Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Kralların kralı" Musa Adalet.az | "Kralların kralı" Musa Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Kralların kralı" Musa

3479    |   2018-12-04 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

21-ci yüzillikdə dünyanın ən varlı adamı kimi 105 milyardlıq sərvətlə Microsoftun sahibi Bill Qeytsi də vurub keçən Amazon şirkətinin sahibi Cef Bazosdur. Amma insanlıq tarixinin gəlib-getmiş ən varlı insanı bugün dünyanın ən kasıb qitəsi olan Afrikadan çıxıb. Milladdan sonra 14-cü yüzillikdə Cahan, Timbuktu və Mali torpaqlarını əhatə edən Mali imperatorluğunu idarə edən Mansa Musa bugünün puluyla 400 milyard dollar sərvətlə indiyə kimi dünyanın ən varlı insanı kimi birinci yerdədir.

Əsl adı Kankqan Musa olan amma Mandenq dilində "kralların kralı" mənasını verən Musa 1312-ci ildə atasının səfərdən dönmədiyi vaxt 32 yaşında taxta çıxıb. Mali imperatorluğunu 1337-ci ilə kimi idarə edib. 1312-də taxta çıxanda Avropada qıtlıq və daxili müharibələr hökm sürürdü. Bir çox İslam ölkəsi və Afrika krallığı gündən-günə zənginləşirdi. Əslində Musanın etdiyi Afrika bölgəsindəki bu zənginliyi öz krallığına qazandırmaq idi. Timbuktu şəhərini öz krallığına qatıb Qao şəhəri üzərində təkrarən güc əldə edərək Qərbi Afrikayla ticarət yollarını ələ keçirib 400 şəhərdən ibarət olan Mali imperatorluğunu qitənin ən vacib ticarət və mədəniyyət mərkəzinə çevirdi.

Hətta xüsusilə Timbuktu elə bir zənginliyə və məşhurluğa qovuşdu ki, dövrün elm adamlarının və sənətçilərinin görüş mərkəzinə çevrildi. Mansa Musa onlara Timbuktuda hər cür şərait yaratdı və dövrünün ən böyük universitetini açdı. Bütün İslam dünyasından buraya təhsil almaq üçün gəlirdilər. Musa yaxşı bir lider olması ilə bərabər yaxşı bir komandan və cəsur döyüşçü idi. Hökmdarlığı dövründə gəlirlərinin sırasına duz və qızılla bərabər döyüşlərdən əldə olunan qənimətləri də əlavə elədi və bu döyüşlər təkcə qənimətlərin artmasında deyil, həm də ölkə sərhədlərinin genişlənməsində rol oynadı. Beləcə Mali imperatorluğu Şərqdə Nigeriyaya, Qərbdə Təkrura, Cənubda Volta Kalona və şimalda Səhra duz mədənlərinə kimi geniş bir əraziyə hökm etməyə başladı.

Yaşadığı dövrdə olduqca zəngin bir hökmdar olmasıyla yanaşı həm də dindar biri idi Musa. Tarixçilərin inancına bağlılığı və başqa dinlərə sayğısı ilə tanıtdığı Musa tikdirdiyi məscidlərlə Afrika memarlığının təməlini qoymuşdu. Fəth üçün səfərə çıxanda da fəth etdiyi şəhərlərdə məscid, mədrəsə və kitabxana varsa yenidən qurulmağına, yoxdursa tikdirilməyini əmr edirdi. Dünya Musanın zənginliyinin ehtişamını ilk dəfə 1324-də Məkkəyə çıxdığı Həcc ziyarəti zamanı gördü. Bir fərmanla öz xalqından bu səfər üçün bolluca qızıl və ərzaq bağışlamalırını istədi. Ölkənin dörd bir yanından qızıl və ərzaq göndərildi. İmperatorluğun başına oğlu Məhəmmədi qoyan Musa hər biri 130 kq qızıl yüklü 70 dəvə, qızıl əsaları daşıyan 500 kölə, Həccə yola düşən 60 min adamla ( o dövrdə bu qədər adam bir orduya bərabər idi) yola çıxdı. Səfər boyu qonaq olduğu bütün yerlərdə məscid tikdirən, kasıblara qızıl paylayan Musa Qahirədə o qədər qızıl payladı ki, Misirdə qızılın dəyəri düşdü və böhran içində olan iqtisadiyyatı düzəldi. Təkcə ziyarətə gedənlərin alış-verişi ilə tacirlərin vəziyyəti yaxşılaşdı. Həcc ziyarəti zamanı keçdiyi yerlərdə onunla ziyarətə gedənlər üçün torpaq, mülk də aldı. Bütün bunlar Avropanın da marağına səbəb oldu. Venesiyalı tacirlər ölkələrində Malinin Afrikanın ən mühüm ticarət mərkəzlərindən biri olduğunu danışmağa başladılar.

Bu Həcc səfəri dünya tarixində bir çox şeyləri dəyişdi.

Qıtlıq içində olan Avropalı tacirlər gözlərini bu qitəyə çevirdilər. 1488-də səyyah Vartolomey qitənin sahillərini gəzdi, Ümid burnunu keçəndən sonra Afrikanın xəritəsi hazırlandı. Amma Mansa Musanın Afrikanı dünyaya tanıtmaqda yaxşı ya da pis iş gördüyünü demək biraz çətindir. Çünki Avropa Afrikaya axışandan sonra burada köləlik və işğallar artacaq və Qərb bunun sayəsində bugünün inkişaf etmiş zonasına çevrildi.

Mansa Musanın ölümü haqqında konkret bir məlumat yoxdur. 50 yaşında öz əcəli ilə öldüyü deyilir. Ölümündən biraz sonra imperatorluğun içində daxili savaşlar başladı. Onun sərvəti bu daxili savaşların sayəsində əriyib yoxa çıxsa da, onun tikdirdiyi məscidlər, kitabxanalar, mədrəsələr tarixin yaddaşında daima qalacaq.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK