deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Aqil ABBAS: ŞUŞA BAKIYA GƏLMƏK ÜÇÜN AYAQQABILARINI GEYİNİR Adalet.az | Aqil ABBAS: ŞUŞA BAKIYA GƏLMƏK ÜÇÜN AYAQQABILARINI GEYİNİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ŞUŞA BAKIYA GƏLMƏK ÜÇÜN AYAQQABILARINI GEYİNİR

18618    |   2018-11-04 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Didəsinə erməni bayrağı sancılmış göz bəbəyimiz Şuşa bir il gözlədi, bizdən bir hay çıxmadı. İki il gözlədi, yenə gördü bizdən bir hay yoxdu. Üç il gözlədi, dörd il gözlədi, beş il gözlədi. Yenə bir hay çıxmadı. Qəzetimizin əməkdaşı Kərim Kərimli «qonaq» kimi Stepanakertə keçəndə soruşdu:

- Ə, Kərim, oğul, bə bu camaat harda qaldı?

Kərim də bilmədi nə cavab versin. Başını saldı aşağı, dedi:

- Camaat ayaqqabısını geyinir. Geyinib qurtaran kimi gələcəklər.

- Bə, hökumət harda qalıf?

- Hökumət də ayaqqabısını geyinir. Bir tayını geyinib, bir tayını da ATƏT götürüb aparıb, gətirib vermir. Hökumət də qalıb təkiskat.

Şuşa istəyirdi Kərim Kərimli ilə çox dərdləşsin, Aşot Kərimin qolundan tutub maşına tərəf dartdı ki:

- Görüş vaxtı qurtardı!

Şuşa Kərimi basdı bağrına, o üzündən- bu üzündən öpdü və dedi:

- Ə, Kərim, bax, nə təhər deyirəm, get heylə də Bakıdakılara de. Əyər bu yaz da gəlif çıxmasalar, özüm duruf gələjəm Bakıya. Söyməlini söyəjəm, üzünə tüpürməlinin üzünə tüpürəjəm. Ondan sonra görüm xəjələtinizdən qonum-qonşunun üzünə nejə baxajaxsınız?

Sonra bir-iki ovuc da torpaq tökdü Kərim müəllimin cibinə. Dedi apar ver bəzi-bəzi millət qəhrəmanlarına, soxsunlar gözlərinə.

Kərim müəllim də gəldi Bakıya. Bəzi-bəzi millət qəhrəmanlarına gücü çatmadı, o torpaqdan bir az mənim gözümə soxdu, bir az da dost-tanışın. Kərim müəllimin torpaq gətirdiyini eşidib bir çimdik torpaq üçün redaksiyaımıza o qədər zəng vuranlar oldu ki! Bu zəng vuranlardan bir qoşun düzəltmək olardı və qoşunla da düz Zəngəzura çıxmaq olardı. Şuşa da nə demişdi, Kərim müəllim hamısını bitdə-bitdə «Ədalət» qəzetinə yazdı. Oxuyan oxudu, oxumayan oxumadı. Dilxor olan dilxor oldu, dilxor olmayan dilxor olmadı.

Yaz da gəldi çıxdı, nə camaat ayaqqabısını geyinib qurtardı, nə də ATƏT hökumətin ayaqqabısının tayını qaytarıb verdi. Bir sözlə, üzümüzə gələn yazda da Şuşada tonqal qalanmayacaq.

İndi Şuşa xəbər göndərib ki, görürəm sizdən bir kəramət yoxdu. Darıxmışam sizlərdən ötrü, özüm ayaqqabılarımı geyinib durub gələcəm sizin yanınıza. Amma bilmirəm, gündə xarici qonaqları qəbul eləyənlər, qəşəng-qəşəng partiyaların başqanları vaxt tapıb məni də qəbul edəcəklərmi? Bax ha, gələndə armud ağacını da özümlə gətirəcəm… Özünüz başa düşdünüz də?!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK