənin dadını çıxarmağa qoymadı. Zəng vuran AFFA-nın Hidrometeoroloji Öncəgörmələr və sintetik meydançalara konseptual sevgi Departamentində çalışan uzaq qohumum idi. Dedim yəqin yenə 33 dəqiqə dayanmadan danışacaq. Yaxşı ki, bu dəfə bizim türklər demiş, qısa kəsdi. Səsindən bəxtəvərlik yağırdı, dedi ki, qohum, muştuluğum səndə, bəs AFFA milliyə axtardığı baş məşqçini tapdı. Məşqçi nə məşqçi, lap şokalad kimi!
Sonra da astadan pıçıldadı: "Sən Ramil Diniyevin canı, heç kim bilməsin. AFFA əcnəbi mütəxəssislə bu dəqiqə razılığa gəlib, ilk dəfə sənə deyirəm. Məsələ o qədər məxfidir ki, heç AFFA-nın gecə gözətçisinin də bu işdən xəbəri yoxdur".
Tolikin qonağı mikrofonu əlindən yerə qoyub efirdən çəkilən kimi qohumum votsap nömrəmə təzə baş məşqçinin adını, tərcümeyi-halını və 6X9 ölçülü 2 foto-şəkilini də göndərdi. Amma yazdı ki, çalış şəkil Aqil Abbasın əlinə düşməsin, ömründə Azərbaycanı görməmiş yazıq əcnəbi ilə qəzetdə məzələnəcək...
Əsas odur ki, AFFA çoxdan axtarışına çıxdığı xarici mütəxəssisi tapdı, əsas futbol yığmamız başsız qalmadı. Belə bir şad xəbəri milli komandamızdan yeni zəfərlər uman xalqımızdan gizlətməyə haqqım varmı? AFFA-da çalışan bəxtəvər uzaq qohumumun göndərdiyi məlumatı yaymaq qərarına gəldim. Elə siz də yeni baş məşqçi ilə lap yaxından tanış olun:
Bojan Bojanoviç- 62 yaşı var. İndi Monteneqronun ərazisində qalan Topija rayonunun Kosalar kəndinin Güllübulaq məhəlləsində doğulub. Rabitə və Aqrotexnika texnikumunun İkinci əldən satılan geyimlərin dizaynı və təmiri fakültəsini bitirib. Əvvəlcə eşitmə əngəlli uşaqlar üçün internat məktəbində musiqi müəllim kimi çalışıb. Sonra özəl sektora keçərək Düz xətt üzrə hərəkət edən sürünənlərin yemlənməsi və təşviqi üzrə məsləhətçi şirkət açıb. Həmin şirkət Tanzaniya və Macarıstandakı özəl zooparklara məsləhətlər verir. Yeni baş məşqçimizin sürücülük üzrə D kateqoriyası var.
Millimizi çalışdıracaq Bojan müəllim futbola yad isim deyil. 12 il öncə ömründə ilk dəfə futbola canlı tamaşa etmək üçün yaşadığı Topija rayonundakı mərkəzi arenaya getmək istəyib. Həmin gün taksi sürücülərinin komandası ilə yol təmirçiləri yoxlama görüşü keçirirmişlər. Lakin Bojan müəllimin xalası oğlu qəfil qonaq gəldiyindən yığmamızın gələcək baş məşqçisinin stadiona getmək arzusu reallaşmayıb. Yeri gəlmişkən, həmin mərdimazar xalaoğlunun nəvəsi AFFA-nın Almaniyada açdığı məktəbdə futbolun sirlərinə yiyələnərək ofislərin birində şüşəsilən kimi çalışmağa başlayıb. Bojan Bojanoviç ailəlidir, 3 arvadı, 2 övladı var. Ortancıl qayınanası idmana bir köynək yaxındır, gənclik illərində ağırlıqqaldırma ilə məşğul olub, indi isə ölkəsində usta dönərçi kimi tanınır.
Tərcümeyi-halından göründüyü kimi, AFFA axtardığını tapıb. Məncə ilin-günün bu vədəsində, "Sarı gödəkcəlilərin" Parisi zibilə saldığı bir zamanda milli komandamıza bundan yaxşı baş məşqçi gətirmək mümkün deyildi. Futbol başbilənlərimiz həmişəki kimi doğru seçim ediblər. Göz dəyməsin. Bojan Bojanoviç kimi təcrübəli, illərini futbola həsr eləmiş bir mütəxəssislə fırtına qoparacağıq. Braziliya, Fransa, İspaniya, Xorvatiya yığmalarının qara günləri hələ bundan sonradır. Almaniya millisi də "kaput".
Dünyanın futbol xəritəsini dəyişəcəyik. Şair demişkən, futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA!



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK