viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Ə, bu nə kinodu çəkiblər?" - Filmə baxanların tipləri - Eminquey yazır Adalet.az | "Ə, bu nə kinodu çəkiblər?" - Filmə baxanların tipləri - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Ə, bu nə kinodu çəkiblər?" - Filmə baxanların tipləri - Eminquey yazır

7408    |   2018-10-23 12:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sizə bir şey yazım, aramızda qalsın.

Filmə baxanlar bir neçə sinifə bölünür.

Birinci qism filmə baxır, baxır, baxır, axırda da deyir ki, "ə, bu nə kinodu çəkiblər? O gədə ölməli deyildi axı”.

Bu qism üçün filmdə baş verənlər bircə o gədənin üstündə cəmlənib. Yəni əgər o gədə ölməsəydi, film çox uğurlu alınacaqmış. Açığı bu qism filmə elə sırf o gədəyə görə baxırlar.

İkinci qism filmə baxır, baxır, baxır, filmin ortasında deyir ki, "heç xoşuma gəlmədi, bu nə kinodu çəkiblər?”.

Bu qism üçün film ümumiyyətlə maraqlı deyil. Onlar bir film həvəskarı kimi iradəsizdirlər. Bir filmə sonacan baxmamış o film haqqında necə qənaətə gəlmək olar ki?


Üçüncü qism bir saatlıq filmin əvvəlini qaçırır, qaçırır, qaçırır və məsələn, 20-ci dəqiqəsindən baxmağa başlayır. Amma nə işdirsə, bu gözəlim qism filmdə baş verən hadisələri çox rahatlıqla çözə bilir. Ya bəlkə də heç çözmür. Amma onlar üçün filmin baxılmayan dəqiqələri önəmli deyil.

Dördüncü qism biraz qəribə tiplərdəndir. Elə filmlər var ki, onlar hansısa yazıçının əsəri üzərində çəkiliblər. Məsələn, götürək elə özümüzün olan "Təhminə” filmini. Bu qism bu filmə baxandan sonra maraqlanmırlar ki, görək, bu Anarın hansı əsəridir, filmin əsərlə nə fərqi var? Bu qismdən soruşsan ki, Anarın "Beşmərtəbəli binanın altıncı mərtəbəsi”ni oxumusan, çaşacaq, deyəcək, yox, filminə baxmışam.

Beşinci qism filmi öz həyatı kimi zənn edənlərdir. Onlar filmi öz həyatları ilə tutuşdururlar. Onlar filmdə reallıq gəzirlər. Sözləri də bu olur. Ki, "bu nə kinodur? Belə şey olar? Gopdur ki bu”.

Altıncı qism də maraqlı tiplərdir. Onlar qorxu filmlərini qaranlıq bir otaqda izləməyi sevirlər. Amma qan-tər içində, qorxa-qorxa. Onlar bundan həzz alırlar.

Yeddinci qism film, serial xəstələridirlər. Məsələn, dostlarla yığışıb bir yerdə çay içəndə belə adamlarla rastlaşırıq. Söhbətin ən şirin yerində bir nəfər ayağa qalxıb deyir ki, mənim serialım başlayacaq, getməliyəm. Bir serial onlar üçün həyatdan daha maraqlıdır. Haqqlı və ya haqqsız olduqları həmin məclisdəki söhbətin şirinliyindən asılıdır.

Səkkizinci qism filmə sırf ağlamaq üçün baxanlardır. Çox kədərli tiplərdirlər. Onlar adətən ağlaya bilmirlər. Ona görə də kədərli filmlərə baxmağı seçirlər. Onlar üçün əgər film ağlatmırsa, apar, tulla.

Doqquzuncu qism üçün filmin titrları maraqlı deyil. Bu filmi kim çəkib, rolları kim ifa edir, bu kimi şeylərdən yan keçirlər. Və sabah həmin adamdan soruşanda ki, baxdığın film kimin filmidir, baş rolunu kim oynayıb, cavab verə bilmirlər. Yaxud da sənə "bir filmə baxmışam, amma adı yadımdan çıxıb”, bir filmə baxmışam, baş rolu oynayan adam, adı yadımdan çıxıb nə idi” deyib həmin filmdən danışmağa başlayırlar.

Və sonda onuncu qism kinomanlardır. Onlar filmin hər detalına fikir verirlər. Filmin texniki səhvləri, ssenaridəki uyğunsuzluq, aktyorların rollarını necə ifadə etməsi, filmi kimin çəkməsi, rejissorun üslubu, filmin hansı ölkənin istehsalçısı olması, çəkildiyi vaxt həmin ölkənin sosial-siyasi vəziyyəti, hansı uğurları qazanması, ən əsası filmin hansı mesajı verməsi və bu kimi başqa detallar.

Bu yazını şəxsimdən çıxış edib yazıram ki, mən yuxarıda sadaladığım bölgülərin hamısını yaşayıb onuncu qismə qədəm qoymuşam. Demərəm ki, kinomanam, amma filmə onuncu tip kimi baxıram və bu cür baxmağın da tərəfdarıyam.

Məncə, nəinki film, musiqi dinləyiciləri də, rəsm həvəskarları da, kitab oxucuları da, teatr tamaşaçıları da, idman azarkeşləri də belə olmalıdır. Yəni baxdığın, dinlədiyin, oxuduğun, həvəskarı olduğun nələrinsə mahiyyətinə varsan, onda zamanın boşa getməz.




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK