ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: DÜNYA KƏDƏRƏ QALIB

Olan sevgi və sevincinizi qorumağa çalışın

4613    |   2018-11-09 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazını başlamamışdan öncə bir xeyli «dərs aldım». Necə deyərlər, sevimli Gülər xanım bir balaca özünəməxsus tonda iradlarını bildirdi. Gülər xanımı tanıyanlar da onun iradlarının kəsərindən yəqin ki, xəbərdardı. Tanımayanlara isə xatırladım ki, onlar da öz yaxınlarına pıçıldasınlar. Deməli, Gülər xanım «Ədalət» qəzetində ədalət carçısıdı, ədalətsizliklə barışmır, susmur və hətta özünə ən doğma hesab etdiyi adamların da özü demişkən, «aşının suyunu verir». Bax, bunu bildiyimizdən şəxsən mən və elə bizim çox hörmətli dizaynerimiz də həmişə çalışırıq ki, onun «gülləsinə» tuş gəlməyək. Və özümüzü nə qədər qorusaq da hərdən havayı güllə olur. Onun da günahkarı özümüzük, başqalarına görə sinəmizi qabağa veririk. Bu da bizim qismətimiz, taleyimizdi. Yanırıq özgə oduna! Nə isə…

Bəli, payızın çox üzücü, necə deyərlər, zəhlə tökən havası var bu gün. Mənimlə razılaşmaya bilərsiniz. Elə çevrəmdəkilər də razılaşmırlar. Vurğulayırlar ki, cibində babat pulun, rahat şəraitin olandan sonra bütün havalar gözəldi. Rəhmətlik Rüfət Zəbioğlu demişkən, «Ələti də Yalta hesab etmək olar!». Təəssüf ki, bizim nə durumumuz, nə də ovqatımız Yaltalıq deyil. Ona görə də havanı qınayırıq, zamanın yaxasını sökürük və bir az da bir-birimizin üstünə gedirik, xətrinə dəyirik əsəblərimizi sakitləşdirmək üçün…

Təəssüf ki, bunlar hamısı qəlbə toxunur… ürəyə dəyir… qanqaraçılıq yaradır… əsəb üstünə əsəb gəlir. Necə deyərlər, dərd dərd gətirir. Təəssüf ki, gələn dərdi bölüşməyə həmdərd gəlmir. Onu da başa düşürəm. Çünki həmdərdin özü də öz dərdini çözməklə məşğuldur. Deməli, belə bir məqamda ümid yenə Allaha qalır. Yaxşı ki, ümid kəndirimiz kəsilməyib.

Bu yerdə yadıma rəhmətlik Vahid Əlifoğlu düşür. Onun xalq nağıllarımızın qəhrəmanlarından olan Məlikməmmədə ünvanladığı şeirin adı belə idi: Qaldı Məlikməmməd, qaldı quyuda… İndi biz quyunun dibindəyik. Amma ora iynə ucu boyda işıq da düşür, kəndir də sallanır. Faciə onda baş verəcək ki, həmin iynə ucu boyda işıq qeybə çəkiləcək, kəndirdə ki, lap dəhnədən, kötükdən doğranacaq.

Hə, mən bax belə bir ovqatla sözümün ucunu tapmağa çalışıram. İstəyirəm ki, dediklərimi, yazdıqlarımı tam səmimi qəbul edəsiniz. Düşünməyəsiniz ki, ruh düşkünlüyünün, həyat sıxıntılarının, iqtisadi zərbələrin təsiri altında olan-qalan ağlımı da itirmişəm. Bu dünyanın durumu elə bir nöqtəyə gəlib çıxıb ki, indi ağıllıların da fikirləşməsinə zaman qalmayıb. Dəlilərin çapdığı at, daha doğrusu, idarə etdikləri ən sürətli aparatlar, maşınlar heç tozlarını da görməyə imkan vermir. Ona görə də indi deyəsən ağıllıların da erası bitmək üzrədir. Və mən də bunu bir vəhylə hiss etməkdəyəm. Həmin hisslərin diqtəsiylə də adını çəkmədiyim və heç çəkmək də istəmədiyim bir ünvana yazdığım misraları ürəyimdə təkrarlayıram.


İndi bəxtəvər vaxtındı,

Dərdin nübar dişi çıxıb.

Hamı gülür – demək bu gün

Hamının da işi çıxıb.


İnsanın da bölgüsü var

Oturağı, çölçüsü var.

Hərənin öz ölçüsü var –

Dünya arvad, kişi çıxıb…


Ox yoxdusa, kaman nədi

Həyat nədi, zaman nədi?!

Tüpürməli zəmanədi –

Erkək olan dişi çıxıb.


***

Həyatın bütün özəlliklərinə baxmayaraq, insanın da fərd olaraq özünəməxsusluqları yetərincədir. Və həmin özəlliklə özünəməxsusluq bir yolda, rizdə qarşılaşanda və yaxud yolları paralel düşəndə baxıb görürsən ki, bu rəngarəngliyin içərisində bir xaos da var. Elə bir xaos ki, onu ipə-sapa düzmək, onu sıralamaq, yerli-yerinə gətirmək və sonra da «FƏRƏQƏT!» komandası vermək o qədər asan olmur. Lakin bir məcburiyyət olduğundan insan o yükün altına da çiyin verir. Çünki şəraitdən çıxmağa məcburdu, bəlkə də məhkumdu. Ona görə də mən sözümün ucunda artıq deməyə çalışdığım fikirlərin ətrafında kol-kos doğramağı, necə deyərlər, qab-qaşığı bir-birinə vurmağı artıq bir kənara atmaq niyyətindəyəm. İstəyirəm ki, yolu bir az kəsə salım. Bu fırlanmaları, bu dolayları qatlayıb qoyum dizimin altına. Axı kəsə yol mənzilbaşına tez çatmaq deməkdir. Doğrudur, dünyada bir mənzil var ki, ora yolun ölçüsü məlum deyil. Başlanğıc nöqtəsi məlum olsa da, son dayanacaq elə doğum anında taleyə yazılsa da, amma neçə illik, neçə aylıq, neçə günlük bir məsafəni keçib gedəcəyimiz öncədən nə yazılı şəkildə, nə də şifahi halda bizə bəyan edilir. Bunun özü hardasa insanın xoşbəxtliyidi. Yəni biz sonuncu günümüzü bilsək, bəlkə də bu dünyanı çoxdan zəlil günə qoymuşduq. İndi hələ heç nə bilməyə-bilməyə dünyanın başında türp əkirik, gününü göy əskiyə bükürük, sinəsini müxtəlif sınaqların meydanına çeviririk. Ona görə də təbii fəlakətlərin, müxtəlif xəstəliklərin sayı və çeşidi də artır. Qalırıq dava-dərman axtara-axtara…

Doğrudur, dünyanın müxtəlif nöqtələrində insanlar üçüncü növü təmsil edirlər. Onlar eksperimentlərin, sınaqların qurbanlarıdılar. «Ağ» insanlar, yəni dünyanı idarə edənlər pullarını artırmaq, imkanlarını daha da genişləndirmək üçün məhz həmin o qurbanlıqlardan yararlanıblar. Və mən də özümü bəzən həmin o eksperimentlərin ən alisinin, ən vacibinin, ən dəyərlisinin, ən önəmlisinin qurbanı sayıram. Çünki həmin eksperiment bir dənə, bir buğdaya nəfsini güdaza verənlərin, yəni Adəmlə Həvvanın zamanından başlayır. Cənnətdə kef içində yaşayan Adəm babamızla Həvva nənəmiz günlərin bir günü guya bir buğdaya görə qəzəbə tuş gəliblər. Amma mənə elə gəlir ki, onlar sevgi qurbanlarıdılar. Çünki Adəmlə Həvva o boyda sevgidən sonra bir buğdaya tamah salmazdı. Bu, biz insanların uydurmasıdı. Deməli, bu dünyanın ən böyük aşiq-məşuqu elə Adəmlə Həvva olubdu. Bizim sevgimiz isə onların sevgisinin yanında bir şeh damcısıdı. Ona görə də öz-özümə hərdən təsəlli verərək yazıram:


Nə yaşıma, nə başıma uyğundu

Bir dəlilik nişanıdı bu sevgi…

Həm müqəddəs, həm də həzin duyğudu –

Torpaq, hava, od və mənə su, sevgi!..


Gözlərinə uzaqdan, həm yaxından

Baxa-baxa asılanda yaxandan…

Olub məni yandırandan, yaxandan –

Son nəğməsin səsləndirən Qu, sevgi..


Xəyal qurmaq, gün keçirmək nağıl tək

Sona qalır ortalıqda ağıl - tək…

Aç tilsimin, bağladığım daxıl tək –

Ürəyini ürəyimdə yu, sevgi!..


***

Ömrün fəsillərə bölünməsi yəqin ki, ağıllıların ağlına gəlib. Daha çox da bu fikir yəqin ki şairlərə məxsusdu. Çünki yeri gələndə az-az uydurmaq onların işidi. Bax, bu mənada indi təkcə təbiətin deyil, həm də aid olduğun nəslin ömür payına düşən payızı yaşayırıq. Kim çıxacaq bu payızdan… kim çıxacaq bu qışdan… Onları düşünmək belə istəmirəm. Çünki düşünsəm də dəqiq bir qərar verə bilməyəcəm, dəqiq bir nəticə ortaya qoymaq mümkün olmayacaq. Bu, özü-özünü yormaqdan, özü-özünü fikirlərin burulğanında batırmaqdan başqa bir şey deyil. Doğrudur, bəzən insan özü istəmədən də fikir onun yaxasından tutur. Çünk tökülən, saralan yarpaqlar özü pıçıldayır bu dediklərimi. Və biz də reallığın qarşısında susuruq, o məqama kimi gözləyirik ki, ordan sonra fəsilin yazı başlayır, yayı başlayır. Amma qışdan, payızdan çıxdığımız unudulur. Elə bil ki, heç ömrümüzdə olmayıblar…

İnsana məxsus olan bu qəribəlik, zənnimcə, elə insanın öz yaradıcılığıdı. Ayaqda qalmaq, sabaha inamla getmək yaradıcılığı. Bax, mən də dünyanın (yazımın əvvəlində söylədiyim kimi – Ə.M.) bu qarışıq, bu xaotik məqamında özüm üçün bir qərar qəbul etmişəm. Daha doğrusu, bunu öz kəşfim hesab edirəm. Biz azaldıqca dünyada kədərin meydanı genişlənir. Yəni dünya kədərə qalır… kədər sahib olur dünyaya…

Bir az ağrılı, bir az nostalji olsa da, mən indi dünyanın daha çox kədər ünvanı olduğuna, dünyanın daha çox kədərin caynaqlarına keçməsinə şübhə etmirəm. Elə o şübhələ qalib gəlmək, özümü dözümlü göstərmək üçün yazmışam:


Bir tənhalıq, bir sükut

Hamilə qara bulud…

Güllələnmiş son umud –

Dünya kədərə qalıb…


Bir nişangah, bir nişan

Nişangahdı pir, nişan…

Yer də, göy də pərişan –

Dünya kədərə qalıb…


Gündüz qan-tər, gecə qor

Bir ağac var o da dor!

İçim, çölüm ancaq gor –

Dünya kədərə qalıb…


Səsim yetim, sözüm nəm

Güləşirəm özümnən

Dünya düşüb gözümdən –

Dünya kədərə qalıb.


Heyrət, diqqət calaqdı

Üst-üstədi, qalaqdı…

Hər halıyla alaqdı –

Dünya kədərə qalıb.


Bəli, indi sevincdən çox kədərin at oynatdığı, təbəssümdən çox göz yaşımın bəzədiyi bu dünya mənə görə kədərə qalıb. Sizə görə isə?.. Onu özünüz müəyyənləşdirin. Sonra deməyin ki, haqqınıza şərik çıxdım.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK