hacklink Adalet.az | BƏYLİK-BƏY QƏZƏBİ Adalet.az | BƏYLİK-BƏY QƏZƏBİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BƏYLİK-BƏY QƏZƏBİ

25429    |   2013-04-20 08:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Çabuk sönər şişirdiğin

Soya çəkər dəvşirdiğin...

Kırk Bismillahla girdiğin

Məydan, şimdi kir məydanı".

Niyazi Yıldırım

Gənçosmanoğlu

Atama "dadaş" deyə səslənirdim. Həyatın hər üzünü görmüş, fələyin hər bir iztirabına sinə gərmiş bir insandı. Çox əsəbani idi və səhvi, səbəbi ağla batan deyilsə asanlıqla bağışlamazdı. Bəlkə də onun belə bir xarakterə malik olmasında iki cavan oğlunu, iki gəlin balasını qara torpağa basdırması, fələyin çərxində dönə-dönə bişməsi, tayfasını, sevdiklərini erməni qırğınında itirərək tənha qalması amil olmuşdu. Daimi olaraq fikirli idi, çox cəhd etsəm də onun daxili dünyasına girə bilməmiş, bu müəmmanın düyününü aça bilməmişdim. Bir şey ziyanına da olsa "yox" dedisə iş qurtarardı və dediyindən əsla dönməzdi. Məqamı düşəndə də qarşısındakı kim olarsa-olsun sözünü sərrast şəkildə onun üzünə deyərdi. Namaz vaxtı haçan evdə ibadət etdiyinə rastlasam sakitcə bir küncə çəkilib onun namazını qılıb qurtarmasını gözləyərdim. Namaz əsnasında durub dolanmaq, nəsə etmək onu əsəbiləşdirirdi, çünki namaza hörmətsizliyi bağışlamazdı. İbadətini qurtardıqdan sonra əllərini göyə açaraq əvvəlcə qibləyə dönük şəkildə salam verər, sonra gündoğana dönüb salam verər, sonra təkrar qibləyə dönüb salamı qurtarar, ürəkdən gələn bir səslə dua edər və axırda da, "Ya Rəb, bizi görünməz qadalardan, görünməz bəlalardan, şeytan şərindən, bəy qəzəbindən qoru" sözlərini dilinə gətirərdi; bunları heç vaxt yadından çıxarmazdı. İbtidai məktəbə başladım, sonra orta məktəb və ardınca da lisey. Liseyin ikinci sinifində oxuyarkən yay fəsli gəlmiş, kənddə əkin-biçin işləri ilə məşğul olurdum. Yenə bir gün axşam çağı evdə idim, o namazını qılıb qurtardı və yenə dua etdikdə həmin cümlələri təkrarladı. Artıq ona illərdir sormağa cəsarət edə bilmədiyim sualı vermək qərarına gəldim: "Dadaş, ağlım başıma gələndən sən hər namazdan sonra dua edirsən və axırda da bizi filan-filan bəlalardan qoru deyirsən. Şeytan şərini, görünməz qadaları və bəlaları başa düşdüm, bəs bəy qəzəbi nədir, axı indi bəylik var bəyəmə" - deyə sual verdim. Bir xeylaq fikrə getdikdən sonra bunları dedi;

"Dediyin düzdür, indi bəylik yoxdur, ancaq dövlət vardırmı, onun başında rəhbərlər dayanırmıə! Ha qədim vaxtlardakı bəylər, ha indiki rəhbərlər, nə fərqi var bala! Babalarımız özünü bilməz, özgələrindən buyruq alan bəylərdən çox çəkib. əgər xalqın zülmü ərşə çıxmasaydı bu dua yaranardı, onu öz balalarına öyrədərdilər bəyəmə Özünü bilməz bəylərdən millətimiz çox çəkib oğul, inşallah dövlətimizin başında dayananlar o zalım bəylərin zülmünü davam etdirməzlər, xalqa yazıqları gələr. Sonra bir şeyi heç vaxt başa düşə bilmədim, axı bizim millətimiz mərhəmətlidir, necə olub ki, millətimizin içindən məzlum xalqa zülm edə biləcək xarakterdə nanəcib insanlar da çıxa bilib və hətta onlar bəylik taxtını da ələ keçirə biliblərə!" Məndən sənə ata nəsihəti, sənə tabe olanlara, özündən gücsüz olanlara qarşı mərhəmətli ol, Allah zalımları sevməz oğul!.."

Atamın o vaxt dediyi bu sözlər beynimə həkk olundu və heç vaxt yadımdan çıxmadı. Tarix dərslərinə xüsusi fikir verməyimin özülündə atamdan, böyüklərimdən dinlədiyim tarixi hadisələrin təsiri dayanır desəm səhvə yol vermərəm. Həm lisey, həm müəllimlik, həm də tələbəlik illərimdə tariximizlə bağlı əsərləri diqqətlə mütaliə etdim.

Türk ictimai qurğusu ailədən başlamış ailələr birliyinin ki, buna "uruq" deyilirdi və "uruq" bir nəsli, bir soyu əhatə edirdi, onun bir pillə yuxarısında da boylar dayanırdı, boyları idarə edənlər də boy bəyləri idi. İctimai birliyimizin üçüncü pilləsi bəylik olduğuna görə o həddən artıq möhkəmdi və lokal xüsusiyyətə malikdi. Bəs necə olurdu ki, boyu idarə edən adamı xalqın özü seçdiyi halda bəy onlara zülm edə bilirdiə Bu həddən artıq müəmmalı bir ictimai problemdi.

ən qədim vaxtlardan başlamış boyun başında dayanan bəyin ən ümdə vəzifəsi daxili əməkdaşlığı qorumaq, haqq və ədaləti bərpa etməkdi. Boy, siyasi bir varlıqdı. Özünə məxsus müəyyən ərazisi və hərbə qüvvəsi vardı. Hər boyun mülkü ayrı olmaqla yanaşı, heyvanlarını da digərlərindən fərqləndirmək üçün xüsusilə qulaqlarına vurulan müəyyən işarələri, damğaları vardı. Bəyin dini funksiyası yoxdu. Qədim türklərdə boy adları, hər bir boyun siyasi və ya ictimai xüsusiyyətini büruzə verirdi. Görkəmli tarixçi alimimiz prof. İbrahim Kafəsoğlu boy adlarını bu cür sıralayır.

- Hərbi təşkilat və ünvanlarla bağlı boy adları: Çor, Yula, Külbəy, Qapan, Yabaqu, Çəpni, Taryan, İgdir, Köbök, Yeney.

- Hərbi-siyasi hadisələrin təsiri ilə yaranmış boy adları: Xəzər, Uyğur, Sabar, Qabar, Kəsi, Bolqar.

- Şöhrətli, varlı, böyük mənasına gələn boy adları: Bayandur, Boyat, Tabqaç, Çavuldur.

- İnsan mənasına gələn boy adları: Ağaçəri, Kumeri, Hun, Magyar.

- Coğrafi durum və təbiət hadisələrilə bağlı boy adları: Karluq, Boran, Kürd, Arqun, Arqı.

- Möhkəmlik, güc, cəsarət və fəzilət mənasına gələn boy adları: Türk, Qayı, Qaran, Kəngər, ərdəm, Qınıq.

Boylar birliyində iştirak edənlərin sayına görə aldıqları adlar isə belədir: on ox, doqquz oğuz, on uyğur, üç karluq, 30 oqur kimi.

Oğuz sözünün özü də bir-birinə bağlanıb siyasi bir təşkilat quran Türk boyları mənasındadır. Bütün bunlar bizə göstərir ki, Türk boyları adlarını şəxslərdən almayıbdır, boy hər hansı şəxsin yaratdığı ictimai qurğu deyildir, onu bütövlükdə xalqın özü yaradıb.

Boy bəyləri, xalq içində düzlüyü, cəsarəti, dözümü, ağlı, biliyi ilə tanınan şəxsiyyətlərin arasından seçilirdi. Münsiflər heyəti ailə və soyların, yəni uruqların nümayəndələrindən təşkil tapırdı. Xalqın məhəbbətini itirən boy bəyi, bəylikdən istefaya çıxmaq məcburiyyətində idi.

Türklər hansı boya mənsubdularsa və harda yaşayıblarsa öz adlarını o coğrafi məkanın hər hansı bir yerinə veriblər və oranın toponiminə öz möhürlərini basıblar. Bu gün Azərbaycanın Güneyində və ya Qüzeyində bu cür yerlərə hər tərəfdə rast gələ bilirik. Məsələn, götürək Şimali Azərbaycandakı bir neçə toponimi: Xəzər dənizi adını Xəzər Türklərindən götürüb. Saatlı, Sak Türklərinin adını min illərdir daşıyır. Girdman, Tərtər, Qarqar, Şəki, Gəncə, Zəngi, Zəngibasar və s. və ilaxir. Bu adlar isə ilkin növbədə yada düşənlərdir. Güney Azərbaycandakı yer adlarından da bir neçəsini təkrar xatırlatmaq istəyirəm; Urmu gölünün adı, Eramızdan qabaq 24-cü əsrdə bu mahalda yaşamış Urum tayfasının adını daşıyır və bu bölgə türklərin bilinən tarixinin ən qədim dövlətinin, yəni Aratta dövlətinin yarandığı məkandır. Boyat, əhmədli, əfşar, Muğan, Təkəli, Qacar kimi adlardan minlərləsini saya bilərik.

Hər Türk boyu və ya tayfası bir yerdən özgə bir yerə köçübdürsə, köçüb getdiyi yerə daha əvvəlcə yaşadığı yerlərin adlarını da götürüb təzə məskunlaşdığı yerə aparıbdır. Məsələn, Sabarları götürək. Eradan qabaq 2400 illərində Akkad şahı Sarqon Mesopotamiyada yaşayan Subar Türklərinə hücum çəkir və onların dövlətinin tənəzzülünə amil olur. Sabarlar da Akkadların hakimiyyəti altında yaşamağa dözə bilmirlər və başlarını götürüb gedirlər. Gedərkən də iki hissəyə bölünürlər. Bir hissəsi üzünü Türküstana, Sibirə tutur, gedib məskunlaşdıqları yerə də öz adlarını qoyurlar. İndiki Sibir adı həmin Sabar Türklərinin adını min illərdir yaşadır. Sabarların bir digər hissəsi isə Türkiyənin indiki Bitlis və Diyarbəkir vilayətləri arasında məskunlaşırlar. O vaxtlar buralar Mitannilərin əlində idi. Mitannilər onlara dəyib toxunmurlar və eradan qabaq 13-cü əsrdə Mitanni dövlətinin süqutu nəticəsində Arme, Kulmeri və Turku adlı tayfaları yaradırlar. Çox güman ki, Turku adlı bu tayfa da bir müddət sonra üzünü Orta Asiyaya tutub, Orxun-Yenisey ətrafında Göytürk dövlətini yaradıb onu imperiyaya çevirib.

Yaxşı, ən qədim vaxtlarda, mifoloji çağlarda belə öz bəyini seçən xalq bəyin özünə zülm etməsinə niyə dözübə Apardığım bütün araşdırmalarda gördüm ki, harda xalqımız zülmə məruz qalıbsa ordakı ictimai və siyasi qurğu bizim olmayıb. Bəylərin zülmü də xüsusilə Yaxın Şərq, Qafqaz, Şərqi və Cənub-şərqi Anadolu bölgələrində görülüb. Mülkədarlıq, ağalıq kimi sistemlər bizə xüsusilə ruslardan və farslardan, ərəblərdən keçib, bizdə mülkədarlıq da, ağalıq da olmayıb. Nəinki bəylər, xaqanlar da xalqdan varlı, xalqından daha firavan bir həyat tərzinə malik olmayıb.

Elə olsaydı Oğuz Xaqana Pətəng qalası döyüşündə Çin ordusunu mühasirəyə saldığı əsnada həyat yoldaşı; "Ey ulu xaqan, Çin torpaqları həddən artıq böyükdür oranı işğal edə bilməzsən, etsən də hökmranlıq qura bilməzsən, bu ordunu məhv etmək istəsən sənin ordun da hədsiz ziyan çəkəcəkdir, ən yaxşısı onlarla sülh bağlayıb sənə bac vermələrini təmin etməndir" - deyərək müdaxilə edib, Çin ordusuna siçan yolu verdirib buraxdırmazdı, Oğuzdan yüz illər sonra Avropanı əsim-əsim əsdirən Atilla yeməyini ağac qabda taxta qaşıqla yeməzdi, Qazan xan kimi bir hökmdar hər il evini yağmalatmazdı ki, xalqından daha varlı olmasın və xalqı onu qısqanmasın!..

Deməli, aydın olur ki, xalqına zülm edən bəylər bizdən deyilmiş, onların xalqımıza zülm etməsini özgələri əmr edirmiş, onlar əmr quluymuş.

Bəs indi necə, xalqlarımız hansı kökdədir, bəylərimiz xalqlarımıza necə baxırə..

"Uyanınca Türk:::ün özü,

Gərçəkləşir Tanrı sözü...

Olur bir gün şu yər yüzü,

İnsanlığın hür məydanı!"

Niyazi Yıldırım

Gənçosmanoğlu

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK