ANA SƏHİFƏ / YAZARLAR

İRAN İSLAM DÖVLƏTİDİRMİ?!

18851    |   2009-04-16 00:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əli minlərlə müsəlmanın qanına batmış, cocuq qatili Sərkisyan özünü İslam dövləti adlandıran İrana getdi. Əhmədinecat ilə qol-boyun oldular, bir-birlərini bağırlarına basdılar.
   
   Yadınızdadırsa, Əhmədinecatın bu yaxınlarda hansı ölkədəsə bir qadına əl verdiyi üçün, yəni görüşdüyü üçün az qala bütün İran ayağa qalxmışdı ki, niyə qadınla əllə görüşüb. Amma İslamın düşməni Sərkisyanla qucaqlaşır, İranda bir kərtənkələ də buna etiraz eləmir.
   
   Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, kim kimlə öpüşür, kim kimlə cikkildəşir cikkildəşsin, öz işləridi. Amma millətə yalan danışmasınlar, milləti barmaqlarına dolamasınlar.
   
   Bu necə bir İslam dövlətidir ki, "Quran"ı tapdayan sərkisyanlara sinə açır?!
   
   Bu necə bir İslam dövlətidir ki, yüz illərdi minbərlərindən "Allah" kəlamı oxunan məscidləri dağıdan, Allahın evində eşşək saxladan sərkisyanlara sinə açır?!
   
   Bu necə bir İslam dövlətidir ki, naməhrəm qadına əl verməyi günah sayır, amma müsəlman qadınlarının qarnını cırıb bətnindəki körpəni çıxarıb ayaqlar altına atan, yeddi, səkkiz, doqquz yaşındakı qızları zorlayıb sonra işgəncə ilə öldürən sərkisyanlara sinə açır?!
   
   Bu necə bir İslam dövlətidir ki, İslam düşmənlərilə qardaş olur, amma öz din qardaşı olan Azərbaycana özünün televiziya kanallarında səhərdən-axşama qədər küfr yağdırır?!
   
   Bir "Zəhər" proqramları var, heç gürzədə bu qədər zəhər olmaz ki, bu proqramda var. Hər gün bizə zəhər-zəhrimar yağdırır.
   
   Belə misalların sayını istənilən qədər artırmaq olar. Yəni hamımızın bildiyi şeylərdi. Yəni demək istəyirəm ki, bizi İranla Ermənistanın ilişgiləri ilgiləndirmir, sadəcə olaraq müqəddəs "İslam" kəlməsinin üstünə ləkə düşməsini istəmirik. Müqəddəs "Quran"ımızın İslam düşmənlərinin ayaqları altında tapdanmasını istəmirik.
   
   Xocalıda ikinci bir Kərbəla müsibəti törədərək İmam Hüseynin övladlarını süngüyə keçirən ermənilərin İslamı aşağılamasını istəmirik.
   
   Sözüm təkcə İranda yaşayan azərbaycanlı qardaşlarımıza deyil, həm də eyni dini daşıdığımız, eyni mədəniyyəti paylaşdığımız, eyni Günəşin altında qızındığımız, eyni sudan içdiyimiz fars dindaşlarımızadı!
   
   Sözüm həm də İranda yaşayan kürd dindaşlarımıza, ərəb dindaşlarımızadı!
   
   Siz necə rəva bilirsiniz ki, müqəddəs İslam bayrağını, İmam Hüseyn şəhidliyi ilə dünyada görünməmiş bir zirvəyə qalxmış İslam bayrağını tapdalayanlara sizin dövlətiniz, adında İslam olan dövlətiniz, sinə açsın?!
   
   Düşünün! Allah eşqinə, Peyğəmbər əleyhüssəlam eşqinə, Həzrəti Əli eşqinə, İmam Hüseyn eşqinə düşünün!
   
   Sonda. İran İslam Respublikasının dini lideri Ayətullah Xamneyi Sərkisyanla görüşüb. Görüşündə də deyib ki: "Erməni həmvətənlərimiz inqilabı müdafiə ediblər".
   
   Xatırlatma. Bu inqilab Təbrizdə başlamışdı və inqilabı azərbaycanlılar eləmişdi. Şahı azərbaycanlılar İrandan qovdular. Ayətullah Xomeynini (qəbri nurla dolsun) azərbaycanlılar çiyinlərində hakimiyyətə gətirdilər!
   
   Və əlləri bala batdı! Ermənilər onlardan əziz-xələf oldu!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK