hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: SON AN Adalet.az | Faiq QİSMƏTOĞLU: SON AN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SON AN

5557    |   2018-12-24 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... İyirmi gün əvvəl qızım Füzulidən zəng edib demişdi ki, ata, Məcnun əminin vəziyyəti yaxşı deyil. Həmin vaxt onun telefonuna zəng vurdum. Özü qaldırdı və cavab verdi:

- Çox şad oldum zənginə! Nə yaxşı məni arayıb-axtardın. Allah qoysa müalicə olunum, Füzuliyə qayıdım görüşərik!

... Hiss edirdim ki, səsi əvvəlki səs deyil və hiss edirdim ki, artıq onun səsi də yorulub. Ona görə də çox danışıb incitmək istəmədim. Bircə onu dedum ki, ustad, Allah sənə şəfa versin! Və bu sözlərdən sonra telefonu söndürdüm. Ancaq qabaqlar onunla on dəqiqəqlərlə telefon söhbətimiz olardı. Elə şirin, elə səmimi danışardı ki, istəməzdim söhbətimiz bitsin.

... O, mənim tanıdığım böyük ziyalılardan idi. Hər sözündə, hər kəlməsində bir işıq, bir nur, bir həyat eşqi vardı. Həyatımın ən çətin anında, ən kədərli məqamında və hər yerdən əlim üzüləndə onun yanına qaçardım. Qızımgilə dəyməmişdən Horadizdə Məcnun müəllimin evinin qapısını döyərdim.Özündən əvvəl dörd qızı mənim üçün əldən-ayaqdan gedər, "əmi” deyib boynumu qucaqalayardılar.

... Və elə bilirdim ki, o qızlar da mənim balalarımdı. Çünki Məcnun müəllim də elə mənim qızımın atasıydı. Nəvələrim ona "baba” deyirdi. Süleyman müəllimlə məndən çox Məcnun müəllimin isti nəfəsini, ürəyinin atəşini, qəlbinin istisini hiss edirdilər. Elə çox vaxt da nəvələrim və qızım onlardan mənə zəng edir, "Məcnun babagildəyik” deyirdilər. Onlar bu ocağı özlərinə çox doğma bilirdilər. Onlar bu ocaqdakı dörd qızı da özlərinə ən yaxın simsar sayırdılar...

... Gəlirdim qapıya, otaqdan ustadın səsini eşidirdim. Qızlar deyirdilər ki, ata, Faiq müəllim gəlib. O da başıalovlu məni evdə yox, elə həyətdə qarşılayardı. Onun çöhrəsində heç kimdə olmayan nur, işıq vardı. Onun çöhrəsində qeyri-adi bir işartı hiss olunurdu. Elə ki, qapını açıb içəri girirdik, heç yemək-içmək yadımıza düşməzdi. Elə şirin söhbət edərdi ki, bu bal kimi şirin söhbətdən doymaq olmazdı. Çay içmək istəyəndə əlimizi stəkana vurub soyuduğunu hiss edərdik. Və yenidən ustad qızlara deyərdi ki, çayı təzələsinlər. Söhbətimiz iki-üç saat uzanardı. Amma mən bu söhbətdən yorulmaz, əksinə, doymazdım. Onunla söhbətdən sonra içimdəki dağ boyda dərd əriyib yoxa çıxardı. Qəlbimdə və içimdə Məcnun müəllimin söhbətindən günəş doğardı. Və bu günəşin istiliyini uzun müddət qəlbimdə hiss eləyərdim...

O, böyük insan idi... böyük ziyalı idi... böyük jurnalist idi... böyük də redaktor idi... Əlimdə qələm tutmağı öyrətməsə də, jurnalistikanın əlifbasını mənə bir-bir öyrədə bilmişdi. O mənə məqalə yazmağı, oçerk qələmə almağı, felyeton hazırlamağı və bütün janrlarda yazıları yazmağı bacarmağı öyrətmişdi. Və o mənə bir də səmimi və vucdanlı olmağı dəfələrlə xatırlatmışdı. Mənim ilk yazı yolum onun redaktoru olduğu "Araz” qəzetindən başlamışdı. Mən tələbə olanda gördüm ki, Məcnun Namazəliyev necə böyük jurnalistdi, necə böyük redaktordu. O məni qohum olduğuma görə yox, istedadıma görə çox istəyirdi. Ona görə də qəzetin çox istedadlı yazarları olan Kərəm Hətəmova, Əsgər Şıxəliyevə, Vaqif, Mehdiyevə, Oqtay Əliyevə, Mais Kazımova dönə-dönə tapşırmışdı. Demişdi ki, onlar mənə qarşı daha tələbkar, daha ciddi olsunlar.


Rəhmətlik Kərəm Hətəmov da yazılarıma göz gəzdirəndən sonra Məcnun müəllimə bunları bildirmişdi: "Sənin qohumunun heç kəsə ehtiyacı qoxdu, çox yaxşı jurnalist olacaq”. Kərəm Hətəmovun bu sözlərindən sonra Məcnun müəllim sevinmişdi və mənə böyük ümidlə baxırdı. Və mən bu gün sevinirəm ki, o ustad sənətkarların ümidlərini doğrulda bilmişəm. Və mən ona da sevinirəm ki, Məcnin Namazəliyev kimi istedadlı və peşəkar bir redaktor mənim yazılarımı həmişə izləyirdi. İzləmək azdı, həm də bir ustad kimi razı qaldığını deyirdi.

Məcnun Namazəliyev 77 illik bir ömür yaşadı. Bu ömrü çox namusla, vucdanla, kişi kimi tamamladı. Məcnun Namazəliyev Füzulinin sayılıb-seçilən çox böyük ziyalılarından, ağsaqqallarından idi. O kiminləsə bir kəlmə söhbət kəssəydi, o söhbətin şirinliyindn insan ayrılmazdı. Ölkə prezidenti cənab İlham Əliyev Füzuliyə səfər edərkən ziyalılarla görüşü olardı. Həmin görüşlərdə Məcnun Namazəliyevin məntiqli, savadlı, duzlu söhbəti cənab prezident tərəfindən də səmimi qarşılanırdı. Heç kimin prezidentə deyə bilməyəcəyi sözü Məcnun müəllim o qədər ustalıqla, məharətlə çatdırırdı ki, bu, cənab prezidentə də ləzzət eləyirdi. Çünki Məcnun Namazəliyev həmişə Füzuli camaatının içində olan ziyalı olub. O hər bir füzulilinin hansı anlar yaşadığını, hansı çətinliklərlə üzləşdiyini yaxşı bilirdi. O boğazdan yuxarı heç vaxt söz deməyib. Nə deyibsə, ürəyinin, qəlbinin səsiylə danışıb, ürəyindən keçirdiklərini dilinə gətirib.

Bu gün hamı deyir ki, Məcnun Namazəliyev tək bir kənddən, bir eldən getməyib. O, Füzulidən, Azərbaycandan gedən böyük ziyalıdır. Ən azından ona görə ki, onun ürəyi həmişə bu Vətən üçün, bu ölkə üçün, bu dövlət üçün döyünüb...

... Məcnun müəllim dərdini, kədərini kiməsə deməyi heç vaxt sevməzdi və onun çöhrəsində də həmişə bir təbəssüm, bir nur vardı. Məcnun müəllim cavan oğul itirmişdi. Oğlu Surxaydan sonra sanki bütün sevinci, sevgisi ondan uzaqlaşmışdı. Amma bunu Məcnun müəllim heç kimə, hətta doğmalarına belə bildirməyi sevməzdi və heç vaxt dərdindən, kədərindən danışmazdı. Onu tanımayan adam bəlkə də düşünərdi ki, bu insanın heç bir dərdi yoxdu. Amma mən bilirdim ki, Məcnun müəllim, sən nələr çəkirsən. Və həyat yoldaşı Məlahət xanımı itirəndın sonra onun içində çəkdiyi dərd bir az da ağırlaşdı.

Məcnun Namazəliyevin dörd qızı, bir oğlu var. Neçə-neçə nəvəsi boya-başa çatıb. Və bu nəvələrin arasında ali məktəbdə oxuyanları da var. Mən o qızlara baxanda hər biri maşallah olsun, aslan parçası kimidi. Yəni o qızlar hər biri onun yolunu davam elətdirir. Və o qızlar elə mənim də balalarımdır. Allaha and olsun ki, o dörd qızın dördünü qızım Tellidən ayırmıram. Məcnun müəllim yaxşı ataydı, yaxşı babaydı, yaxşı əmiydi, dayıydı. Və öncə o sözün həqiqi mənasında böyük türk idi və böyük ziyalıydı. Məcnun müəllimin ölümündən iki gün qabaq qızım yenidən mənə zəng çaldı. Dedi ki, ata, Məcnun əmini Bəhmənliyə ata yurduna gətiriblər. Gəlib ziyarət eləsən, o, çox rahat olar. Vaxt itirmədən dekabrın 19-da axşam üstü özümü Bəhmənliyə çatdırdım. Mamam oğlu Tehran və sinif yoldaşım Rəfaellə onlara yollandıq. Həyətlərinə çatanda gözümə bir-iki maşın dəydi. Ayaqqabımızı çıxarıb içəri keçdik. Oğlu Nurəddin bizi qarşıladı. Öpüşüb görüşdük. Sonrz qızları gəldi. Onlar da mənimlə həmişə olduğu kimi öpüşüb görüşdülər. Amma həmişəkindən fərqli olaraq bu dəfə gözümüz doldu, qəhər bizi boğdu. Özümü saxlaya bilməyib ağladım. Çay gətirdilər. O çayı necə içdim bir Allah bilir. Heç kəsi yanına buraxmırdılar. Amma qızlardan biri dedi ki, atam Faiq əmini arzulayir, qoy keçsin içəri. Qapını açıb otağa daxil oldum. Ətrafında üç-dörd yaxın qohumlarından olan qadınlar əyləşmişdi. Onlara salam verib çarpayıda uzanan Məcnun müəllimə yaxınlaşdım, alnından öpdüm. Ağ saçlarına sığal çəkdim. Amma heç nə hiss eləmədi. Sonra əlini ovcumun içinə aldım. Bumbuz idi. Və bu bumbuz əli ovcumun içində sıxdım. Danışa bilməsə də o da əllərimi gücü çatdığı qədər sıxdı. Sonra gözlərindən bir damla yaş gəldi. Ürəyim dözmürdü. Özümü toparlayıb dedim: "Ustad, ziyarətinə gəlmişəm!”. Çöhrəsində təbəssüm yarandı. Deyirlər insanlar dünyasını dəyişmək ərəfəsində daha da gözəlləşirlər. Onun daçöhrəsində bu gözəllik vardı. Çox yormaq istəmədim. Alnından öpüb, saçlarına sığal çəkib ayağa qalxdım. Və qızlar da mənim arxamca çölə çıxdılar. Özümü saxlaya bilmirdim. İstəyirdim hönkürüm ağlayım. Elə ağladım da. Göz yaşlarım içimə axdi. Hamımız bir-birimizə baxdıq. Dörd qıza, bir qardaşa çıxanda bunu dedim: "Sizin atanız dünyznın ən təmiz, ən halal və ən vicdanlıə adamıdır. Allahın işinı qarışa bilmərik. Özü bilən məsləhətdi. Ona görə də siz qürur duymalısınız ki, Məcnun Namazəliyevin övladlarısınız”.

... Bir gün sonra Bakıya qayıtdım və eşitdim ki, ustad dekabrın 21-də Allahın dərgahına qovuşub. Onun dəfnində xəstə olduğum üçün iştirak eləyə bilmədim. Ancaq mənə təsəlli olan o oldu ki, ustadı sağ vaxtı ziyarət elədim, saçlarına sığal çəkdim, əlini ovcuma aldım. Və düşünürəm ki, heç Məcnun Namazəliyev ölməyib. Çünki bu cür insanlar zamanından və məkanından asılı olmayaraq həmişə yaşayırlar...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK