hacklink Adalet.az | ÇOVĞUN - FAİQ QİSMƏTOĞLU yazır Adalet.az | ÇOVĞUN - FAİQ QİSMƏTOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÇOVĞUN - FAİQ QİSMƏTOĞLU yazır

(Oğlum Emilə)

11078    |   2018-11-04 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Hava o qədər soyuq idi ki, evdən bayıra çıxmaq mümkün deyildi. Evdən bayıra çıxmaq mümkün olmasa da, amma o mütləq oğlunu götürməli və bu qarlı-çovğunlu havada həkim yanına getməli idi. Bir istədi ki, getməsin , ancaq tez də fikrindən daşındı. Getməsəydi uşağın vəziyyəti bir az da ağırlaşacaqdı və çətin ki, bu xəstəlik sağalasıydı.

… Bayıra bir də diqqətlə baxdı. Gördü ki, yox, bir qar yağır ki, az qala hər tərəfi ağ rəngə boyaya. Üstəlik də axşamdan əməlli-başlı qar yağmışdı. Hava da soyuq olduğuna görə, yağan qar donub yerdə qalmış və onun üstündə getmək elə də asan deyildi. Qarın üstüylə getmək asan olmasa da, bu adam bu cür havalara öyrəşmişdi. Oğlunun qulaqlı papağını uşağın başına qoydu. Ağzını şərflə möhkəm-möhkəm sarıdı, əlinə də əlcək geyindirdi. Özü də pis geyinmədi. Köhnə qalın dublyonkasını və bir də pambıq papağını başına keçirtdi. Uşağı qucağına alıb evdən çıxdı.

… Hardasa kəndin çətin yollarını bir qədər keçib dayandı. Bir qədər keçib dayansa da az qala əldən düşmüşdü. Hələ səhər yenicə açılırdı. Və heç kəs də gözə dəymirdi. Heç kəç gözə dəyməsə də uzaqdan itlərin səsi gəlirdi. Bir qədər dksinən kimi oldu. Soyuq süimüyünə qədər işləmişdi. Uşaq isə onun sinəsinə sığınmışdı. Hələ səhər tam açılmamışdı. Qarı ayaqlaya-ayaqlaya irəliləyirdi. Kənddən xeyli uzaqlaşmışdı. Uşağı bir az da bağrına basdı. Gördü ki, oğlu üşüyür. Oğlu diqqətlə atasına baxdı:

- Ata, hələ çatmırıq?

- Bir az döz, çatacağıq.

Qarşıdakı uçuruma yaxınlaşanda ayağı sürüşdü və arxası üstə dərəyə yuvarlandı. Başındakı papağı külək apardı. Gördü ki, uşaq əlindən sürüşəcək var qüvvəsi ilə uşağı bir az da bağrına basdı. Beli necə möhkəm yerə dəymişdisə, ağrısından ufuldayırdı. Sevindi ki, beli daş-kəsəyə dəysə də, uşağa bir şey olmamışdı. Qorxurdu ki, uşağa bir şey ola, onunla da bütün istəkləri alt-ust olar.

… Çox çətinliklə düşdüyü dərədən çıxmağı bacardı. Nə illah eləyirdi irəli gedə bilmirdi. Çovğun möhkəmlənmiş, qar isə onun sifətinə qırma kimi dəyirdi. Amma uşağın üzünü sinəsinə basdığına görə qırma kimi yağan qar uşağın çöhrəsinə dəyə bilmirdi. Nəfəsi ilə üşüyən uşağı qızdırırdı. Özü əldən düşüb qan tərə batsa da bütün gücüylə uşağı sinəsinə basmışdı. Kənddən uzaqlaşmışdılar. Həkimin yanına çatmağa bir kilometr məsafə qalmışdı.

… Uzaqdansa ulartı səsi gəlirdi. Kəndə yaxşı bələd olduğu üçün bilirdi ki, bu ulartı canavarların səsidi. Canavarlar ağız-ağıza verib uladıqca sinəsinə basdığı oğlu diksinirdi. O da tez-tez oğluna deyirdi ki, qorxub eləmə , bu səslər itlərin səsidi. Bir qədər gedəndən sonra qabağına ulayan canavarlar çıxdı. Lap qabaqda dişi canavar dayanmışdı. Gözlərini bərəldib ona zilləmişdi. Və onun gözləri maşın işığı kimi par-par parlayırdı. Arxasında isə dörd iri boz erkək canavar dayanmışdı. Dişi canavar kişiyə baxdı, kişi də dişi canavara. Onu əcəl təri basdı və cum-culuq su oldu. Özündən qorxmurdu, sinəsinə basdığı oğlundan qorxurdu. Əlini cibinə atdı, cibindəki bıçağı hazır vəziyyətə gətirdi və dodağının altında da Allaha yalvarmağa başladı və «Kəlmeyi-şəhadət»ini oxudu.

… Dişi canavar bir ona baxdı və kişi də dişi canavara baxdı. Bir-birinə xeyli baxdılar. Kişini tər basdı, dişi canavarı isə tamah üstələdi. Birdən elə oldu ki, dişi canavar gözünü ondan çəkib başqa istiqamətə səmt aldı. Dişi canavar başqa istiqamətə gedən kimi dörd erkək boz canavar da onun dalınca götürüldülər. Qan-tərə basmış kişinin tutulmuş dili açıldı. Və yavaş-yavaş özünə gəlməyə başladı. Uşaq bu səhnələri görməmişdi. Və uşaq bu səhnələri görmədiyinə görə də bütün gücüylə atasının sinəsinə sığınmışdı.

Güclü külək canavarın səsinə bənzəyən səs çıxarırdı . Və uşaq yenə qorxub atasına sığındı. Bu dəfə atası sakit halda dilləndi:

- Qorxma, oğul, it səsi deyil, küləyin uğultusudu. Bir azca da döz, artıq həkimə çatırıq.

Uşaq bir azca da dözdü. Kişi bir azca da səbrli oldu. Hava bir azca da sərtləşdi. Hava sərtləşdikcə, çovğun qopduqca vəziyyət daha da ağırlaşırdı. Ev uzaqdan görünürdü. Cəmi-cümlətani iki yüz metr məsafə qalmışdı. Beş kilometri gələn bu iki yüz metri də gedəcəkdi.

Özünü həkimin yaşadığı mənzilə çatdırdı. Gördü ki, qapı açıqdı, heç qapını döyməyə ehtiyac da yox idi. Həkim ona baxıb bir ax toxtaqlıq verdi:

- Belə havada nə olmuşdu gəldiniz, dünya dağılmırdı ki. Tərs kimi də çovğundu. Heç çovğunda da adam yola çıxar?

Kişi heç bir şey demədi. Təkcə onu dedi:

- Həkim, qurban olum, bütün ümidim sənədi. Hər yerdən əlim üzülüb. Uşaq canı ilə əlləşir. Göydə Allah, yerdə sən.

… Otağa girən kimi sobanın istisi onun və uşağın sifətinə vurdu. Uşaq yatmışdı. Elə yatmışdı ki, elə bil yorğan-döşəkdəydi. Həkim diqqətlə yatan uşağa baxdı, sonra da dilləndi:

- Əgər uşaq yatırsa, qorxulu heç nə yoxdu. Get Allaha dua elə ki, yolda canavarlar sizi parçalamayıb.

Otağın istisində uşağın yuxusu daha da bal kimi şirin olmuşdu. Bal kimi şirin olan yuxudan uşaq oyanmırdı. Həkim də, ata da mışıl-mışıl yatan uşağın yuxudan oyanmağını gözləyirdi. Uşağınsa çöhrəsində elə bil ki, günəş doğmuşdu…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK