hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: ZAUR BAXŞƏLİYEV, HƏR SÖZÜ ÜRƏYİNƏ SALMA! Adalet.az | Faiq QİSMƏTOĞLU: ZAUR BAXŞƏLİYEV, HƏR SÖZÜ ÜRƏYİNƏ SALMA! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ZAUR BAXŞƏLİYEV, HƏR SÖZÜ ÜRƏYİNƏ SALMA!

7373    |   2018-10-19 14:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Mən onun televiziya verilişi apararkən kövrəldiyini çox görmüşəm. Budəfəki kimi kövrəldiyini görməmişdim. Sevincindən gözləri dolmuşdu. Və gözləri dola-dola deyirdi ki, bu missiyanı həyata keçirəndə o qədər badalaq atan, şər-böhtan deyən oldu ki. Ancaq elə ki, o insanları Allahın və xalqın köməkliyiylə həyata qaytardıq, bax onda hansı hisslər keçirdiyini bir Allah bilir…

… Yaxşılıq çox müqəddəs bir anlamdır. Və bu yaxşılığı hər adam eləməyi bacarmaz. «Bizimləsən» verilişində onlarla kimsəsiz, kasıb, ümidsiz adamları ora dəvət etmisən, xalqa müraciət edərək onlara maddi və mənəvi cəhətdən arxa durmusan. Bunu etmək üçün insanda böyük ürək və böyük Allah sevgisi lazımdır. Siz Cəbrayılı da, Öməri də o verilişə dəvət edəndə heç bilmirdiniz ki, bu çağırışa bu qədər insan hay verəcək, maddi dəstək duracaq. Çünki Allah bir şeyi eləmək istəyirsə, onu kiminsə əliylə həyata keçirir. Onu yaxşı insanların qəlbində və ürəyində Allah sevgisi olan adamların əliylə gerçəkləşdirir. Və düşünürəm ki, sən də Allahın sevdiyi bəndələrindənsən. Ən azından ona görə ki, sənin qəlbində (bunu televiziya çıxışlarında hiss etmişəm) Allaha, Peyğəmbərə, axirətə çox böyük inamın və imanın var. İnsanın inamı və imanı olmayanda o, heç nəyi hiss eləmir və dönüb olur bir daş, qaya.

Siz badalaq atanlardan, insanların bəzilərinin paxıllığından danışdınız. Badalaq atmaq, paxıllıq, xəbislik və xəyanət, hətta mən deyərdim ki, qolunu çırmayıb iş görən adama ağız büzən çox insanlar var. Əgər belə olmasaydı, vaxtilə keçəl Həmzə Koroğluya xəyanət etməz, əvvəl Düratı, sonra isə Qıratı qaçırmazdı. Yaxud Səhil Sumbat Babəki neçə milyon dirəm müqabilində Aqşinə satmazdı. Eləcə də xəyanət nəticəsində Beyrəyi Yarınçıq kürəyindən vurmazdı. İstəyirsən birini də deyim. Amma sənin yaranın qaysağını qoparacaq. Tay dilimə gəlib, deməliyəm. Xəyanət olmasaydı, 20 faiz Qarabağ torpağı, o cümlədən Şuşa erməniləri tərəfindən asanlıqla işğal olunmazdı...

Rəhmətliyin oğlu, sən nə qoyub nə axtarırsan?! Görürsən, bu vətənə, bu torpağa nə qədər badalaq atanlar var. Ötən yazımda Üzeyir bəyin bir felyetonunun adını çəkmişdim. İndi də bu felyetonun adını yada salıram: «Biz nə tövr iş görürük?». O felyetona göz gəzdirsən görərsən ki, kimsə bu millət üçün, bu xalq üçün bir balaca iş görmək istəyir, o dəqiqə bir başqası onun başını qatır və gördüyü işi urvatdan salır. Bax, budur bizim bəzi xəbis və paxıl adamların yaşam tərzi.


Bir vaxtlar Aqil Abbas (daha doğrusu ötən əsrin 90-cı illərinin əvvəllərində – F.Q) gözəl bir təşəbbüslə «Ədalət» qəzetində çıxış eləmişdi. O özü və qohum-əqrəbası «Ləl-Cəvahirat» Fonduna qızıl üzük bağışlamışdı. Bu təşəbbüsə demək olar ki, respublikanın bütün rayonlarından dəstək gəlmişdi. Hətta bizim qəzetin əməkdaşı Xatirə Hafizqızı da öz nişan üzüyünü aparıb «Ləl-Cəvahirat» Fonduna bağışlamışdı. Özü də həmin fonddan göndərilən arayışları (yəni hər adamın adı və soyadı) bizim qəzetə göndərilirdi və o siyahı da qəzetimizdə çap olunurdu. Bəzi ağzıgöyçəklər və xəbis adamlarsa sonradan şaiyə yaydılar ki, guya bu qızıllar Aqil Abbasa qalıb. Hansı ki, hər şey «Ləl Cəvahirat» Fonduna verilirdi və bütün məsələlər də orda həll olunurdu.

Axı bayaq dedim, bizim millət yaxşı işə qulp qoymağa, qəmiş qoymağa çox böyük maraq göstərir. Özü də bu qəmiş qoyanlar və badalaq atanlar cahilliyin qurbanına çevrilirlər. Böyük Zəlimxan Yaqub yazırdı:

Bir köynək Allaha yaxın olanlar,
Min köynək şeytandan uzaq olurlar.

Əgər hər gün kimlərsə böyük ümidlə «Bizimləsən»ə gəlirsə və siz də onlara sevgiylə, məhəbbətlə, qayğıyla yanaşırsınızsa, bunun nəyi pisdir? Əgər hər yerdən əli üzülmüş, hara gedibsə ağzına vurub qaytarılan kimisəsiz adam sizə pənah gətirirsə və siz də ona isti münasibət göstərib arxa durursunuzsa, bundan yaxşı iş nə ola bilər?

Bəziləri «ehsan» deyəndə yas məclislərində verilən müxtəlif cür ləziz yeməkləri xatırlayır. İstəyirsən yas yerində üç-dörd cöngə kəsdir, onu soyutma, qovurma elətdirib süfrələrə düzdür, bunun heç biri ehsan hesab olunmur. Ehsan insanların bir-birinə elədiyi yaxşılıqdır. Bunu mən demirəm. Bu sözlər Allahın göndərdiyi müqəddəs «Qurani-Kərim»də yazılıb. Bir kimsəsizə, bir yetimə, bir xəstəyə, pulu qurtarıb yolda qalmış müsafirə kim əl atırsa, bundan böyük yaxşılıq və xeyirxahlıq ola bilməz.
Siz xalqın və həkimlərin köməkliyi ilə həyata qaytartdığınız cəbrayılların, ömərlərin, tünzalələrin, adı yadıma düşməyən digər arxasız və köməksiz insanların böyük məhəbbətini və sevgisini qazanmısınız. Hər yerdən əli üzülmüş kasıb ailələrə sevinc bəxş eləmisiniz. Bundan gözəl nə ola bilər? Elə o ailələrin duası, alqışı sizə, yaradıcı heyətə və o cümlədən rəhbərliyinizə kifayət eləyər!

Zaur, bilmirəm sənin yadındadır, ya yox. Sən 2000-ci ildə tələbə olarkən «Ədalət» qəzetində təcrübədə olmusan. Onda bir yazı gətirmişdin. Orasına-burasına baxdıq və Aqil Abbasa təqdim elədik. O da xoşu gəldi həmin gün yazını qəzet səhifəsinə qoydu. Bax, həmin anlar sənin necə sevindiyinin şahidiydik. Digər tələbə yoldaşlarından fərqli olaraq hər şeylə maraqlanırdın, hər şeyi öyrənmək istəyirdin. Zaman-zaman hər şeyi əziyyətinlə, zəhmətinlə öyrəndin və gəlib bugünkü Zaur Baxşəliyev oldun. Mən deyərdim ki, sən həm də «Ədalət» məktəbini, Aqil Abbas məktəbini keçmisən. Və təbii ki, hər bir məktəb insana böyük köməklik göstərir. Və düşünürəm ki, sən kimisə yaddan çıxarsan da, Aqil Abbasın sənə olan o diqqətini unutmamısan.

Torpağını itirmisən, vətənini itirmisən və gəlib Bərdədə məskunlaşmısınız. Sonra isə Bakı mühitinə düşmüsünüz. Və bu mühitdə elm, sənət, jurnalistika arxasınca getmisən, bu yolda çoxlarının çəkə və dözə bilmədiyi çətinliklərlə üzləşmisən. Yəni sənə qarşı zamanından və məkanından asılı olmayaraq, basqılar, təyziqlər və haqsızlıqlar olub. Onların hamısını elminin, savadının və gücünün hesabına arxada qoymusan. Və sənə də arxa duran, dayaq duran elə bir qohmun olmayıb. Bir Allahdan başqa kimsə sənə söykək olmayıb. Allahın qoruduğu insanı isə milyon adam istəsə yıxa bilməz. Və Allahın yıxdığı insanı da milyon adam istəsə qaldıra bilməz.

Mən bilirəm, sən həmişə o Ulu Yaradana dua edirsən, ona sığınırsan. Allaha sığınan insanlar isə haqlı, ədalətli və insaflı olurlar. Allaha sığınan insanlar həmişə yaxşılıq eləməyə, əl tutmağa çalışırlar. Çünki hər bir insan axirət dünyasında öz əməlinə görə cavab verməli olacaq. Sənin də bu əməllərin elə mən düşünürəm ki, axirətin üçün qazandığın ən böyük var-dövlətdir. Kimlərsə sənə badalaq atsa da, maneçilik törətsə də, hətta Allahından qorxmayıb şər-böhtan desə də, o yaxşı əməllər həmişə, hər zaman səni qoruyacaq. Və nə eləmisənsə, elə bu dünyada qarşına çıxacaq. Ona görə də tutduğun yolu davam elətdir. O yol Allahın yoludur və o yol işığa, günəşə, həyata və insanlığa doğru gedir. Bu yolu heç kim, heç kəs kəsə bilməz. Və bir də bir söz deyərdim, ancaq demirəm. Çünki o sözü deyib şər qüvvələrə şərəf gətirərəm. Allah səni, ailəni, balanı və ananı hifz eləsin!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK