viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Axx, özünü ilan zəhəri ilə öldürən Kleopatra Adalet.az | Axx, özünü ilan zəhəri ilə öldürən Kleopatra Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Axx, özünü ilan zəhəri ilə öldürən Kleopatra

7618    |   2018-12-25 20:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sadəcə xəfif bir qadın deyil. Bu maraqlı qadını günümüzə qədər daşıyanlar əslində Hollivud Ulduzları Zeda Bara, Kladuette Kolbert və təbii ki, Elizabet Taylor kimi məşhurlardır.

Misirin bənzərsiz bir kraliçası idi. Miladdan öncə 69-cu ildə doğulan Kleopatra "Auteles” yəni, "Fleyta çalan” olaraq bilinən XII Ptolomeyin üçüncü övladı idi. Misir o zamanlar əvvəlki kimi də olmasa zəngin idi. Makedoniyalı sahiblərindən məmnun olmayan yerlilər çox hüzursuz idilər.

Kralın ən sevdiyi qızı idi. Fleytaçı taxtına sahib çıxmaq üçün tez-tez Romaya gedib yardım istəyirdi. Kleopatranı 12 yaşında ikən bu səfərlərdən birində yanında aparmışdı. Beləcə Kleopatra Romalı fırıldaqçıların işlərin getməsi üçün atasından 10 min qızıl istədiklərini görmüşdü.

Yeddi dil bilən intellektual bir kraliça idi. Kleopatranın yaxşı bir təhsil aldığı təxmin edilir. O dövrün tarixçilərinə görə Kleopatra öz dilindən başqa Yəhudi, Ərəb, Fras, Erməni, Həbəşi və Somali dillərində həm oxuyub, həm də yaza bilirdi.

Qardaşlar arası intriqalar başlamışdı. Ptolomey sadəcə buyruğu altındakıları deyil, heç uşaqlarına da söz keçirə bilmirdi. Günlərin birində uzaqlarda ikən ən böyük qızı Trayfaena taxtı ələ keçirtdi. O öldürüldükdən sonra da taxt ikinci qızı Bereniçeyə keçdi. Ptolomey Romanın köməyi onu edam etdirdi. Ən böyük övladı olan Kleopatranın fikirləşib bir həll tapmağı üçün çoxlu səbəb var idi.

Kleopatra üçün çətin bir həyat başlamışdı. Misirin Romalılardan gələn yardıma ehtiyacı olduğunu bilirdi. Bu yardım üçün ödənilən pullar dövlətin yoxsullalaşmağına gətirib çıxarırdı. Ailə içində özünü qorumağı vacib idi. Nələrsə yolunda getmirdi və düzəlməyi lazım idi.

Artıq Misirin taxtı onun idi. Miladdan öncə 51-ci ildə o, hələ 18 yaşında olanda atası ölür, krallıq ona və 10 yaşlı qardaşı XIII Ptolomeyə qalır. Fəqət işlər heç də yaxşı getmirdi. O il Nil daşmamışdı deyə kənd təsərrüfatı bərbad gündə idi. Yeri xalqda Makedoniya əsilli xanədana qarşı etibarsızlıq və hətta nifrət var idi. Bu mərəzə qalmış idarəçilikdən bezmişdilər.

Sezar Kleopatra ilə tanış olacağını hiss etmişdi. Qardaşının beynini yeyən hərəm ağası və çevrəsindəkilər ucbatından iqtidardan uzaqlaşdırılıb Cənubi Misirdəki Nil vadisinə sürgünə göndərildi. Bu arada Romada iqtidar üç yerə bölünmüşdü. Sezar, Pompey və Krassus arasında bölüşdürülən güc elə də parlaq görünmürdü. O dövrdə qazandığı savaşlarla bu üçə bölünmüş iqtidarda ön plana çıxan Sezar Kleopatrayla qardaşını barışdırmaq niyyətində idi.

Böyük bir eşq başlamışdı. Fəqət Kleopatra qardaşı ilə barışmaq istəmir, bundan əvvəl Sezara təsir etməyi planlaşdırırdı. Amma praktiki cəhətdən bu, elə də asan deyildi. Siciliyalı köləsi Apollodoresin təklifi ilə özünü xalçaya büküb Sezarın hüzuruna apartdırdı. Sezar Kleopatranın ağlından və cəsarətindən olduqca mütəəssir olmuşdu. Kleopatranı qardaşıyla barışdıran Sezar onların arasını vuran hərəm ağasını öldürtdü.

Cəsur və ağıllı kraliça Romanı sarsıdırdı. Hə, elə Kleopatra da bu idi. Sezara qovuşmaq üçün büküldüyü xalçanın içində boğulmağını gözə alan bu cəsarətli qadın taxtına sahib çıxmağı da qazanmışdı. Təbii ki, bu arada 50 yaşına gəlmiş və saçları tökülmüş Sezarla da yatmışdı. Qosqoca Sezarı özünə aşiq edən bu qadının ehtirası Sezara Misir ordusu qarşısında öz gəmilərini yandırtmış, yanğın da İsgəndəriyyədəki kitabxanaya sıçramış və insanlığın yaddaşı kimi qəbul edilən bu kitabxananın bir qismini məhv etmişdi.

Misirin tək sahibi çalışqan və əzimli qadın idi. Yanğından sonra Kleopatranın qardaşı Nildə boğulub ölmüş halda tapıldı. Bundan sonra isə Kleopatra tək başına taxta oturdu və bütün Misirin idarəçiliyini əlinə aldı. O sırada Sezardan bir uşağı da oldu və balaca Sezarionu götürüb Romaya getdi. Ən böyük xəyalı iki imperatorluğu birləşdirib Böyük İsgəndərin də xəyalı olan bütün dünyaya sahib olmaq idi. Miladdan əvvəl 44-cü ildə Sezar ölür və o, bu xəyallarını sonraya saxlamaq məcburiyyətində qalır.

Sezardan sonra Roma imperatorluğu taxta çıxan Oktavian və Markus Antonius arasında ikiyə bölündü. Qərb artıq Markus tərəfindən idarə edilirdi və ilk işi də Misiri ziyarət olmuşdu. Antonius Kleoparraya dəlicəsinə aşiq olmuşdu. Kleopatranın Antoniusdan iki qız uşağı dünyaya gəlir. Bir müddət Tarsusda yaşayırlar və bu illərdə Oktaviusla müharibə edirlər. Onlar qaçmaq məğlub olub qaçmaq məcburiyyətində qalırlar.

Öləndə belə cəsur Misir kraliçası idi. Kleopatranın ölümünə aid bir çox rəvayət var, amma ən məşhuru özünü bir ilana sancdırıb intihar etməyidir. Lakin tez-tez yanında bir ilanla gəzməyəcək qədər ağıllı olan Kleopatra çox güman ki, intihar etmək üçün zəhərini yanında daşıyırmış.





İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK