ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: DÜNYANIN DƏRDİ...

Hərənin dərdi özünə bir yükdü

2374    |   2018-10-31 10:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində bu yazının yarımbaşlığı bir atalar sözündən götürülüb və ona da bir balaca əl gəzdirilmişdi. Çünki atalar həmin o müdrik kəlamı belə ifadə ediblər: "Hərənin dərdi özünə bir dəvə yükdü!".

Bəli, indi mən bu atalar sözünün daxilinə üz tutanda qarşıma bir məqsəd qoymuşdum. Məqsəd də bundan ibarətdir ki, öz dərdimlə dünyanın dərdini üz-üzə gətirim, qarşılaşdırım, görüm hansı ağır gəlir. Bu da səbəbsiz deyil. Yəni bu fikrə düşməyimin səbəbi dünya KİV-ləri oldu. İstər internet saytları, istər qəzetlər, istər ekran və efirlər, bir sözlə, hansı birinə üz tutursansa, mütləq qeyri-adi bir xəbərlə qarşılaşırsan. Bilmirsən güləsən, yoxsa ağlayasan?..

Bəli, indi bu dünya doğrudan-doğruya ağlamalı, gülməli günə qalıbdı. Elə bir günə qalıb ki, dərddən başını itirib. Əgər bu dünya dərddən başını itirməsəydi, onda üst-üstə yığdığı dərdələrin içində, heç olmasa, bir fərli dərdi ilə seçilərdi, öyünərdi. Vallah, bu dünyanın öyünəsi, sayılıb-seçilən heç bir dərdi yoxdu. Əgər varsa, onu da çəkməyə hazıram. İnanmırsınızsa, onda dünyanın gündəmində olan dərdlərinə gəlin birlikdə nəzər salaq.

Gündəlik xəbərlərə göz yetirirəm. Məlum olur ki, dünyanın harasındasa qeyri-adi bir hadisə baş verib. Bu hadisə də ondan ibarətdir ki, otellərin birində oturub zürafə ilə nahar etmək mümkündü??!! Dərdə baxın, insan bu xəbəri oxuyur və zürafə ilə nahar edənə həsəd aparır. Və yaxud dünyanın başqa bir yerində ərə gedib, ailə qurub xoşbəxt olmağı yadından çıxaran birisi özünə 500 gəlincik alır və işi-gücü də bu 500 gəlinciyin arasında yatıb-durmaqdı. Sadəcə, onun bir problemi yar: həmin gəlinciklərdən hansını qucaqlayıb yatmağı bəzən müəyyənləşdirə bilmir??!! Dərdə bax e, sən Allah!

Və yaxud dünyanın tamam başqa bir yerində insanlar ürəklərini boşaltmaq üçün fikirləşib bir üsul tapıblar. Həmin üsulun qaydası budur ki, 1,5 avro pul ödəyirsən, sonra düz bir dəqiqə dünyanın ən biədəb sözlərindən ibarət söyüşlər söyüb ürəyini boşaldırsan??!! İndi siz dünyanın o yerindəki dərdə də baxın də?

Şəxsən mənim tanıdığım adamlar var ki, onlar heç pul-zad da ödəmədən istədikləri vaxt, istədikləri yerdə ən biədəb söyüşləri söyüb kef edirlər. Hamı da bunu onların qüsuru hesab etdiyindən üstlərinə getmir, necə deyərlər, sözlərinin başına ip salmırlar. İndi mən maddi durumlarından yaxşı xəbərdar olduğumdan fikirləşirəm ki, bax həmin adamlar pul ödəməli olsaydılar, yəqin ki, danışmağı özlərinə qadağan edərdilər, nəinki söyüş söyməyi.

Dünyanın başqa bir yerində son dərəcə qəribə bir dərd özünü göstərib. Yüzlərlə tısbağa sahibindən xəbərsiz fermadan qaçıb... Hə, bütün bu dünyanın özünə mətbuat vasitəsi ilə dərd etdiyi hadisələrin bir qismini sizə xatırlatmaqla mən həm dünyanın dərdinə şərik oluram, həm də dünyanın nə durumda, hansı gündə olduğunu sizlərə çatdırmaq istəyirəm. Düşünürəm ki, hardasa bir sərçənin işıq xəttindən asılı qalması, bir tısbağanın qoruqdan qaçması, bir çaqqalın zooparkı tərk etməsi və sair və ilaxır, sən demə, əməlli-başlı dərd imiş, mənim xəbərim olmayıb. Neftin qiymətinin oynaması -dərd... Tütünün qiymətinin qalxması - dərd... Spirtli içkilərin qiymətinin sıc-çrayışı - dərd... Dərmanlar bahalaşır -dərd... müalicə ödənişində artım - dərd.. ərzaq bahaslığı -dərd...

Təhsil ödənişi - dərd ... Göbək nümaişi - dərd... şo savaşı -dərd... bir sözlə həyat - dərd... yaşam - dərd!.. Hə , mənim başım Qarabağa , yağmalanan evimə -yurduma qarışdığından ən böyük dərd də bunu saymışam! Dünyanın başqa dərdlərindən xəbərim olmayıb! Elə xəbərim olmadığına görə mən də oturub-durub dünyanı qınayıram ki, niyə mənim halıma yanmır, dərdimə qalmır. Sən demə, mənim dərdim dünyanın dərdlərinin sırasında heç sonuncu da deyilmiş. Necə deyərlər, dərd dünyanınkı imiş??!!

Bu yerdə yadıma rəhmətlik Məmməd Arazın bir beyti düşür:

Məni qınayanın beləsi belə,

Mən belə dünyanın nəyindən küsüm...

Hə, indi özünüz nəticə çıxarın və dərdinizi özünüz çəkin, dünyaya umud olmayın. Yoxsa bu gedişlə şamsız da qala bilərsiniz.

P.S. 1991-ci ilin oktyabr ayının 30 - dan 31 -nə keçən gecə doğulduğum Tuğ kəndi işğal olundu!

Yandı evim -eşiyim ,

Yandı divarım , daşım...

İsit , qoyma üşüyüm -

İsit məni , göz yaşım...

Hə, düz 27 -di ildir ki GÖZ YAŞımla isinmək istəyirəm?! Dərdə baxın...! Dünyanınsa BU DƏRDdən xəbəri yoxdu...! Varsa da heç vecinə də deyil...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK