Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İmam Hüseynə ağlayan iki gənc yazar – AŞURADAN REPORTAJ Adalet.az | İmam Hüseynə ağlayan iki gənc yazar – AŞURADAN REPORTAJ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İmam Hüseynə ağlayan iki gənc yazar – AŞURADAN REPORTAJ

22550    |   2018-09-20 16:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu səhər iş yerimə çatanda yolun sağındakı "Hacı Cavad” məscidinin qarşısında xeyli adamın toplaşdığını gördüm.

Məscidin yan-yörəsində iki-iki, üç-üç polislər dayanmışdı. Qulaqcığımda musiqiyə qulaq asırdım, özü də yüksək səslə. Ətrafdakı səs-küydən qulaqlarım azad olmuşdu. Amma məscidin önündəki izdiham mənə qulaqcığımı çıxartmağı əmr etdi. Qulaqcığı çıxaranda mərsiyə səsini eşitdim. Sonra yadıma düşdü ki, bu gün Məhərrəm ayının onuncu günüdür. Hə, deməli, insanlar bu gün bu məscidə sinə vurmağa, əzadarlıq etməyə yığılıblar.


Diqqətimi çəkdi, telefonumu çıxarıb uzaqdan bu izdihamın şəklini çəkdim. Amma içimdəki bir hiss deyirdi ki, get, gir məscidə. İçimdəki səsə qulaq asdım. Yolu keçib məscidin qapısına yaxınlaşdım. Qapıda polis dayanmışdı, insanları bir-bir yoxlayıb içəri buraxırdı.

- Komandir, olar keçim içəri, şəkil çəkməliyəm.

- Niyə?

- Jurnalistəm.

Polis çiynimdəki çantanı yoxladı. Sonra əlimdəki poşetdə olan yemək qabımı gördü. " Bəs, o nədir?” deyə soruşdu. Dedim, dolmadı, günorta naharımdı, istəyirsən, ayaqüstü bir-iki dənəsinin dadına bax. Polis gülümsəyib məni içəri buraxdı.

Adamların içindən sivişib məscidin giriş qapısına yaxınlaşdım. Bir xeyli ayaqqabı var idi. Adamlarını itirmiş ayaqqabılar. Amma bir o qədər özünü güvəndə hiss edən ayaqqabılar.


Qapının ağzına kimi adam var, içəri keçmək mümkün deyil. Məscidin içində sinəyə çırpılan əl səsləri qəribə bir əks-səda verir. Fonda da kədərli bir səs. Yuxarı qalxıb sinəyə dəyən əllər sinxron şəkildə baş verir. Və bu mənzərini seyr eləmək məndə qibtə hissi oyatdı.

"Kəsilən qollarına qurban, Ya Əbəlfəzl!”

İçimdəki ikinci mən dilləndi:

"Dəfələrlə bu cür sinə vurma, baş yarma mərasimlərini tənqid etsən də, oradakı izdiham, hamının bir-birini bu cür dəqiqliklə izləməsi, sinxron şəkildə ritualları yerinə yetirməsi, yenə deyirəm, əslində qibtə olunasıdı da”.

Bu cümlə təkrar-təkrar məscidin minarəsinə qədər ucalır.

Qəfil əynində seçilmək üçün geyinilən yaşıl jiletli adamlar "Yol açın” deyə-deyə izdihamı Musanın dənizi yardığı kimi yardılar. Yuxarı qalxıb enən əllər də dəniz dalğalarını xatırladırdı.

Durduğum yerdən bir addım da qabağa gedə bilməmişdim. Həm boş ayaqqabılar, həm də girişdəki adamlar imkan vermirdi. Birdən bir-iki nəfər bu ayaqqabıları oradan yığışdırdı. Özümü qapının kandarında tapdım. Amma hələ də məscidin içinə girə bilməmişdim.

Sağ əlimi göyə qaldırmışam ki, yuxarıdan kameraya düşsün bu izdiham.

"Gəl haraya, hardasan, Ya Hüseyn”.

Ortadan ikiyə ayrılmış izdiham, əllər yuxarı, əllər sinəyə.

Elə bildim, bu dəqiqə İmam Hüseyn izdihamın ortasındakı cığırla keçəcək məscidin başına. Özü də başlayacaq ağlamağa. Yanımda 5-6 yaşlı bir qız uşağı da dayanmışdı. Üzündən görünürdü ki, ətrafda baş verənlərə mat-məəttəl qalmışdı. Bəlkə İmam Hüseyn burada olsaydı, yaxınlaşıb o uşağın gözlərindən öpərdi.

Diqqətim yayındı və bir-birini qucaqlayıb təsəlli verən, "başımız sağ olsun” deyən iki oğlanı gördüm.

İndi bildim ki, əslində "başımız sağ olsun” cümləsi İmam Hüseyndən sonra meydana gəlib. Bundan gözəl arzu varmı?

Mərsiyəxan deyirdi:

" İmam Hüseynin boğazını kəsmək üçün qılıncı yaxınlaşdırdılar. Amma qılınc kəsmədi. Bir də cəhd etdilər. İmam Zaman, məni bağışla, nooolar. Heyvanın başını kəsəndə bıçaq necə çətin kəsər, bax elə kəsirdilər Hüseynin başını. Gördülər, alınmır. Hüseyni üzü üstə çevirdilər. Boynunun arxasından kəsməyə başladılar. Heyvanı kəsəndə necə çapalayar, ayaqları necə silkələnər, Hüseynin də ayaqları elə silkələnirdi. Çağırdılar, onun ayaqlarını tutdular. İlahi, o boğazı necə kəsmək olar, ordan Zeynəb öpüb, ilahi, onun sinəsindən Peyğəmbər özü öpüb”.

Mərsiyəxan danışdıqca yan-yörəmdəkilərin həqiqətən də gözlərindən yaş gəldiyini gördüm. Öz içimdə bir anlıq bu hadisəyə olan kədərimin atamı itridiyim günün kədəri bir-birinə qarışdı. İçimdə qəribə bir hüznün bədənimə yayıldığını, ətimin ürpəndiyini hiss elədim. Bacısının gözləri önündə Hüseynin başını kəsirdilər e. Bu hadisə insanı necə ağlatmaya bilər? Bir anlıq təsəvvür edin də, elə bilin ki, İmam Hüseyn sizin qardaşınızdı.

Bu misralar yaddaşımın dərinliklərindən qulağımda canlandı:

"Bu Hüseyn kimdi görən, aləmi heyran eləmiş,

Çəkib Adəm də adın göz yaşın giryan eləmiş...”

Və qəfil bayaq göyə qalxıb insanları telefonla çəkən əlimin yanıma düşdüyünü gördüm. Artıq mən də biixtiyar sağ əlimlə sinəmə vururdum, gözlərimsə dolmuşdu.

Arxama çevrildim, gördüm ki, iş yoldaşım Ayxan Ayvaz da gözləri dolmuş halda əllərini dizlərinə çırpır.




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK