bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri Adalet.az | Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların deportasiya məsələsini qaldırdı Adalet.az | Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların deportasiya məsələsini qaldırdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların deportasiya məsələsini qaldırdı

4721    |   2018-10-12 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili, Avropa Şurası Parlament Assambleyası Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞPA-da azərbaycanlıların Ermənistandan, öz ata-baba torpaqlarından 1948 və 1988-ci illərdəki deportasiyası məsələsini qaldırıb. Modern.az deputatın çıxışını təqdim edir:

"Əziz dostlar 2018-ci il Azərbaycan tarixi üçün böyük önəm daşıyan tarixi bir hadisənin 100-cü ildönümü ilə yadda qaldı. Bütün müsəlman şərqində ilk dəfə Azərbaycanda qurulan ilk cümhuriyyətin, bütün şərqdə qurulan ilk parlamentin 100-cü ildönümünü dünyanın əksər beynəlxalq təşkilatlarının rəsmi nümayəndələri, onlarla xarici ölkənin yüksək vəzifəli təmsilçiləri ilə birlikdə qeyd etdk. Mən belə önəmli bir tarixdə Azərbaycanın yanında olan və gözəl fikirlərlə çıxış edən bütün ölkə və təşkilat təmsilçilərinə buradan təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan xalqının hələ 100 il əvvəl demokratik dəyərlərə nə qədər böyük önəm verdiyini göstərən amillərdən sadəcə birini bir qadın millət vəkili olaraq xüsusən qürurla vurğulamaq istəyirəm. Azərbaycan düz 100 il əvvəl qadınlara seçmək və seçilmək haqqını verəndə dünyanın əksər ölkələrində qadınlar təssüf ki bu haqlara malik deyildilər. Amma bütün bu uğurlarına baxmayaraq Azərbaycan xalqı böyük acılardan və əziyyətlərdən də keçib. Böyük üzüntü ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın qədim bölgəsi olan İrəvanın zorla Azərbaycandan alınaraq Ermənistana verilməsinin də bu il 100 ili tamam olur. XIX əsrdə və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus araşdırıcısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi "Qafqazda Rusiya işinə yeni təhlükə” adlı kitabda göstərirdi ki, XX yüzilliyin əvvəllərində Qafqaza yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqazda ruslar tərəfindən köçürülmüşdür. 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir. Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla qovmaqla bərabər azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv etmiş, yer adlarını dəyişmişlər. Əziz dostlar, biz bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evindən qovulmasının, deportasiyasının 70-ci ilinin tamam olmasını da unutmamalıyıq. Bu dəhşətli faciəni yaşayan azərbaycanlılar bir daha öz evlərinə dönə bilmədilər. Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimayyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu. Əziz dostlar, mən böyük qəlb ağrısı isə qeyd etməliyəm ki, 1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən zorla qovdu. Bütün dünyanın gözləri qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Mən acılarla, gözüyaşlı Ermənistandan Azərbaycana pənah gətirən azərbaycanlı ailələrinin gözyaşlarını, acilarını heç bir zaman unuda bilmədim. Onların bir çoxu öz evlərinə dönə bilməmək acısı ilə dünyadan köçdülər. Bu günə qədər də on minlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməsi haqları Ermənistan tərəfindən tanınmır. Mən təşkilatımızı bu məsələləri də gündəmdə saxlamağa və o insanların səslərini duymağa çağırıram. Onlar sizi pozulan haqlarının müdafiəsi istiqamətində dəstək olmağa çağırırlar. Əziz dostlar, Ermənistan sadəcə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları bu ölkədən, tarixi ata-baba yurdlarından qovmaqla dayanmadı, azərbaycanlılara məxsus bütün tarixi-mədəni abidələri,qəbirstanlıqları dağıtdılar.Buna səssiz qalmamalısınız”.




İmza:

Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov

XİN başçılarının Vaşinqton görüşü

İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Oqtay Əsədov: “Silahlı münaqişələr əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır”

Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı

Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır

Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi - YENİLƏNİB

İlham Əliyev Vyana Beynəlxalq Konfransının iştirakçılarına məktub göndərdi

Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər

Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür”

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

SON XƏBƏRLƏR
2019-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK