ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: ƏZİYYƏT ÇƏKƏN DƏ YOL POLİSİ, SÖYÜLƏN DƏ

25480    |   2018-11-22 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İşıqforlara Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Eləcə də avtomobillərin qeyri-qanuni yerlərdə saxlamasına da nəzarəti BNA həyata keçirir. Tıxacların aradan qaldırılması da BNA-nın üzərinə düşür. Belə bir təşkilat yaradılmışdı – Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, deyəsən, adı beləydi. Milyonlarla pul xərclənmişdi, guya ən müasir texniki avadanlıqlar alınmışdı. Gərək ki, bu idarə də BNA-nın nəzdindədi. Amma baxırıq ki, bu mərkəzin işi sıfıra bərabərdi.

Şəhərimizin sakinləri günün bəzən iki, bəzən dörd saatını tıxaclarda «kef eləməklə» məşğuldu. Və tıxacların aradan qaldırılması da hələ ki üfüqdə görünmür.

Bəli, bu təşkilatlar BNA-nın tabeliyindədi.

Baxırsan, işıqforlar işləmir, özü də iki saat, üç saat, bəzən daha çox . Və yol polisi məcbur olub hərəkətin təhlükəsizliyini təmin etmək üçün BNA-nın görməli olduğu işi görür. Altmış il bundan əvvəl olduğu kimi, ən azı iki polis əllərindəki çubuqla hərəkəti tənzimləməyə çalışır.

Baxırsan ki, hamı tıxaclara görə yol polisini günahlandırır. Bu işə məsuliyyətli olan təşkilat heç kəsin qınağına tuş gəlmir..

Şənbə günü iki toya dəvət olunmuşdum. Biri Babək prospektində, biri də Ukrayna dairəsinin aşağısında. Babək prospektində saat yarım tıxacda qaldım. Əgər yol polisi olmasaydı yəqin ki, elə tıxaclarda gecələyəcəkdim. Həm işıqforlar olan yerlərdə, həm də dairəvi yolların hər birində 3-4 yol polisi əməkdaşı qan-tərin içində tıxacı aradan qaldırmağa çalışırdı. Bu, hər gün səhər də belədi, axşam da.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi normal fəaliyyət göstərərsə, alternativ yolları vaxtında sürücülərə çatdıra bilərsə, yolların yükünü düzgün bölərsə, yollarda bir qədər rahatlıq yarana bilər. Və yol polisləri də özlərini ələk-vələk eləməzlər.

Əziyyət çəkən də yol polisi, söyülən də.

Əslində işıqforlar da, dayanacaqlar da, eləcə də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də Dövlət Yol Polisinin səlahiyyətində olmalıdı. Yox, əgər yol polisinin səlahiyyətindən alınıbsa, onda yuxarıda göstərdiyim problemləri də buyursunlar, həmin təşkilatın əməkdaşları yerinə yetirsin. Yox, əgər bunu bacarmırlarsa, buyursun, hökumət həmin səlahiyyətləri yenidən Dövlət Yol Polisinə qaytarsın.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK