deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMLARI Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMLARI

3926    |   2018-12-14 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dahilərdən kimsə deyib: "On faiz istedad, doxsan faiz zəhmətdir. Yəni nə qədər istedadlı olsan, əyləşib əlinə qələm götürərək əziyyətə qatlaşıb bir şey ortaya qoya bilmirsənsə, deməli, sən zəhmətkeş deyilsən. Mənim 30 ildən çox tanıdığım, qonşuluq, dostluq elədiyim pedaqoq, istedadlı yazıçı-publisist və böyük ziyalı Səməndər Məmmədov da nə qədər istedadlıdırsa, bir o qədər zəhmətkeş ziyalıdır. Əgər zəhmətkeş olmasaydı, indiyə kimi bir-birindən maraqlı və rəngarəng on beş kitab qələmə almazdı. Onun hər kitabında, hər yazısında ürək çırpıntılarını Allaha, insanlara, dünyaya, Vətənə olan böyük sevgisini hiss etmək olur.

Uzun illər maraqlı axtarışlar, araşdırmalar aparıb və axırda da onu kitab şəklində araya-ərsəyə gətirib. Bu yaxınlarda "Elm və Təhsil” nəşriyyatında çap edilmiş 468 səhifəlik "Faxralılar və tarix yaradanlar” (ikinci kitabı) işıq üzü görüb. Öncədən qeyd edək ki, kitabı nəşrə hazırlayan və redaktoru "Əməkdar mədəniyyət işçisi”, yazıçı-publisist Musa Nəbioğludur. Redaktorun kitabın ilk səhifəsində "Nə qədər ki, sağlam və qüvvətlisən, işlə” adlı məqalədən oxuyuruq: "Səməndər Məmmədov! Bu gün bu imza onun doğulub boya-başa çatdığı Borçalıyla yanaşı, Azərbaycanda da çoxlarına yaxşı tanışdır. Respublikada tanınan təhsil işçilərindəndir. Uzun illər paytaxt Bakı şəhərində böyük bir məktəbə başçılıq edir. Bununla belə, onu tanıdan və sevdirən başqa keyfiyyətlər də var: Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra ədəbi mükafatlarınn laureatı, şair-publisist kimi bir neçə kitabın müəllifidir. Hər misrasından səmimiyyət yağır, Vətən, torpaq ətri gəlir, insanları halallığa, düzlüyə, sədaqətə, saf məhəbbətə səsləyir...”


Bu sözlərin səmimiyyətinə Səməndər müəllimi tanıyan heç kim şübhə ilə yanaşmaz. Çünki o, bir tikə çörəyi yarı bölən, tanıdığı və sevdiyi adamların ağır günlərində yanında olan birincilərdəndi. Sözün həqiqi mənasında o əsl türk oğlu türkdü və qanından da türk qanı axır. Kökü dərinlərə getməyən adam heç vaxt Borçalıyla bağlı belə bir fundamental, samballı sənət əsəri ortaya qoya bilməzdi.

Kitabda müəllifin Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri, tanınmış elm və sənət adamları ilə yanaşı, Borçalı əslli ziyalılar haqqında oçerklər və müxtəlif mövzularda yazdığı publisist yazılar yer alıb. Bir-birindən rəngarəng, oxunaqlı və maraqlı yazıların adlarını bir daha oxucuların diqqətinə çatdırırıq: "Kremlə sancılmış Türk bayrağı”, Qayğı müəllimə dayaqdır”, "Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”, "Sərt qayalar əyilməz ki, əyilməz”, "Müəllimlər müəllimi”, "Borçalının bülbülü”, "Böyük söz fatehi”, "Aləm bilir, möcüzədi Zəlimxan”, "Ölüm bilsəydi ki, kimi öldürür, özü ölərdi xəcalətindən”, "Ocaqdı Şamilim, pirdi Şamilim”, "Kim desə ki, söz qocalır, söz ölür”, "Nur şəhərinin nur oğlu”, "Yanar ürək”, "Verdiyi salama, kəsdiyi çörəyə sadiq insan”, "Dolu ziyalı”... Bu cür bir-birindən maraqlı, gözəl yazıların adını yenə çəkə bilərik. Düşünürük ki, həm adını çəkdiyimiz, həm də adını çəkmədiyimiz bütün oçerklər, zarisovkalar və məqalələr Səməndər Məmmədovun qələmindən süzülüb gəlib. Bulağın suyu necə təmizdirsə, onun da qələmə aldığı hər bir yazı bulaq suyu kimidir; insanın ürəyinə güc, dizinə təpər, gözünə işıq gətirir!

Onun qələmə aldığı portret oçerklərin qəhrəmanları mən cəsarətlə deyərdim ki, göy üzünün adamlarıdı. Ulu Öndər Heydər Əliyev göy üzünün adamıdı... Böyük yazıçı Mir Cəlal Paşayev göy üzünün adamıdı... Məmməd Araz göy üzünün adamıdı... Zəlimxan Yaqub göü üzünün adamıdı... Professor, sabiq millət vəkili Şamil Qurbanov və Camal Mustafayev göy üzünün adamıdı...

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Kremlə sancılmış Türk bayrağı” oçerkini heç vaxt həyəcansız oxumaq mümkün deyil. İnanmırsınız, aşağıdakı abzasa diqqət yetirin: "... Heydər Əliyev Moskvadan Azərbaycana dönüşündə məşhur gürcü jurnalistlərdən biri onunla apardığı müsahibəyə belə bir sərlöhvə qoymuşdu: "Odlar Yurdu pələnginin biləkləri hələ bükülməmişdir”. Çox uğurlu başlıq idi. Bütün sonrakı hadisələr, Ulu Öndərin fəaliyyəti, ölkəmizin inkişafı naminə gördüyü işlər sübut etdi ki, Heydər Əlirza oğlu Əliyev bükülməz biləkli çox böyük şəxsiyyətdir. Elə bir adam yoxdur ki, bu həqiqəti birmənalı qəbul etməsin. Bir dəfə professor Qulu Xəlilov televiziya çıxışlarından birində belə bir müdrik kəlamı xatırlatdı ki, mən böyük ağıl qarşısında baş əyirəm, böyük ürək qarşısında isə diz çökürəm. Heydər Əliyev böyük ağıl və böyük ürək sahibi idi”.

Yazıçı-publisist Səməndər Məmmədovun bu oçerki Ulu Öndər Heydər Əliyev haqqında qələmə alınmış ən gözəl yazılardan biridir desək, fikrimizdə yanılmarıq.

Səməndər müəllimin bu kitabda gözəl yazıları çoxdur. Onlardan biri də ona dərs demiş, böyük yazıçı, böyük alim və böyük müəllim Mir Cəlal Paşayevə həsr etdiyi oçerkdir. Oçerk belə adlanır: "Müəllimlər müəllimi”. Bu yazının da bəzi məqamlarını sevimli oxusuların nəzərinə çatdırırıq: "... Hələ sağlığlnda ikən klassikləşən bu böyük şəxsiyyəti və görkəmli yazıçını təbii ki, mən də hələ orta məktəb illərindən tanıyır, əsərlərini sevə-sevə oxuyurdum. O vaxtlar bəlkə heç ağlıma da gəlməzdi ki, zaman gələcək və mən bu canlı klassikdən elm öyrənəcək, həyat dərsi alacağam. Universitetdə bizə dərs dediyi ilk günlərdən isə bir şəxsiyyət kimi gözlərimdə daha da böyüdü. Və mən bir daha əmin oldum ki, "Bir gəncin manifesti” kimi əsər məhz Mir Cəlal qələmindın çıxa bilərdi. Millət sevgisindən, el-obaya, adət-ənənəyə, kökə bağlılıqdan qaynaqlanan və bu gün də dədə sözü kimi işlənən "İtə ataram, yada satmaram” kəlmələrini öz qəhrəmanının diliylə Mir Cəlal kimi millət, Vətən təəssübü çəkən böyük ziyalı deyə bilərdi...”.

Düşünürəm ki, yeni çapdan çıxmış kitabı vərəqləyəndı hər bir oxucu özünün istədiyi məqamlarla üzləşəcək. Yazımı istedadlı yazıçı və Səməndər müəllimin tələbə dostu Əlabbasın qələmə aldığı "Üç qalan roman” məqaləsinin son abzası ilə bitirmək istəyirəm: "... Kişi kimi tanıdığım, 45 ilin məsləkdaşı olan canlara dəyən dost Səməndərin bu qədər od-ocaq təəssübkeşi olduğuna qətiyyən təəccüblənmirəm. Konkrek fakt, dəlil və arqumentlərlə sistemli şəkildə təqdim etdiyi müxtəlif sənət, peşə və vəzifə sahibi olan insanları, yəni öz qəhrəmanlarını urvatlı etmək istəyi küll halında qədirbilənliyin ədəbi-estetik dərginə xidmət edir. Nəticə isə ondan da qanunauyğudu: "Faxralılar” bu kənddən olanların vizit kartıdı...”.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK