Adalet.az | BAĞIROVLA HEYDƏROV QRANTDAN NİYƏ İMTİNA EDİB?! Adalet.az | BAĞIROVLA HEYDƏROV QRANTDAN NİYƏ İMTİNA EDİB?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAĞIROVLA HEYDƏROV QRANTDAN NİYƏ İMTİNA EDİB?!

(Və İrşad Əliyev avropalıları kabinetdən niyə qovdu?!)

15372    |   2008-05-02 21:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə "Azadlıq" qəzetində "Azərbaycanlı nazirdən Ermənistana dəstək" adlı bir məqalə dərc olunub. Məqalədə bildirilir ki, Hüseyn Bağırovun imtina etdiyi 1,5 milyonluq qrant Ermənistana verilib. Bundan başqa digər bir qrantın da Kəmaləddin Heydərov tərəfindən rədd edildiyi yazılır.
   
    Məsələ beləymiş ki, 2007-ci ildə Beynəlxalq Təbiəti Mühafizə Təşkilatı Azərbaycan qoruqlarının mühafizəsi üçün 1,5 milyon dollar qrant ayırıb. Nazir Hüseyn Bağırov bu qrantdan imtina eləyib, nəticədə həmin təşkilat qrantı Ermənistana verib. Beləliklə, H.Bağırov təqsirləndirilir ki, niyə qrantdan imtina eləyib və ermənilərə xeyir verib? Həmin məqalədə nazirin bir fikri işıqlandırılıb: "Təklif Azərbaycan dövlətinin maraqlarına ziddir". Əgər bir qrant təklif olunursa və bu Azərbaycan dövlətinin maraqlarına ziddirsə, deməli, Hüseyn Bağırov bu dövlətin maraqlarına qulluq eləyir. Öyrənmək olardı ki, nə məsələdi, amma daha buna görə naziri niyə belə addım atmaqda təqsirləndirmək nə dərəcədə ədalətlidir?
   
    Əvvəla, bir çox təşkilatların Azərbaycana qrant ayırarkən arxasında hansı gizli maraqların dayandığını az qala Azərbaycanın bir nömrəli qaçqını Həsənqulu da bilir. Əslində bu qrantlar Azərbaycana xeyirdən çox həm maddi, həm də mənəvi zərbələr vurur. Bu ayrı bir yazının mövzusudur. Azərbaycanın qoruqlarının mühafizəsi üçün ürəyi yanan Beynəlxalq Təbiəti Mühafizə Təşkilatı Azərbaycanın yüz minlərlə hektar meşəsinin ermənilər tərəfindən talan olunmağından, məhv olmağından xəbərsizdirsə, onda həmin təşkilat, türklər demiş, eşək oğlu eşəkdir. O təşkilatın təbiətə ürəyi yanırsa, bu talanın qarşısını alsın. Və Qarabağda işğal altında olan meşələr təkcə Azərbaycan xalqının sərvəti deyil, bütün bəşəriyyətin sərvətidir. Və göz önündə bəşəriyyətin sərvəti məhv edilir, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının da filan yerinə deyil.
   
    Keçək ikinci məsələyə. Qəzet yazır ki, Avropa Birliyinin kərtənkələlərdən ibarət 18 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlibmiş. Onların da ürəyi bizim balıqlara və Xəzərə yanırmış. Onlar da böyük miqdarda qrant təklif ediblər ki, nərə balıqlarının artırılmasına və mühafizəsinə sərf eləyək və eləcə də Azərbaycanda bir ofis qursunlar, Xəzəryanı ölkələrə nəzarət eləsinlər. Yəni bir casus şəbəkəsi qursunlar Azərbaycanda. Və qəzet daha sonra yazır ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Avropa Birliyinin kərtənkələlərinin təklifini rədd etdi. K.Heydərovun bu məsələyə nə qədər dəxli olduğunu deyə bilmərik, amma onu deyə bilərik ki, nazir nüfuzundan istifadə eləyib bu kərtənkələlərin təklifini rədd edibsə, o da Azərbaycan dövlətinin maraqlarına görə bu addımı atıb. Biz özümüz öz milli sərvətlərimizə sahib çıxa, nəzarət edə bilmirik ki, Avropadan hansısa kərtənkələlər gəlsin və burdan Avropadakı ağalarına "ağı" versin. (Azərbaycanda kərtənkələlərə ilana ağı verən deyirlər, yəni zəhər).
   
    Biz Avropa dövlətiyik və Avropa dövlətləri ilə, ordakı institutlarla birgə işləyirik, amma bu heç bir Avropa dövlətinə və ya birliklərinə əsas vermir ki, gəlib Azərbaycanda at oynatsınlar. Bizim həm daxili işlərimizə, həm xarici siyasətimizə qarışsınlar, milli sərvətlərimizə sahib çıxsınlar və nəzarət etsinlər.
   
    Bir faktı xatırladım. İrşad Əliyev kənd təsərrüfatı naziri işlərkən Avropadan bir qrup kərtənkələ gəlibmiş. Üç milyon dollarlıq qrant təklif ediblər. İ.Əliyev təşəkkür edib, deyib ki, bu pula kənd təsərrüfatı üçün lazım olan texnikalar alarıq. Avropadan gələn kərtənkələlər qətiyyətlə bildiriblər ki, bu mümkün deyil, bu pula siz texnika ala bilməzsiniz. Bu pul yalnız təbliğat üçün istifadə olunmalıdır, əkinçilik mədəniyyəti üçün istifadə olunmalıdır. Yəni taxılı necə əkmək lazımdır, pambığı necə əkmək lazımidır, üzümü necə əkib-becərmək lazımdır, nə bilim day nə , belə kitabçalar buraxılmalıdır və kəndlilərə paylanmalıdır. Kəndli bilməlidir ki, necə əkib-becərmək lazımdır. İ.Əliyev kərtənkələlərə izah eləməyə çalışıb ki, Azərbaycanda əkinçilik mədəniyyətinin tarixi üç-dörd min il əvvələ gedir və dünyanın ən qədim buğdası (təxminən 10 min il yaşı var) Azərbaycanda, Azıx mağarasında aşkarlanıb və sair və ilaxır. Bu xalq bu mədəniyyətə başqa xalqlardan daha çox malikdir. Avropadan gələn kərtənkələlərdən biri başlayıb İrşad Əliyevə əkinçilik dərsi keçməyə. Xatırladaq ki, İ.Əliyev hələ nazir olmamışdan əvvəl uzun müddət Azərbaycanın bir neçə ən böyük kənd təsərrüfatı rayonlarına rəhbərlik edib və həmin rayonlarda da təsərrüfatda həmişə yüksək nəticələr əldə edilib. İ.Əliyev kərtənkələdən soruşub ki, sən ümumiyyətlə, kimsən? Məlum olub ki, həmin şəxs Belçikada hansısa bir kənd təsərrüfatı ilə məşğul olan şirkətdə adicə bir şöbə müdiridir. Və təbii ki, İ.Əliyev adi bir aqronomun ona dərs deməsinə tab gətirməyib və həmin puldan imtina eləyib , kərtənkələləri də kabinetindən qovub. Düzdür, buna görə yuxarılar İrşad Əliyevə sağ ol deməyiblər , amma elə düz eləyib.
   
    Avropada küçədə qalmışlar, ailələrinə sahib çıxa bilməyənlər gəlib burda özlərini "Sovet kəndi" qəzetinin müxbirləri kimi aparırlar, ağsaqqallıq edirlər və ən dəhşətlisi budur ki, gələndə yamaqlı şalvarda gəlirlər, gedəndə qızılın-brilyantın içində gedirlər.
   
    Avropadan gələnlərin söylədikləri Quran ayəsi deyil. Onlar nə çalırsa, biz o havaya oynamalı deyilik. Azərbaycanın özünün dövlət maraqları var, milli maraqları var. Əgər hər hansı bir təklif (ortada nə qədər pul olur-olsun) dövlət maraqlarımıza, milli maraqlarımıza ziddirsə, bu təklifi elə hava limanından geri qaytarmaq lazımdır. Hər halda nazir dövlət maraqlarını jurnalistlərdən daha yaxşı bilir.
   
    Və təbii ki, bu məsələlərdə müxalifət-iqtidar yoxdur və belə məsələlərdə müxalifət iqtidarı dara çəkib Avropadan gələn kərtənkələlərin əlinə "kozır" verməməlidir.
   
    "Sovet kəndi" qəzetinin müxbirləri sözü oxucuları maraqlandırırsa yazsınlar, onu da açıqlayım.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-14


VİDEO