ANA SƏHİFƏ / YAZARLAR

Təhminə və Zaur biyabırçılığı! - Eminquey yazır

6195    |   2018-09-20 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hamımızın yaddaşında qalan "Təhminə” filmindən sonra bir də elə bir filmin çəkilməyinə açığı inanmırdım. Amma eşitdim ki, bizimkilər bu filmə serial olaraq yeni nəfəs vermək istəyiblər və artıq yeni sezondan serial ATV kanalında yayımlanacaq. Aktyor heyətilə maraqlandım, həqiqətən də hal-hazırda filmlərə tez-tez çəkilən və özünü sübut edən aktyorların adına da rast gəldim. İnamım bir az qətiləşdi. Ürəyimdə dedim ki, nəhayət bizimkilər normal bir serial çəkdilər, yəqin 40 il bundan qabaq çəkilən filmin aktuallığını da nəzərə alıblar. Ki, bunu nəzərə alsaq serial loru dildə desək "tutuzduracaq”.

Axşam həvəslə, həyəcanla televizorun qarşısına keçdim. Serial başlandı. Həmişə demişəm, yenə də deyirəm, film də, serial da, kitab da girişdən insanı cəlb etməlidir. Açığı bu serial ilk dəqiqələrindən məndə elə bir yaxşı hiss yaratmadı. Fəxrəddin Manafovun oynadığı Zaur obrazını Cövdət Şükürov oynayır. Düzdür, yaraşıqlı oğlandır. Heç Fəxrəddin bəydən də geri qalmır. Amma bəs, Zaur olmağa layiqdirmi? Bunu dərindən nəfəs alaraq deyirəm – xeyr, hayır, no, net! Ümumiyyətlə, insanda məsuliyyət hissi yaxşı şeydir. Əgər altına girmək istədiyin yükə gücün çatmayacaqsa, niyə buna cəhd edirsən? Keçək Təhminə obrazına. Serialda Təhminəylə Zaur təsadüfən rastlaşırlar, onların bu macərası təsadüfən səhərə kimi davam edir. Restoranda yeyib-içmə səhnəsi var. Təhminəni də Natavan Ələkbərova oynayır. Açığı Natavan xanımın da Təhminə olmağa vizual olaraq hər şeyi də olmasa, çox şeyi çatır. Amma o da bu obraza hazır deyil. Natavan xanım sərxoş Təhminəni elə oynayır ki, elə bil, sərxoş deyil, sadəcə özünü sərxoşluğa vurmaq üçün əlləşir. Heç əslində Natavan xanım bunun üçün çalışmır da. Türk seriallarındakı yaraşıqlı aktyor və aktrisaları görüb, bizimkilər də eyni yolla getmək istəyirlər. İndi nə olsun ki, Cövdətlə Natavan görünüşləri ilə insanı cəlb edirlər. Bəs, emosiya?

Filmdə Spartak obrazı canlandıran isə Cavidan Novruzdur. Cavidan bəy qeyd edib ki, bu film üçün 19 kilo çəki atıb, arıqlayıb. İndi yazımı Cavidan bəyə tutub deyirəm. Ki, bəy, siz film üçün arıqladınız, başa düşdüm, bəs, yaxşı, mən bu filmə baxıb niyə arıqlamalıyam? Bunun təzminatını kim ödəyəcək? Üstəgəl, elə bir çəkim də yoxdur. Bu idimi yeni nəfəs? Biz görmüşük ki, boğulan bir insana nəfəs verib onu ayıldarlar. Amma yaddaşımda qalan Təhminə və Zaur obrazına verilən bu nəfəs sözün əsl mənasında "süni nəfəs”dir. Hətta deyərdim ki, bu nəfəsin qoxusundan adamın beyni çartlayır.

Bizim saytda yazçı Anardan alınmış açıqlama yayımlandı. Anar deyir ki, serialın ssenerisini istədim. Ki, baxım, razılığımı verim. Amma ssenarini mənə vermədilər. Yəni bu serialın ssenarisindən xəbərim yoxdur. Ardınca serailın rejissoru Sain Qəhrəmanla əlaqə saxladıq. O isə dedi ki, filmin ssenarisini göndərmək mümkün olmadı. Amma sinopsisini göndərdik və Anarın xeyir duasını aldıq. Əslində haqlıdır da. Çünki o boyda ssenarini heç Anar axıra qədər oxumağa səbr eləməyəcəkdi də. Yaxşı, bəs, Anar xeyir-dua vermişdisə, niyə bizə belə bir narazı açıqlama verdi? Ümumiyyətlə xeyir-duayla iş həll olunurmu?

İki tərəfin belə bir açıqlaması elə özü də Təhminə filmindəki bir epizoda bənzəyir. Təhminə Zaura deyir ki, Spartakla aramızda heç nə yoxdur. Zaursa təkidlə bunu iddia eləyir. Hətta söhbət ana-bacıya qədər uzanır, Zaur Təhminəyə bir şillə də çəkir. İndi yazıçı Anarla Sain bəyin arasındakı söhbət də buna bənzəyir. Sözüm Sain bəyin xətrinə dəyməsin, yaxşı, bir rejissor olsaydı, bundan bir film çəkərdi.

Xeyir-dua ilə məsələ həll olunurdusa, onda gərək Cövdət bəy Fəxrəddin Manafovdan, Natavan xanım Meral Konratdan, Cavidan Novruz da Füzuli Hüseynovdan xeyir-dua almalı deyildimi?

Hələ siz buna fikir verin, Fəxrəddin Manafovla əlaqə saxladıq, dedi ki, Zauru oynayan Cövdəti tanımıram. İndi yenə deyəcəksiniz ki, bizimkilər öz işimizi bəyənmirlər, mız qoşurlar. Amma üstünüzdəki işıq projektorlarına and olsun, o işığı bir az öz işinizin üstünə yönəltsəniz, görəcəksiz ki, həqiqətən də çəkdiyiniz bu serial elə birinci seriyasından alınmayıb.

Amma ürəyimin yumşaq yerinə salıb, demək istəyirəm ki, biz çox möcüzələr görmüşük. Ayaqları tutulan bir adamın sonradan yeriməyindən tutmuş, gözləri görməyən birinin görməyinə qədər. Ümid edirəm ki, sizin çəkdiyiniz bu serial da sonrakı seriyalarından yeriməyə, görməyə, danışmağa, səs-salmağa nail olacaq. Amma hələlik bu mümkünsüz görünür.

Görünür, bu işin təbibləri, yəni siz rejissorlar, siz ssenaristlər, siz aktyorlar hələ bu xəstəliyə çarə tapa bilməmisiniz.




İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK