ANA SƏHİFƏ / YAZARLAR

Bizə yazıq qəhrəmanlar lazım deyil - Eminquey yazır

3440    |   2018-10-11 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İllərdir Azərbaycan filmləri də, ədəbiyyatı da, televiziyası da əksərən bir çevrə içində vurnuxur. Bu çevrə də yazıq, kimsəsiz, çarəsiz insanlarla əhatələnib. Şeirlərdə, hekayələrdə, filmlərdə və verilişlərdə bu tip adamlar diqqət mərkəzinə çəkilir. Niyyət onların əlindən tutmaq, tək olmadıqlarını göstərmək olsa da seçdikləri metodun nəticəsi və təsir qüvvəsi başqadır. Bu tip şeylər insanları həmişə bir xilaskar gözləməyə səsləməsə də insanlar həmişə səs gələn tərəfə getmirlər axı. Televiziyada insanlara yardım edən, onların problemlərini cəmiyyət önündə qabardan, hətta şouya çevirən verilişlərimiz azdımı? O verilişlərə gedib mədət uman çox deyilmi?

Məsələn, mən dilənçiyə ağı havasında şeir yazmaqdansa onunla maraqlanmağı, fiziki məhdudiyyətli birinə ağı deməkdənsə ona güclü olduğunu deməyin tərəfindəyəm. Ən azı bir təsəlli vermək ki, həyat insanı həmişə ana dilində dindirmir.

O insanlara yazıq kimi davranmaq ən xırda vərdişlərdə belə özünü göstərir. Məsələn, xəstə, fiziki məhdudiyyətli birini görəndə qulağını çəkmək çox böyük mədəniyyətsizlikdir. İstər o adam görsün, istərsə də görməsin. Yaxud həmin adamlardan danışanda şikəst, əlil kimi ifadələrdən istifadə etmək də həmçinin.

Hal-hazırda seriallarda ən azı belə bir fiziki məhdudiyyətli insan obrazı var və bunu çox eybəcər şəkildə tamaşaçıya çatdırırlar. Ailəsi tərəfindən qəbul olunmadıqlarını göstərirlər. Fikrimcə belə olmaz. Necə ki, bu gün mətbuatda cinayət, zorlama və intihar xəbərləri sürətlə yayılır və bu da cəmiyyətə başqa cür təsir edir, eynilə də bu.

Son dövrlər fiziki məhdudiyyətli insanlar haqqında video roliklər hazırlanır. Həmin videolarda onlar necə güclü olduqlarını, çətinliklərin öhdəsindən təkbaşına, iradə gücünə necə gəldiklərini danışırlar. Ən gözəli budur. Nəinki fiziki məhdudiyyətli birini efirə çıxarıb pul dilənmək, onun ağrılarını, həyatını şouya çevirmək.

Bilirsiniz, bir vaxtlar "Samanyolu” kanalında illər qabaq bu cür "ibrətamiz” hekayələrdən ibarət filmlər var idi. Yəni indiki dövr insanı üçün bu cür filmlər xarakterik deyil. İndiki insana güclü olmağı bu cür aşılamaq lazım deyil. Konkret obrazlar yaradılmalıdır. O obrazlar ki, güclüdürlər, əzilmirlər. Ən adicə zarıltılı musiqilər belə insanların hissiyatlarını kütləşdirir. Müharibə şəraitində yaşayan bir xalqa ruh yüksəkliyi lazımdır, güclü olduğunu bildirəcək qəhrəmanlar lazımdır.

Demirəm ki, birdəfəlik bu cür şeylərdən imtina edək. Deyirəm ki, azaldılsın. Bu qısa yazı mənim arzularımdır. Bizə yazıq qəhrəmanlar lazım deyil.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK