Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | HƏYATIN VƏ HADİSƏNİN PAYIZI Adalet.az | HƏYATIN VƏ HADİSƏNİN PAYIZI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏYATIN VƏ HADİSƏNİN PAYIZI

7796    |   2018-11-24 09:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BAXIŞ BUCAĞI
Onların yarpaqları gözlənilmədən tökülür

Hər bir hadisə, bizim uydurduğumuz daxili inanclara görə, zərurətdi, olacaqdı, ondan qaçmaq mümkün deyil. Bu fikirlə hardasa müəyyən qədər razılaşmaq, barışmaq olar. Amma bir gerçəklik də var, onu unutmaq olmaz. Əgər hadisəni düşünülmüş şəkildə, bilərəkdən, qəsdən törədib ona da "olacaqdı" deyə ad qoyuruqsa, bu artıq məni bağışlayın, ən yumuşaq halda gicbəsərlikdi. Ona görə də, hadisəyə də, həyatın özünə də bir az soyuqqanlı, bir az obyektiv baxmaq və hərdən də hətta nəzarətçi olmaq lazımdı. Çünki biz istədik, istəmədik həyatın da axarındayıq. Bu axarda yerini tapmaq, səmtini müəyyənləşdirmək daha məqsədəuyğundur. Onda iştirakçıdan, yəni iştirakçı olmaq məcburiyyətindən bir az kənarlaşıb müşahidəçi, nəzarətçi olmaq hüququ, fürsəti qazanmaq mümkündür. Nə isə...
Bəli, mən nə qədər yaxamı kanara çəkməyə, hadisələrdən kənarda dayanmağa çalışsam da, elə bil tale yazımdı, havaya atılan güllə də gəlib mənə dəyir. Sanki nişangah olmaq üçün doğulmuşam - dərdə də, kədərə də. Çox qəribədir ki, bu nişangahlıq sevgi, sevinc deyilən hissləri məndən uzaqlaşdırır. Sanki cəzbetmə qanunu bu məqamda mövcud olmur. Ona görə də səhərin gözü açılandan tülkü tayadan düşənə qədər yaxalaşıram dərdlə, kədərlə. Bir-birimizi özümüz-özümüzə bələyirik, başqa bələyə ehtiyac qalmır. Odur ki, artıq bir lal-dinməz oyunu oynamaq, hər şeyə qarşı susmaq, fikir bildirməmək qərarına üstünlük vermişəm. Axı indi dünyada daha çox hər şeyi görənin gözünü çıxarıb, dilini kəsirlər. Əməli törədənə isə heç kim heç nə demir...
Bəli, mən bu fikirləri öz içimdə ələyib sözə, yazıya çevirəndə yadıma düşdü ki, elə səninlə də "lal oyunu" oynamaq deyəsən bəxtimə yazılıb. Yalnız bu oyunla yanımda, gözümün önündə olmaq imkanın var. Bu imkanın diqtəsi isə sənə yazdığım bir şeirdi. O şeirdə yazmışam ki:

Susuram
danışmıram
işığı öləzəyən
gözlərimlə baxıram
düşünmə ki
lalam...
yox,
sadəcə
istəyirəm ki,
yadında, yaddaşında
elə belə -
yəni,
lal-dinməz qalam...
çünki
bilirəm ki
danışsam
səni sevirəm! -
söyləyəcəm...
Sənin isə
dilindən
eşitmədiyim
amma hiss etdiyim
cavabından
ömrüm uzunu
göynəyəcəm...
odur ki,
lal olmaq-
əslində
lal oyunu oynamaq
sənin də
yaddaşında,
ömründə
rəhm edib
təbəssüm bağışladığın
biri kimi
susqun qalmaq
məncə
daha gözəldir...

***
Hər bir halda, hadisəyə də, həyatın özünə də yanaşmanın bir baxış bucağı olmalıdır. Bilməlisən ki, baxdığın, gördüyün, hətta səni bütövlükdə əhatə edən aləmin hər bir işartısı təsir etmək gücündədir. Sən bu təsirlərdən təsirlənə bilərsən. Amma təsirə düşmək haqqın yoxdur. Deməli, olmuş, ya da olacaq bütün parametrlərilə səni ayıq olmağa, öz münasibətini formalaşdırmağa cəmləməlidir. Toparlanıb öz mövqeyindən çıxış etməyi bacarmalısan. Bilməlisən ki, sənin sözün, sənin verdiyin qiymət ola bilsin ki, nəyisə dəyişsin, nəyəsə müsbət təsir göstərsin və yaxid da əksinə. Bax, bunu düşünüb özünü, özəlliyini ifadə etməlisən. Onda qorumaq impulsun da ayıq olacaq, yanmayacaqsan. Ətraf da görəcək ki, sən qərəzli deyilsən.
Sadəcə olaraq, düşündüyünü, yaşadığını ifadə edirsən. Bax, mən də bu mənada həmişə düşünmüşəm ki, əyri, ya da düz, hər nəyəmsə, hər kiməmsə bu məntiqlə ancaq özümü ifadə edim, söylədiklərimin, dilimə gətirdiklərimin arxasında özüm dayanım.
Çünki özgələşmək mənim dünyama, mənim xislətimə yaddır. Mən öz dünyamın, yəni sahibi və idarə edəni sən olan dünyamın sakini kimi düşüncələrimə və hisslərimə sadiqəm. Nə qədər vurulsam da, sıxılsam da o dünyanı, o aləmi tərk etmək fikrim yoxdur. Ona görə də:

Son vaxtlar mən yaman yorğun düşürəm
Elə bil çiynimdə daş daşıyıram...
Sərib qurutduğum dərdi, qəmi də -
Yağışa düşmüşdək yaş daşıyıram.

Atdığım addımlar uğursuz olur
Dərdiyim çiçəklər əlimdə solur...
Külək də, fələk də saçımı yolur -
Mən elə beləcə baş daşıyıram...

Əbülfət, deyəsən bəxtin yatıbdı
Qatarın mənzilə gəlib çatıbdı...
Bəlli arzularım məni satıbdı -
Gözü vurub töküb, qaş daşıyıram..

***
Həqiqətən həyat insanı istədiyi mərtəbədə istədiyi kimi vura, sıxa bilir. Ona görə ki, insan cəmiyyət içərisindədir, qarşılıqlı münasibətlər var. Sən özün-özünü idarə etdiyin kimi, ətrafındakılarla münasibəti də idarə etməyə qadir olmalısan. Onda bir az qoruna bilərsən. Əks halda, bəzən ən yaxşı, ən içdən gələn hərəkət, söz, doğru anlaşılmır, tərsinə yozulur. Nəticədə düzəltmək istədiyin qaşın qurbanı göz olur. Bax, ona görə də ehtiyatlı, səbrli, təmkinli olmaq indi daha çox vacibdi. Görünür, bunu nəzərə alıb söyləyiblər ki:

Səbrlə halva bişər ey qora səndən,
Bəsləsən atlas olar tut yarpağında...

Hə, bax, mən də evimdə, ailəmdə, doğmaların, tanışların arasında nə qədər təmkinli, səbrli olmaq istəsəm də, ancaq alınmır. Əvvəldə dediyim kimi, biz cəmiyyət içərisindəyik, hər yerdən üstümüzə basqılar var. O basqılar bəzən insanı özündən çıxarır, səbr kasasını daşdırır və sən özün olmursan, sən təsirə düşmüş alətə çevrilirsən.
Bax, bundan azacıq da olsa qorunmaq üçün mənim ümid bağladığım, sığındığım Allahım və Sənsən!..
Bütün hallarımda gözlərimin önünə Allahımı və səni gətirirəm. Onda bir az nəfəsim genəlir... onda bir az "ya səbr" deyib özümü ələ almağa çalışıram. Bilmirəm, alınır, ya alınmır, hər halda, mən Allahın və sənin yanında oluram. Və belə bir anda da yazıram ki:

Yormasın fikirlərim,
İstəklərm qoy səni...
Haqqa tərəf ucaltsın -
Sevgim də bir boy, səni!..
Gözüm gözə vurulmuş
Gözüm gözdə durulmuş...
İncitməsin, qurulmuş -
İçimdəki "toy" səni...

Könlümdə bəslədiyim
Fərəhlə səslədiyim...
Qorusun, kəsmədiyim -
Verdiyim ad, soy səni!..

Bəli, bu yazını heç bir məqsəd, məram qarşıma qoymadan özümə və sənə bir həyat xatırlaması kimi yazdım. Yazdım ki, bunu saralmış məktubların bir vərəqi sayasan və biləsən ki, həyat da, xatirələr də öz payızını yaşayır. Yəni həyatın da, hadisələrin də payızı var. Odur ki, həyatın və hadisələrin payızında yarpaq tökümü də təbiidi, onu oturub gözləmə. O yarpaq özü düşəcək...
Ona qədər isə bütün gücünü toparlayıb ayaqda qalmaq, yıxılmaqdan, sürünməkdən qorunmaq gərəkdi. Unutmaq olmaz ki, bizli-bizsiz var olan bu həyat onsuz da özü öz hesabını yaxşı bilir. Sadəcə, fürsət verir ki, biz də özümüzü göstərərk, kimliyimizi sübut edək...
Təbii ki, mən yazdıqlarıma, düşündüklərimə inanıram və bu inicla da yaşayıram. Qalır həyatın rəhminə, zamanın oynatdığı qılıncın hökmünə. Nə isə...
Bəli, bax, beləcə həyat və hadisələrin sonuna yaxınlaşıb öncə sənə və hamıya üz tuturam:

Çəkirəm başıma dərdi dərman tək,
Elə bil acıma bal qatıram, bal...
Kirpiyin ucuna yapışıb qalan -
Damladan könlümə xal salıram, xal...

Anıram bir anlıq köhnə düzəni
Məstliyin içində Qu tək üzəni...
Hər şeyə, hər kəsə gülüb gəzəni -
Xatirə üstünə şal salıram, şal...

İllər arxasında nimdaşlaşan mən...
Qırılan simlərlə simdaşlaşan mən...
Gəlib dərdlərilə sirdaşlaşan mən -
Budaqdan ümidi kal salıram, kal!..

Duman tək dünənim çəkilib gedir
Qırovlar saçıma əkilib gedir...
Bir şair dünyasın lək edib gedir -
Mən isə yadına qal salıram, qal!..

Bəli, bax, beləcə qalmaq da, getmək də, həyat da, hadisə də bizim hər birimizin boyuna biçilib. Hər birimizin gücünə hesablanıb. Sadəcə, bunu anlamaq, bunu vaxtında duymaq və həyatı ağıllı, məntiqli, ümidli yaşamaq lazımdır. O ümidin adı da SEVGİ olmalıdır!




YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK