Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ARZUOLUNMAZ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ARZUOLUNMAZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ARZUOLUNMAZ

Bu artıq ilğım deyil...

4885    |   2018-10-12 16:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən insan öz çevrəsini formalaşdırmağa çalışır. Yəni özünə, qəlbinə, ruhuna doğma bildiyi insanlarla oturub-durmağa, fikir bölüşməyə, hətta yol-yoldaşı olmağa çalışır. Və üstəlik, bu çevrə ona dayaq durur, onu ayaqda saxlayır, onun hayına-harayına çatır. Və beləcə, həmin o çevrənin təmsilçiləri bir-biriləri üçün aranıb-axtarılan insanlara çevrilirlər. Yəni onlar arzu edilir... onlar arzu olunmaqla yanaşı, göz önündə, diqqət mərkəzində olurlar...

Beləcə, formalaşır dostluq da, yoldaşlıq da... beləcə, isinişir bir-birinə adamlar... beləcə, güvənc qazanır hər kəs... Və bütün bunların fonunda hər kəs kimi sən də, mən də özümüzün gərəkli olduğumuzu, özümüzün dəyərli saydığımızı ya hiss edirik, ya da hiss etməyə çalışırıq. O yerə, o məqama qədər ki, biz özümüzə doğma bildiklərimiz, özümüzə yaxın saydıqlarımız, özümüzün çevrəmiz hesab etdiklərimiz bizi də özləri üçün yaxın, doğma çevrə bilirlər. Bax, bunun üzərində pöhrələnən həyatın ömürlüyü də, hətta nələrdən, haralardan keçəcəyi də hiss olunmağa, duyulmağa başlayır. Bu da hardasa yaşama stimul verir. Ürək daha böyük arzularla, daha böyük istəklərlə çırpınır. Çünki sən özünə doğma bildiklərinin içərisində axtardığını, xəyallarının, yuxularının ADAMını tapırsan. Bilirsən ki, bu axtarışlar, bu aramalar, bu yuxusuz gecələr, bu sonsuz xəyallar kimə ünvanlanıb, kimin üçün bütün bunlar baş verir və...

Hə, adam o vaxt bir daxili rahatlıq yaşayır ki, axtardığını tapır... güvəndiyinin kimliyini bilir... başını söykəyəcəyi çiyinin kimə mənsub olduğundan əminlik hissi yaşayır... Təəssüf ki, bu dediklərim hər adama hər zaman nəsib olmur. Əgər hansısa bir adama bu tale yazılıbsa, bu qismət düşübsə, onda bəxtəvər onun başına. Və el dilində deyildiyi kimi, sağ əli hər kəsin başına!..

Düşünməyin ki, mən yenə pessimist duyğularla, nostalji ovqatla bilgisayar önündə dayanmışam. Xeyr! Onsuz da "qozbeli qəbir düzəldər" deyiblər. Necə varamsa, elə o cür də, o əhvalla da, o duyğularla da içimdəkiləri diqtə edirəm. Yəni yaşadıqlarımı sözə çevirirəm. İstəyirəm ki, SƏN də bu ovqatı göz önünə gətirəsən və biləsən ki, sürət qatarını ötüb keçən zaman heç nəyi eyni nöqtədə saxlamır. Bircə ürəkdəkindən başqa. Onu yerindən tərpətmək üçün ürəyi də aparmaq, ürəyi də qoparmaq lazımdır. Təbii ki, ürəyi qoparmaq missiyası fələyə verilib. Mən isə bax elə sənin gözünün önünə gətirəcəyin bir məqamı misralara çevrirəm.


İstədim ürəyimi

Ürəyinə bələyim...

Gülüb dedin, dəliyəm -

Sən dəliyə yar deyim!..


Dondum bir an, amma ki,

Dəlilikdən sınmadım...

Sən özün də danma ki -

Dəliyə inanmadım...


Düşündün ki, ötəri

Bir duyğudur - sönəcək!

Bir az aşıb qədəri -

Ayılacaq, dönəcək...


Bilmədin ki, yanılan

Özünsən seçimində...

Yoxdur, özgə sən, inan -

Günahı heç kimin də...


Sənin əlin qoynunda

Mənim boynum bükülü...

Gətir ömrün sonunda -

Fikrinə bu şəkili...


***

Bütün yaşam müddəti sözə çevrilərsə, onu oxuyub bitirmək mümkün olmaz. Çünki insana verilən ömrün hər bir anının özü elə bir ömürlük kitabdı. Deməli, əgər orta hesabla altmış il yaşasam və bu altmış ilin anlarını da onun sənə bir insan kimi yaşatdıqlarını yazmağa başlasam, onda görün nə boyda külliyyat alınır. Hələ mən məsələnin o biri tərəfini demirəm. Yəni o yaşanan anın qarşılığı olan anı da bir-birilə qovuşdursan, bir müstəviyə gətirsən, bir az da dəqiq desəm, iki varlığı, iki ürəyi birləşdirib bir varlıq, bir ürək kimi görsən, onda yazılan kitabın həcmini hər kəs öz ölçüyüslə, öz düşüncəsiylə, öz arşınıyla müəyyənləşdirsin. Mən bu yükün altına çiyin verməkdə çətinlik çəkirəm. Çünki söhbət elə bir duyğudan, elə bir ömürlükdən gedir ki, onu bu dünyada ancaq seriallar şəklində təsəvvür etmək mümkündür...

Hə, bu fikirlərimin gerçəkliyinə inanmaq bəlkə də kimlər üçünsə çətindi və yaxud da gülüncdü. Çünki bəzən iqtisadiyyat mədəniyyəti, mədə mənəviyyatı elə üstələyir ki, onda ölçü də itir, tərəzi də düz çəkmir. Hətta əlində, ovcunun içində tutduğun da sənə inandırıcı görünmür. Təəssüf ki, dünyamızın bugünkü durumu iqtisadiyyatın mənəviyyatı üyütməyə, əritməyə etdiyi cəhdlərlə daha çox diqqət çəkir. Yəni indi mənəviyyatda erroziyanın sürəti artmaqdadı. Bu da bütün duyğular kimi həm munis ruha birbaşa aid olan hissləri də sual altına salır. Ona görə də adam bəzən güzgüdə gördüyü özünə də şübhə ilə yanaşır. Özü özündən də bəzən uzaq qaçmağa, uzaq durmağa çalışır. Axı, hər görünən və yaxud hər görüntü reallıq deyil. İnanmırsınız, onda gözünüzün önünə bostan kənarında bostançının düzəldib qoyduğu insan maketini gətirin. Məgər o həqiqətənmi bostan gözətçisidi? Təbii ki, yox! Ümumiyyətlə, robotlar insan olmadığı kimi, gerçək saydıqlarımızın, gerçək kimi gördüklərimizin hamısı da həqiqət, reallıq deyil.

Bu fikrimlə razılaşmamaq sizin ixtiyarınızdadı. Mən isə öz fikrimdə qalmaqla tam səmimi şəkildə vurğulayıram ki, göründüyün kimi olmaq, olduğun kimi görünməkdən mütləq fərqlənir. Ona görə ki, səni olduğun kim Tanrın yaradıb. Göründüyün kimi, özün-özünü təqdim edirsən. Bax, duyğular da belədir. Onu sən istədiyin formada qəbul edirsən, arzu etdiyin kimi qarşılayırsan və yaxud da əksinə. Amma o duyğuların bütün mahiyyətini onu pıçıldayan ürək bilir, onu öz qoynuna alan ürək söyləyir. Ona görə də mənim də kimliyim sənin üçün sual doğurur. Bəlkə də yox! Amma hər halda o sual mənim ürəyimdə misralanıbdı.


Damcı-damcı sönürəm

Damcı-damcı ölürəm...

Bir heçliyə dönürəm -

Əvvəl kim idim? - heç kim...


Qəmi mehdən duyuram

Qəmi şehlə yuyuram...

Nəm çəkməklə doyuram -

Başdan bu yolu seçdim...


Adım dilə də yatmır

Dil də adımı atmır!..

Kölgəm suda da batmır -

Düz ortasından keçdim...


Ürək qıyma-qıymadı

Onu bir qız qıyladı...

Sevgisini qıymadı -

Mən əzabını içdim...


***

Hər dəfə düşündüklərimi, qurduğum xəyalları kağıza köçürməyə cəhd edirəm. İstəyirəm ki, o xəyal qurduğum an, o düşündüyüm an xəyalla, düşündüyünlə birlikdə heç olmasa kağız üzərində gerçəkləşsin. Və mən də yazdıqlarımı kağız kimi yox, gerçəklik kimi görüm. Elə bilim ki, masamın üzərindəki ağ vərəq bir azdan o düşündüklərimi, o qurduğum xəyalları əks etdirəcək. Və mən həmin o dediklərimin hənirini, nəfəsini duyacam, əlinə, telinə toxuna biləcəm. Baxışından isinəcəm, təbəssümündən qanadlanacam... Amma...

Amma bütün bunlar təkcə istək, arzu deyil. Hardasa kimə görəsə həm də bir dəlilik əlamətidi. Ona görə ki, xəyalla, duyğularla baş-başa qalmaq son dərəcə asan və insandan ağır yük çəkmək, enerji sərf etmək tələbini ortaya qoymayan bir gerçəklikdir, bir durumdu. Amma həmin o xəyalını qurduğunu, arzusunda olduğunu görmək üçün hərəkət etmək, getmək, vaxt sərf etmək və sairə fiziki anlamda gərəkdir.

Bütün bunlar o deməkdir ki, xəyala, arzuya qovuşmaq üçün ən azından ona doğru getməlisən, yüyürməlisən. Necə deyərlər, yerində oturub xəyal qurmaqla göydən üç alma düşəcəyini gözləməyin heç bir fərqi yoxdu. Hər ikisi özünü aldatmaqdı. Və elə çox qəribədi ki, mən də özümü aldatmaqla məşğulam. Özü də bir gün yox, bir il yox, bir ömür boyu...

Hər bir fərd, hər bir insan bir məqsədin, bir yolun yolçusu olur. Doğrudur, Allah umuduna, başlı-başına buraxılmış ömür yolları da var. Amma söhbət anlayışlı, həyatı az-çox dərk edən, nə üçün yaşadığını bilən insandan gedir. Bax, bu mənada boşalan hər bir ürəyi ancaq xəbər doldurur. Çəkilən, qeyb olan sevgilərin yurdunda nisgil oturur. Ağrı-acı sahib çıxır həmin əraziyə. Mən artıq bunu tam əminliklə dərk edərək özüm-özümə söyləyirəm ki, nostalji duyğular bu kədəri azaldan deyil... qurulan xəyallar o acını yalnız o xəyal müddətində sevinclə əvəz edir. Sonra yenə dərd ağacının çiçəkləri açılır, tumurcuqları meyvəyə çevrilir. Ona görə də bir az gerçəkliyi qəbul etmək, bir az reallığın ətəyindən tutmaq bəlkə də pis olmaz. Yəni artıq dərk etməyin zamanı gəlib çatıbdı ki, arzuolunmazların sırasına doğru yuvarlanırsan. Həyat və baş verən hadisələr sənin kürəyinin ardından elə bir zərbəylə, elə bir təkanla arzuolunmazlara doğru itələyir ki, ayağını yerə nə qədər bərk dirəsən də həmin nöqtədə durmaq gücün tükənir.

Ona görə də ümidi tükənmiş adam kimi özün-özünə pıçıldayırsan, özü də son dua kimi.


Sıx özünü ürəyim

Gününü ah etmə sən!..

Sevdin, günah elədin -

Bir də günah etmə sən...


Qalan ömrü başına

Yaşa, baxma yaşına...

Nahaqdan göz yaşına -

Yanağı yol etmə sən...


Heyrət içdən gəlirsə

Qəm ürəyi dəlirsə...

Ortada eşq ölürsə -

Hayına gec yetmisən!..


Göz önündə Sənan dağ

Olammadın Sənancağ...

Bu dünyada sən ancaq -

Yetimliyə yetimsən!..


***

Kim necə düşünür düşünsün... kim necə istəyir yaşasın... kim necə istəyir sevsin... Bütün bunlar bir azad insanın qanunlarla da, haqla da özünə aid olan seçimidi. Amma adamların arzulanan və arzuolunmaz kateqoriyasına bölünməsi təkcə bir nəfərin seçimindən, istəyindən asılı olmasın. Amma neyləyək ki, bəzən belə də olur. İndi mən artıq belə seçimin, belə qərarın ilğım yox, gerçəklik olduğunu hiss edirəm, duyuram. Həmin o yaşamın içindən də üzü sizlərə tərəf baxa-baxa deyirəm:

- Çalışın arzuolunan olun!..

- Çalışın arzuolunmazların cərgəsinə düşməyin!..

- Çalışın... çalışın ki, sevginizi yaşayın!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK