deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | AQİL ABBAS: TÜRKİYƏDƏ «AZAN» DAVASI Adalet.az | AQİL ABBAS: TÜRKİYƏDƏ «AZAN» DAVASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: TÜRKİYƏDƏ «AZAN» DAVASI

8214    |   2018-11-27 10:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerikalılar Marsda şəhər salmağa hazırlaşırlar, ruslar da kosmodrom tikmək istəyir, deyəsən bir azərbaycanlı da ordan torpaq alıb mikrorayon salmaq arzusundadı.

Qardaş Türkiyədə isə XXI əsrin 18-ci ilində azan davası gedir: ərəbcə oxunsun, yoxsa türkcə?

Bircə onu bilirəm ki, İslamın intibah dövründə ərəblər «Quran»ı bütün dillərə tərcümə etdirsəydilər, indi İslam dünyaya hökmranlıq edirdi.

Mən özüm yorulanda, bir az ruhdan düşəndə azanı dinləyirəm. Özü də Məhəmməd ağa Müctehidzadənin oğlu Hafizin ifasında. Bu azan Ağdam məscidinin minarəsindən oxunan sonuncu azan kimi məşhurdu. O ilahidən gələn sözlər ilahi musiqinin sədaları altında ilahi bir səslə adamın ruhuna hopur, qanına hopur, sanki günahlarını yuyur, özünü anadan təzəcə doğulmuş uşaq kimi tərtəmiz hiss edirsən. Və özü də gözlərimi yumub qulaq asıram, elə bilirəm Ağdamdayam. Bir gün bu azanın yenidən Ağdam məscidinin minarəsindən səslənəcəyinə və eşidəcəyimə Allaha inandığım qədər inanıram.

Azanı türkcə eşitməmişəm və türkcə də necə səsləndiyindən xəbərim yoxdu. Qulaqlarımız ərəbcəyə öyrənib və bizə belə xoş gəlir. Gərək Hafizi tapam ondan xahiş edəm ki, türkcə oxusun, görək necə alınar. Əgər alınsa, ruhumu oxşayarsa sayta yerləşdirərəm, siz də dinləyərsiz.

Və bugünki saytda Hafizin azanını yenidən yerləşdirirəm, ruhunuzu oxşayar, qarabağlılar da gözlərini yumub dinləyər, elə bilərlər Qarabağdadırlar.

Yuxarıda «Quran»ın başqa dillərə tərcüməsinə toxunmuşdum. Hələ tələbəlikdən bu Müqəddəs Kitabdakı Allah kəlamlarını bilmək istəyirdim. Təbii ki, ərəbcə bilmirdim, yas yerində də mollalar özlərinə sərf eləyənləri danışardılar. Nəhayət, universitetdə oxuyanda ruscasını tapdım, gərək ki, Vaşinqtonun tərcüməsində. Təbii ki, istədiyimə nail ola bilmədim, rus dilini o incəliklərinə qədər bilmirdim. Və həm də rus dili mənə elə gəlirdi ki, ərəb diliylə müqayisədə kasıb olduğundan tərcüməni anlamaq çətindi.

Sonra tələbə yoldaşımız Ramiz Əsgər Süleyman Atəşin tərcüməsində türkcəsini tapıb gətirdi, biz də surətçıxarma aparatında üzünü çıxarıb yaxın dostlar arasında paylaşdıq. Mən birini şair Vaqif Cəbrayılzadəyə verdim, birini də atama göndərdim. Amma yenə istədiyim alınmırdı, çünki həmin dövrdə türkcəni elə dərindən bilmirdim. Amma hər halda, bu Müqəddəs Kitabla tanış ola bildim. Atam da deyirdi ki, sənin hələ elə yaşındıkı «Quran»ı dərk edə bilməzsən. Sən əvvəlcə İslamı öyrən, bir az ağıllanandan sonra yenidən oxuyarsan.

Qəribə bir hadisə baş verdi. Ramiz Əsgər dedi ki, 1870-ci ildə «Quran» təmiz Azərbaycan dilinə tərcümə olunub və Vatikanda çap edilib, çalışıb onun bir surətini tapıb sənə verəcəm. Və tapdı da. Mən də həmin kitabın surətini çıxarıb birini bağışladım gözəl insan, gözəl ziyalı və İslam dinini mükəmməl bilən Sadıq Murtuzayevə.

Allaha şükür ki, sonralar «Quran» Ziya Bünyadovun, Vasim Məmmədəliyevin tərcümələrində dəfələrlə çap olundu. Eləcə də ən mükəmməl tərcümələrdən birini də Nəriman Qasımzadə elədi. Yəni bu xalq öz dilində «Quran»ı oxuya bildi. Və birdən mənə elə gəlir ki, «Quran» göydən enən kitabların ən mükəmməlidi. Eləcə də ən sirlisidi. Və 1500 ildi alimlər, dəxli yoxdu müsəlman, ya xristian alimləri bu Müqəddəs Kitabdakı sirrləri açmağa çalışırlar, hələ tam açıb bitirə bilməyiblər.

Mən o qədər də dindar adam deyiləm. Amma Allahımı, Peyğəmbərimi və İmamlarımı sevir və sitayiş edirəm. Bir İmam Hüseyn sevdalısıyam.

«Quran»da Allah tərəfindən buyurulanlara əməl eləmirik, eləsəydik dünyanın yiyəsi biz olardıq, oturub XXI əsrdə onun türkcə, yoxsa ərəbcə səslənməsini müzakirə edirik.

Və onu da deyim ki, Allah ərəb deyil. Sadəcə olaraq, seçdiyi sonuncu peyğəmbər ərəb olduğuna görə Müqəddəs Kitabı ərəbcə nazil edib.

Azan dartışması ilə əlaqədar «Sözçü» qəzetində Sönər Yalçının çox maraqlı bir məqaləsini oxudum. Belə qərara gəldim ki, həmin məqaləylə siz də tanış olasınıız.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK