Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq Adalet.az | Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq

6339    |   2018-10-31 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq.

Bunu Trend-ə "Audatex Azerbaijan” şirkətinin rəhbəri Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, şirkət 29 ölkədə fəaliyyət göstərən "Autoonline” nəqliyyat vasitələrinin hərracı sisteminə qoşulacaq:

"Bu, qapalı hərracdır. Saytda korporativ müştərilərin və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib fiziki şəxslərin avtomobilləri satışa çıxarılacaq”.

Z.Kərimzadə qeyd edib ki, hərraca sığorta şirkətlərinin avtomobilləri, bankların, eləcə də avtoparkı yeniləmək qərarı almış icarə xidmətlərinin avtomobilləri çıxarılacaq:

"Müştərilər digər iştirakçıların təkliflərini görməyəcək. Təkliflərdən asılı olaraq satıcı avtomobili satmaq qərarı verir”.

Onlayn hərracın üstünlüklərindən danışan Z.Kərimzadə bildirib ki, bu, ilk növbədə şəffaflığı təmin edəcək.

O, əlavə edib ki, pilot layihə müştərilərin biri ilə işə salınacaq və ilk mərhələdə müxtəlif markalı 15 avtomobil hərraca çıxarılacaq.




İmza:
SON XƏBƏRLƏR
2019-01-20
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK