ANA SƏHİFƏ / YAZARLAR

Barışın olmadığı "Barış şəhəri" - Eminquey yazır

2891    |   2018-10-26 19:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qüds tarixi boyunca iki dəfə yox edildi, 23 dəfə işğal olundu, 52 dəfə hücuma məruz qaldı və 44 dəfə ələ keçirilib qurtarıldı. Bu şəhərin içində elə bir yer var ki, müsəlmanların da, yəhudilərin də, xristianların da müqəddəs saydığı yer kimi qəbul olunur. Bu yer "Ağlama divarı” dır.

Bu divar İsraili ziyarət edən bütün dövlət adamlarının, xüsusilə də amerikalı liderlərin mütləq bir şəkilinin olduğu, sirləri ilə Qüdsün taleyini göstərən divardır. İnanca görə, Süleyman peyğəmbər böyük bir ibadətgah inşa etdirmək istəyər. Qadın-kişi, böyük-uşaq, qoca-cavan, bütün yəhudiləri yığıb Süleyman məbədini tikdirər. Və bu sözləri söyləyər: Qoy bu məbəd qiyamətə qədər ayaqda qalsın.

Uzun illər keçmiş, Romanın işğalından sonra Süleyman məbədinin böyük bir qismi dağılır. Bu "Ağlama divarı” o məbəddən qalan yeganə divardır. İslam inancında da vacib bir yeri var bu divarın. Məhəmməd peyğəmbər merac edərkən öz atını bu divara bağlayıbmış. Ona görə də müsəlmanlar üçün bu divar müqəddəs sayılır. Xristianlar isə buranı İsa peyğəmbərin xristianlığı yaymağa başladığı ilk yer kimi qəbul edirlər. Çöldəki istiyə baxmayaraq divardakı nəmin heç cür buxarlanmaması, qıraqdan dayanmadan ağlayırmış kimi görünməsi onun "Ağlama divarı” adını almasına səbəbdir. Yəhudilər cümə günü bura yığışıb ibadət edirlər. İnancından asılı olmayaraq ibadətə gələnlərin hamısı başına ya təsək, ya da papaq qoymalıdır. Bu ən vacib qaydadır, əgər bu qaydaya riayət etməyən varsa, həbs olunur.


25 yaşına çatmayanların dünyanın harasında yaşamağına baxmayaraq İsrail ziyarətə gələnlərin bütün xərclərini ödəyir, 3 ay yaz qonaq edib yəhudi adətlərini onlara öyrədir. İstər Amerikadan, istərsə də Rusiyadan, harada yaşamağından asılı olmayaraq, sadəcə yəhudi olmağınız və 25 yaşından aşağı olmağınız buralara pulsuz gəlməyinizə rəvac verir. Məqsəd dünya yəhudilərinin birliyini qorumaq, "Ağlama divarı” ətrafında bir yerə yığmaqdır. Bu gün də yəhudilərin yaşayış tərzini göstərən vacib detallardan biri Azandır. Şabat (Cümə axşamı) günündə axşam azanı oxunduqdan sonra xaricilərin bu divar önündə gəzməyi qadağandır. Şəhərin bütün yerlərində beş dəfə azan və kilsə zənglərini də eşitmək mümkündür. Eyni zamanda yəhudilərin "Ağlama divarı”nın arxasına keçməyinə icazə yoxdur. Çünki bu divarın arxasında məscid var və o ərazi müsəlmanların müqəddəs yeri kimi qəbul olunur. Bəzən ibadət zamanı yəhudilər özlərini ağlayırmış kimi göstərirlər. Bunun səbəblərindən biri də divarın arxasına keçə bilməməkləridir.

Bəs yaxşı, niyə Qüds üç səmavi dinin də müqəddəs bildiyi tək şəhərdir?

Həm Fələstinli müsəlmanlar, həm də İsrailli yəhudilər buranı öz paytaxt şəhərləri hesab edirlər. Yəhudilərsə miladdan 3 min il qabaq burada yaşadıqlarını, şəhəri özlərinin qurduğunu, Süleyman və Davud peyğəmbərin buranı inşa etdiyindən dolayı şəhərin onlara məxsus olduğunu iddia edirlər. Müsəlmanlarsa Məhəmməd peyğəmbərin meracının, yəni Allahla görüşünün buradan baş tutduğunu, İslam dinin ilk dövrlərində qiblənin Qüds olduğunu səbəb kimi göstərirlər.

Dini mənbələrə görə o vaxt da Yəhudilər və Fələstənlililər arasında müharibə olub. Adı ibranicədən Darüssəlam, yəni "barış şəhəri” olan bu şəhərə barış heç zaman təşrif buyurmadı.

"Ağlama divarı”nın qəribə tərəflərindən biri də budur ki, xristianlığa görə Dəccal buradan meydana çıxacaq. Bəzi marjinal inanc qruplarına görə, şeytan bir qadını aldadaraq onu hamilə qoyacaq. Onun doğduğu uşaq bu divarın altındakı zirzəmilərdən birində saxlanacaq, heç bir insan üzü görməyəcək, çiy ət və qanla qidalanacaq, ta ki insanlığa qarşı savaş başlayana kimi. Dəccal ortaya çıxanda insanların kəllələrini üzəcək, ayaqlarını qıracaq, əllərini kəsəcək.

Yəhudilərin bu divarın qabaq tərəfində apardıqları arxeoloji qazıntıları xristianlar onların Dəccalı axtarması kimi qələmə verirlər. Bunların hamısı ərazidəki bir təpə və onun ətrafında gerçəkləşir. Yəhudilərə görə, həmin təpə dünyada ən müqəddəs yerdir. Ona görə ki, qoç yerə enməzdən əvvəl İbrahim peyğəmbər oğlunu qurban kimi kəsmək üçün bura gətiribmiş. İkinci dünya müharibəsinin sonlarına doğru İsrail yenidən dövlət kimi "dirilməyə başlayanda” müsəlman ölkələri buna bir reaksiya vermədi. Ta ki, ərəblərlə İsrail arasında müharibə başlayana kimi. Deniz Gezmişlə birlikdə yüzlərlə dostu İsrailə qarşı döyüşmək üçün Fələstinə yollanır. Deniz Gezmiş o dövrün jurnallarından birində türk gəncliyinə belə səslənmişdi: "Az inkişaf etmiş toplumlar imperiya quruluşana qarşı savaşarkən türk gəncliyi bu mübarizədən kənarda qala bilməz. Biz daima əzilənin yanında olmaq məcburiyyətindəyik. Bütün müsəlman ölkələri Fələstinə üz çevirərkən inqilabçı gənclik sayının az olmağına baxmayaraq Amerika imperiyasına qarşı savaşmalıdır. Yaşasın azadlıq uğrunda vuruşan Fələstin xalqı! Yaşasın müstəqil Türkiyə!”

Ərəbistandan, Türkiyədən, eləcə də Avropa ölkələrindən və dünyanın digər yerlərindən gələn solçular İsrailə qarşı savaş üçün təlim keçdilər. Bir müddət davam edən mübarizədən sonra atəşkəs elan olundu. Deniz Geçmiş və silahdaşları hər hansı bir müharibə şəraiti yaranarsa bura qayıdacaqlarını söz verib Türkiyəyə qayıtdılar. Amma 1973-cü ildə İsraillə Fələstin arasında müharibə başlayanda Deniz Geçmiş və türk silahdaşları çoxdan edam olunmuşdular. 1990-cı ildən etibarən başlayan müharibəni Həmas idarə etməyə başladı. Yenə də heç bir İslam ölkəsi onlara dəstək çıxmadı. 

Buna görə də İsrail hər il bir az da böyüməyə, güclənməyə davam etdi. Bu mövzuda Fələstin idarəçilərinin də xeyli səhvləri var. Məsələn, türklər bu mübarizədə heç vaxt Fələstindən köməyini əsirgəməsə də Fələstin hələ də "Türk Kipr cümhuriyyəti”ni tanımadı. Əvəzində "Rum Kipr dövləti”ni tanıdı. Hətta Fələstin dövlətinin rəsmi internet saytında qondarma erməni soyqırımının təbliğatı aparılır. Xülasə, Fələstin də daxil olmaqla bütün islam ölkələri heç bir vaxt İsrailə qarşı bir olmadılar.




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK