nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Toyda şeir oxuyan gənci efirdən necə qovdum? - Eminquey yazır Adalet.az | Toyda şeir oxuyan gənci efirdən necə qovdum? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Toyda şeir oxuyan gənci efirdən necə qovdum? - Eminquey yazır

9453    |   2018-12-09 11:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə hər dəfə veriliş dəvətlərinə "hə” deyən deyiləm, nə də hər dəfə verilişə dəvət alan. Qonaqların kimliyi də məni bir o qədər maraqlandırmır. Əsas məsələ mövzudur. Bu günlərdə Rövşanə xanımın verilişinə dəvət olundum və mövzunun "Cəmiyyətdə nəyi dəyişmək istəyərdiniz?” olduğunu eşidib dərhal razılaşdım. 

***

Verilişin başlamağına hələ var... Dərindən bir siqaret çəkib studiyaya getdim. Qonaqlarla bir-bir tanış olduq. Üç qadın, üç kişi idik. Qonaqların bir-bir adını çəkməyəcəm, bunu verilişə baxanda biləcəksiniz. Amma maraqlı nə yaşadımsa, onu sizə ərz edəcəm.

Hələ veriliş başlamayıb. Kənan adlı bir qardaş da qonaqdır. Verilişin başlamağına baxmayaraq qardaş dil-boğaza qoymur, gah qadınlara şeir oxuyur, gah da...

- Bəlkə verilişdə bir-birimizlə qalmaqal yaradaq?

... deyib nələrinsə axtarışındadır. 

Gah da "mən şeir oxuyanda fona qəşəng bir mahnı verin” deyir işçi heyətinə. 

- Gəlin verilişdə bir-birimizə ilişək, qalmaqal olsun.

Kənan bunu deyib arxasınca da əlavə elədi:

- Amma verilişdən durub getməyin ha. Bu mədəniyyətsizlikdir. 

***
Veriliş başladı. Ayrı-ayrı dəvət olunduq. Açığı Rövşanə xanımın dəvəti sinəmə yağ kimi yayıldı, nə yalan deyim. 

Mövzuya kişi-qadın münasibətləri ilə start verdik. Qadınlarla üzbəüz oturmuşduq. Qadınlar bizə qarşı o qədər də sərt deyildi. Yəni "kişilər belədir, elədir” deyib hücum çəkmirdilər. Ta ki bir gənc xanımın "Mən bu cəmiyyətdə kişiləri dəyişmək istəyərəm” deməsinə qədər. İzahı da bu oldu ki, guya kişilər qadınlarla münasibətdə rola girirlər. Xanımın fikri havada qalmağında olsun, sizə kimdən danışım, kişi qonaqlardan biri olan Kənan adlı şair-qiraətçidən. Qardaş danışanda qiraətçi olduğunu onun səs tonunun yüksəkliyindən başa düşmüşdüm. İşdi toyda mikrofon tapılmasa, nəsə problem yaransa, onun səsi mikrofonu əvəz edər. Elə verilişdə söhbət zamanı da aman vermirdi. Səsinin tonuyla qadınların incə səsini yerində otuzdururdu. 

Xanımlardan biri dözmədi.

- Bayaqdan qadınlara imkan vermirsiniz. Kənan bəy özünü reklam edir dəqiqəbaşı. 

Kənan:

- Mənim reklama ehtiyacım yoxdur.

Mövzu gah uğursuz nikahlara, gah cəmiyyətdəki cahilliyə, gah ədəbiyyata, gah da qadın-kişi münasibətlərinə qədər uzandı. Amma nə illah elədik, bütün mövzular gəlib maddiyyata dirəndi.

Dedim:

- Kiməsə deyirsən, Faiq Ağayev intellektual müğənnilərdəndir, qayıdır ki, hə, yaxşı maşını var, villası var. Kiməsə deyirsən, filankəsin yaxşı sənəti var, sənətkardır, deyir, hə, toylarda pul qırır. Nə deyirsən, ya pula, ya villaya, ya da maşına bağlayırlar. İndi biz də eyni durumdayıq. 

Rövşanə xanım fikrimi təsdiqləyib keçid edir qadınların geyiminə. 

- Mən qadınların toyda qara paltar geyinməyinə qarşıyam. 

Fikir verdim ki, qonaq xanımlardan ikisi və elə Rövşanə xanımın özü də qara geyinib. Dedim, Rövşanə xanım, elə siz də qara geyinmisiniz. Paltarının üstündəki ağ muncuqları göstərib toyda yox, verilişdə olduğunu deyib gülümsündü. 

Yazının bu yerində "daxili senzura”ma sığınıb orada gedən bəzi söhbətləri bugünkü yazı efirimə buraxmıram. 

***

Axır ki Kənan bəy istəyinə nail oldu. Ayağa qalxıb şeir oxumağa başladı. Pəhh! Fonda da kədərli bir musiqi. Bu musiqilə lətifə də danışsan ağlamalı çıxar. 

"Bu dünyaya niyə gəldim, bilmədim”.

Hər üçlüyün arxasına bu misranı yapışdıran qardaşımız şeirini bitirənə kimi nə əziyyətlər çəkdim, bir Allah bilir, bir də mən. Kənan bəy də bəlli məsələdir, o, bilmədi. Nə bu dünyaya niyə gəldiyini, nə də şeirin nə olduğunu bilməyən qardaşımızı qabaqda böyük bir təhlükə gözləyirdi. 

- Rövşanə xanım, təşəkkür edirəm, sizə də. O gün Sayqa xanımda çağırmışdı verilişinə. 

Rövşanə xanım gəlib bizim arazımda əyləşdi. Deyəsən, o da hiss etmişdi ki, bu dəqiqə tüfəng kimi açılacam. 

- Rövşanə xanım, icazə verin, bir söz deyim. Şəxsən mən bu qardaş kimi şeir yazanlara qarşıyam. Belə şeiri qəbul eləmirəm. Camaat bu şeirdən nə anlasın? Bir şey ki, qardaşın özü bu dünyaya niyə gəldiyini bilmir. 

Bunu demişdim ki, Kənan əsəbiləşdi. O mənə bir az Kənan M.M-i xatırlatdı. O da beyniqanlıdır, tənqid eşidəndə elə bilir, onun şəxsiyyətinə sataşırsan. 

- Sən məni təhqir edirsən? Bu nə deməkdi? Sənin şeirdən başın çıxmır.

Qışqıra-qışqıra durub studiyadan çıxdı. 

Təsəvvür edin ki, yazının bu məqamında "Dadadadadam” kimi bir vahiməli musiqi gedir. Qalmaqal ab-havası. Əsəblərim tarama çəkildi. Bayaqdan gənclərin efirə çıxarılmasından danışan aktyor Vahid bəyə üzümü tutdum:

- Vahid bəy, görürsünüz, iki verilişə çağırıblar, qardaş özünü ulduz hesab eləyir. Belə adamları o qədər tərifləyirlər ki, biz tənqid edəndə qəbul edə bilmirlər. Adam reklama ehtiyacı olmadığını deyir, amma dəqiqəbaşı şeir deməyə can atır. Toy tutmaq hayındadır.

Bir də gördüm, Kənan qapıdan içəri girdi. 

Yuxarıdan rejissor:

- Qardaş, gəlib əyləşəcəksənsə, əyləş, yoxsa verilişi davam eləyək. 

Kənan studiyaya niyə qayıtdı, bilmədim, amma qayıtdı. 

- Qardaş, mən sənin şəxsiyyətinə ilişmirəm, mən yaradıcılığını bəyənmirəm.

- Şeir mənim balamdı, övladımdı. 

- A kişi, xoşun gələr ki, verilişdən çıxım, arxanca kəsim-töküm? Sözüm var, üzünə deyirəm də. Nə hay-küy salımısan?

Özümdən xəbərim yox idi, sən demə, artıq mən də bu hay-küyün qurbanına çevrilmişəmmiş. Bir də qulağımı açıb eşitdim ki, işçi heyəti mənə "sakit ol, özünü cilovla” deyir. 

Rövşanə xanım bu söz müharibəsinə atəşkəs elan edir.

- Eminin haqqı var yazdıqlarını bəyənməməyə. Bu da onun fikridir, buna belə reaksiya vermək nəyə lazımdır? Biri Xəlil Rzanı bəyənmir. Əccəb edir, Xəlil Rza büt deyil ki?! Kiminsə sevmək haqqı varsa, kiminsə də sevməmək haqqı var. 

- Bəli, Rövşanə xanım, özü də bir şeiri ki publikaya çıxarırsan, deməli hər cür yanaşmaya hazır olmalısan. 

Amma həqiqətən də belə şeir olmur axı. Bu şeirdirsə, o zaman Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən, Musa Yaqub nə yazır? Toy şeiri elə toyda çalınan musiqilər qədər olur da. Yeyib-içirsən, o yanda da tamada yüngül-yüngül basıb-bağlayır. Belə şeirlərdən gündə yüzünü yazaram (əslində yaza bilmərəm, belə şeylərə mənim başım çatmaz). Hərdən toylarda şairlərimizdən şeir eşidəndə pis oluram. O cür gözəl şeirlər belə bayağı məclislərdə havaya uçmamalıdır. 

Veriliş bitən kimi bir şəkil çəkdirdik. 
Studiyadan çıxaçıxda Kənanla belə bir dialoqumuz oldu:

- Qardaş, yenə deyirəm, mən sənin şeirini bəyənmirəm.

- Bildim e, amma bunu ikilikdə deyərdin. 

- Nə fərqi?

- Axı bizə camaat baxır, məni şeirlərə görə toya dəvət edirlər....


 



İmza:Eminquey

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK