warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | "Toyda ərini tərk edən qadın" - Eminquey yazır Adalet.az | "Toyda ərini tərk edən qadın" - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Toyda ərini tərk edən qadın" - Eminquey yazır

4749    |   2018-09-22 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəylə gəlin məclisə təşrif buyurdular. Bəy Zakirin qardaşıdır, gəlinsə Gülnarın bacısı.

Zakir tələbə yoldaşlarının ailələri ilə bir masa arxasında əyləşmişdi. Xanımı Gülnar da yanında idi. Süfrədə məmə deyəndən pəpə deyənə kimi hər şey var idi. Perojkidən tutmuş kürüyə qədər. Toy öz ab-havasında davam edirdi. Biri araq süzüb sağlıq deyir, biri mikrofonu əlinə alıb "mən nə deyə bilərəm ki?” deyib yarım saat danışır, tamada isə boğazını arıtlayır ki, o birisi qonağa söz versin.

Bütün bunlar baş verərkən Zakir rumkasını qaldırıb sağlıq deyir:

- Mənə xoş oldu ki, bu toyda illərlə birlikdə oxuduğum tələbə yoldaşlarımla, onların ailələri ilə birgə əyləşmişik. Üzr istəyirəm, xanımım Gülnar da nə vaxtdır sizinlə tanış olmaq istəyirdi.

Gülnar gülümsəyib ərinin sözlərini təsdiqləyir.

Qəfil "Yanıq kərəmi” çalınır. Bu mahnı hamını yerindən qaldırıb oynamağa aparır. Bir anlıq toyun elə bu vədəsində yaranan görüntünün səsini sonacan kəssən, qəribə görünər. Təsəvvür edin, musiqi yoxdur, amma hamı tullanıb düşür. Bu şıdırğının içindən qəfil Gülnarın qaynanası oynaya-oynaya əllərilə ona "bura gəl, oynayaq” işarəsini verir. Gülnar da oynadığı adamlardan ayrııb ona tərəf aramla irəliləyir. Qaynanasına yaxınlaşır, heç bir dəqiqə keçməmiş qaynanası kameranın çəkdiyi yerə tərəf gedir. Gülnarın üzündə həmin dəqiqə hirsi ilə pərtliyinin qızartısı birləşir. Oynaya-oynaya öz-özünə deyinir:

- Səni nə boğardım, qaynana. O qırılmış əllərinlə məni oynamağa çağırdın, dedim, nə əcəb, qaynanam mənə xoş üz göstərdi, sevinib gəldim. Bəs, bir dəqiqə keçməmiş məni niyə tək qoyursan? Hə, ay həyasız? Ölürsən də kameraya düşməkdən ötrü.

Elə bu məqam baldızı oynaya-oynaya ona yaxınlaşırdı. Ki, Gülnarla oynasın, mahnı dayandı. Tamada:

- Əziz qonaqlar, hələlik oturun, yenə şən musiqilərimiz olacaq, oynamağa davam edərsiniz.

Masanın ətrafında hərə bir-biri ilə dil tapıb söhbətləşir. Zakirin diqqəti zalın qapısı tərəfə kəsilib. Tez Fəxrini dümsükləyib onun da qapıya tərəf baxmağını istəyir.

- Ayə, ora bax, ora bax, gör nə gözəl qızdı...

Foyedən içəri qəşəng bir xanım daxil olur. Qırmızı donlu, dikdabanlı, qırmızı dodaq, sarı saç bir xanım. Zakirlə Fəxri qızı öz xəyallarında bir neçə dəfə tərki libas edəndən sonra Zakir Fəxriyə deyir:

- A kişi, indi mən özümü necə saxlayım ona baxmaqdan? Gülnar görsə, başımda tük qoymaz e.

Fəxri deyir:

- Zakir, mən subayam, get işinlə məşğul ol, qız mənlikdi.

Zakir qəfildən ayağa qalxıb Fəxrinin yaxasından yapışır:

- A kişi, sənin heç xəbərin yox idi, o qızı mən görmüşdüm birinci, sonra səni də adam bilib xəbər elədim.

Qəfildən masadakılar, elə Gülnar da bu iki kişinin mübahisəsinə tərəf çöndülər

Gülnar ironiya qarışıq təəccüblə ərinə:

- Zakir? Sən nə dedin? Qız? Hansı qız? Sən məndən başqasına baxırsan, özü də burnumun dibində?

Zakir bir anlıq dilini uddu, üzündə görüntüsü itmək istəyən televizor kimi ifadələr bir-birinə qarışdı.

- Mən? Nə qız?

Gülnar masadan bir stəkan suyu götürüb Zakirin üzünə çırpdı. Dalınca da çantasını qoluna vurub zaldan çıxdı. Zakir necə həyəcanlı idisə zalın qapısından çıxanda aş gətirən rəqqası az qala vurub yerə aşırtmışdı.

Bu hadisəni mənə bir neçə gün əvvəl bir dostum danışdı. Dedim, bəs, axırı necə oldu? Əllərini qarnına tutub gülə-gülə dedi:

- Heç zad. Sağlıq deyəndə arvadına görə dəfələrlə üzr istəyən Zakir ondan sonra düz bir həftə arvadından üzr istəyib. Təsəvvür edirsən, "Üzr istəyirəm, xanımım Gülnar da burdadı” deyən Zakir arvadına deyir: "Üzr istəyirəm, xanımım, üzr istəyirəm!”.




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-04-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kişi satıcıdan soruşur:

- Deyiniz görüm, sizdə boksçu əlcəyi varmı?

- Yox!

- Bəs, üzmək üçün papaq varmı?

- O da yoxdur!

- Bəs, futbol topu necə, varmı?

- Cavan oğlan, bura spirtli içkilər dükanıdır.

- Onda mənə bir dənə ağından ver.

Satıcı araq dalınca gedir. Kişi öz-özünə:

- Allah özü şahiddir ki, mən idmanla məşğul olmaq istəyirdim!





digər lətifələr
ARXİV
FACEBOOK