deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: YÜZ MANATA ÇAY Adalet.az | Faiq QİSMƏTOĞLU: YÜZ MANATA ÇAY Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: YÜZ MANATA ÇAY

Bəzi dələduzlar insanların sadəliyində istifadə edərək kiloqramı 20-30 manata satılan çayı onlara 100 manata sırıyırlar

3325    |   2018-11-28 13:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Çay nədi, say nədi, çıxdı beşə, vur on beşə!”. Bunu, çayı həddindən çox sevən insanlar söyləyirlər. Ki, çay qədər insana ləzzət verən və onun yorğunluğunu canından çıxaran ikinci bir içki yoxdur. Düzdür, avropalılar pivə içirlər, araq işirlər, viski, çaxır içirlər. Biz müsəlmanlar isə ən çox çaya meylliyik. Həddindən şox çay içən adama "çayxor” deyirlər.

Mənim mamam oğlu Tehranın hər çaydan xoşu gəlməz. Sovet dönəmində Hindistandan, Seylondan gətirilən çayı alardı və dəmlədib pəh-pəhlə içərdi. Çayın ətrindən bilərdi ki, dəmlənmiş çay hind çayıdı, yoxsa seylon çayı. Hətta atam rəhmətlik hind çayı alanda deyərdi ki, bacım oğlu Tehranı çağırın, gəlsin bu çaydan içsin. Çünki o, əsl çayla saxta çayı ayırd etməyi bacarır. Mama oğlu Tehran da bizə gələr, yeni alınmış, hind, seylon çaylarını anam rəhmətlik dəmləyərdi. Tehran da o dəqiqə çaydan bir qurtum içən kimi deyərdi ki, dayı, bu çayın rəngi də, dadı da, ətri də lap ləzzətlidir. Ürəyini buz kimi saxlaya bilərsən və nə qədər də istəsən çaydan alarsan. Heç bir qatqı yoxdu...

Mamam oğlu Tehran indi də bizim çaylardan istifadə eləmir. İrandan 5-6 kilo çay gətirib, elə onu da dəmlətdirib içir. Bir dəfə də onlarda qonaq olanda həyat yoldaşı qohumum Xalidə xanım İrandan gətirilmiş çaydan dəmlədi və biz də içdik. Son vaxtlar belə ləzzətli və ətrli çay içməmişdik. Çayı ləzzətlə içdiyimi görən mamam oğlu soruşdu:

- Elə bil çay xoşuna gəldi?!

- Xoşuma gəldi nədi, lap ləzzət elədi. Ay mamaoğlu, sözün düzü, son vaxtlar belə dadlı çay içməmişdim.

Mamam oğlu yenidən dilləndi:

- Xoşun gəlirsə, pay da verə bilərəm.

- Rəhmətliyin oğlu, xoşun gəlir nədir, lap mənə ləzzət eləyir.

Bir az keçmiş gördüm ki, Xalidə xanım o çaydan bir qutu bizə pay qoydu. Düzdür, bir az yalandan da olsa etiraz elədim. Ancaq hər şey ürəyimdən idi.

Axı dedik, çay bizim millətin sevdiyi çox gözəl içkilərdəndi. O gün hansısa televiziya kanalına baxanda gördüm ki, Astarada bazarda bir kiloqram çayı 70-80 manata, 100 manata satırlar. Hətta 100 manatdan baha qiymətə də satılan çay vardı. Sözün düzü, mən çayın bu cür baha olmasına təəccübləndim.

... Bir neçə gün keçmiş, astaralı və çay satışı ilə məşğul olan bir tanışımla rastlaşdım. Dedim qardaş, o gün televiziyada bir süjet göstərdilər, lap məəttəl qaldım. O da təəccüblənib soruşdu ki, niyə məəttəl qaldın? Dedim ki, ona görə məəttəl qaldım ki, bir kiloqram çayı 100 manata və ondan baha qiymətə satanlar da var. O da güldü və dedi:

- Çaydan başı çıxmayan o qədər imkanlı adamlar var ki, hansı qiyməti desən onunla razılaşırlar.

- Belə çıxır ki, yüz manata satılan çay heç də digərlərindən fərqlənmir.

- Düz düşünmüsən. Bizdə ilk vaxtlar yığılan çaya may çayı deyirlər. O bir qədər digər çaylardan fərqlənir. Məsələn, mənim özüm bir kiloqram çayı 18-20 manata satıram. Çoxları məni yaxşı tanıyır, mən də onları. Amma heç vaxt mən müştərimə 20 manatlıq çayı 100 manata sata bilmərəm.

- Bəs onda o adamlar camaatı niyə aldadır?

- O adamlarda günah yoxdur. Günah baha qiymətə deyilən çayı alan adamlardadı. Bir dəfə Bakıda bazarda gördüm ki, tanışlarımdan biri mənim 20 manata satdığım çayı 100 manata satır. Dedim ki, Allahın yoxdur, camaatı niyə aldadırsan. O da əlini dodağına aparıb dedi: "Sənin nə borcuna qalıb? Bazarıma maneçilik törətmə, görürsən ki, müştərim var. Bərkdən danışsan eşidib qaçar”. Gördüm ki, tanışım məndən inciyir, başımı bulayıb getdim.

- Heç elə alıcılarda bir günah da yoxdu. Çünki hər adam yaxşı çayla ortabab çayı ayırd edə bilmir.

- Ayırd edə bilmirsə, zəhmət çəkib çayı tanıyan adamla işini qursun. Əgər çayı tanımırsansa, onda gedib tay kiloqramı 100 manata niyə alırsan? Elə 20-30 manata satılan çayla onun arasında fərq yoxdusa, özünü çıxılmaz vəziyyətə qoymamlısan. Bir də vallah, varlığa nə darlıq. Satıcı belədir ki, ağzına gələn qiyməti müştəriyə "oxuyur”. Gərək müştəri özü belə durumdan nəticə çıxarsın, 20-30 manata olan çayı 100 manata almasın.

Bu söhbəti eşidən yaxınlıqdakı tanışlarımdan biri də başına gələn əhvalatı nəql etdi. Dedi ki, bir yerdə nehrə yağını ucuz qiymətə satan satıcı ilə alıcı arasında söhbət heç vaxt yadımdan çıxmır. Alıcı nehrə yağı satan satıcıcdan soruşdu:

- Yağın kiloqramı neçəyədir?

- On bir manata.

- Əşi, bunu lap ucuz qiymətə satırsan ki. Biz görmüşük ki, nehrə yağının kiloqramı 20 manata olar.

Satıcı yenidən dilləndi:

- Ay oğul, qapıdakı heyvanımızın məhsuludu, ona görə ucuz qiymətə satıram. İndi yalandan durub desəm 20 manata, axı bu günah olar. Mən ağsaqqal adamam, oruc tutub, namaz qılıram və heç vaxt da haram yolla pul qazanmamışam. Çünki Allahımdan qorxuram və halal yolla qazandığım mənə bəs eləyir.

Bax, çox vaxt belə olur. Kimsə öz halal məhsulunu ucuz qiymətə satır, biz buna dodaq büzür və deyirik ki, keyfiyyətsizdir. Amma bəziləri də Allahını, vicdanını yaddan çıxarıb bizə qiymət "oxuyur”, onu bəh-bəhlə alıb evimizə aparırıq. Heç vaxt da başa düşmürük ki, balam, kiloqramı 20 manatla 100 manat arasında olan çayın fərqi nədir. Əgər bunun fərqini bilmiriksə, günahı çay satanda deyil, kiloqramına 100 manat verib onu alan adamlarda görməliyik.

Bir də bizim millətin çox qəribə xasiyyəti var. Məsələn, kiloqramına 100 manat verib alan adam durub deyər ki, a kişi, sən kimsən, pul mənimdi, özüm bilərəm: istəyərəm kiloqramına 100 manat verərərm, istəyərm 200 manat! Bax, onda ona irad tutan adam qalar odla su arasında. Və bir də varlığa nə darlıq?!.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK