hacklink Adalet.az | Nicat NOVRUZOĞLU: TELEVİZİYALARIMIZIN BUGÜNKİ PROQRAMLARI Adalet.az | Nicat NOVRUZOĞLU: TELEVİZİYALARIMIZIN BUGÜNKİ PROQRAMLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: TELEVİZİYALARIMIZIN BUGÜNKİ PROQRAMLARI

(Arada kinodan-zaddan da göstərəcəklər)

7533    |   2018-09-20 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«250 nəfərlik banket zalı, 600 yerlik toy salonu, ən müasir şadlıq sarayı, menyüdə milli və Avropa mətbəxi, delikates qurbağa bacağı. Saraydan toy hədiyyəsi, əsəbləri sakitləşdirməkdən ötrü bəy-gəlin üçün bir həftəlik Şahdağ turizm mərkəzinə səyahət. Qiymətlər sərfəlidir, adambaşına 150 manat».

« … şadlıq sarayı, Avropasayağı dizayn, 500 nəfərlik salon, menyüdə 50 adda yemək və məzələr, 10 adda salat. Ansambl saraydan hədiyyə, bəy-gəlin toydan sonra özlərinə yemək də apara bilərlər. Adambaşına 130 manat».

« … düyün salonu. Milli və Avropa mətbəxlərindən ibarət menyü, tort saraydan hədiyyə, ulduzlar yağışı, ən məşhur müğənnilər gecənizə zövq qatacaq. Adambaşı 120 manat».

«Xoşbəxtliyin açarı bizim … şadlıq sarayında. Bizim sarayda toy edənlər ən azı iki il boşanmırlar. Kəbin xərci də bizdən, toy maşını da. Adambaşı 100 manat».

«Şəhanə … şadlıq sarayı. Yaponiyadan gətirilmiş dəniz ürünləri. Adambaşına bir bakal saki. Xalq artisti, milyonların sevimlisi, türk televiziyalarında da tez-tez izlədiyiniz, cəmi üçcə dəfə ərə getmiş məşhur müğənni … bəy-gəlinə xeyir-dua verəcək. Adambaşına qiymət razılaşma yolu ilə. 150 manatdan başlayır».

« … Bizim saraya buyurun. Burda toy edənlər ən xoşbəxtlərdi. Toydan az sonra Almaniyaya mühacirətə getməyə kömək edirik. Ya həmişəlik, ya da oturum iznilə, istək özlərinindir. Tamada bizdən, məşhur televiziya aparıcılarından biri».

«… Bizdə toy etsəniz Əsli və Kərəm kimi yanmayacaqsınız. Ömrü boyu eşq oduna yanacaqsız. Rəqqasələr, video çəkiliş, bütün gecəni «Q» qrupu kefinizə kef qatacaq. Qiymətlər ürəkaçandır».

«… Bizim saray və sizlərin sarayı. Milli saray, yalnız milli mətbəx. Quzu kababı, qabırğa kababı, tikə kabab, dana basdırması, lülə kabab, keçi buğlaması, quzu buğlaması, dana buğlaması sarımsaq-qatıqla, badımcan kababı, kartof kababı, pomidor kababı, toyuq kababı, istiot kababı… Yadımızdan çıxmışdı, ləvəngi, bildirçin yumurtası, bildirçin ləvəngisi, kartof lüləsi, quyruqlu kartof kababı, bükmə kabab, Təbriz kababı, xan kababı, bəy kababı, qızardılmış dana əti, delikates - qoyunun ağ əti. Əsl milli mətbəx bizdə. Milli içkilərimiz – Moskovski vodka, Ukraynski vodka, Nemirof, Standart, Russkaya vodka, Dərdənddən gətirilmiş girdirmə araqlar, sərxoş və pəndam olanları evlərinə çatdırmaq bizlik. Tələsin, bu ay yerlər məhduddu. Qiymətlər sizin qanacağınıza baxır…»

« … Ən gözəl otel bizim … otel. Qurumuş çayın kənarında. Ən gözəl gecələrinizi bizə həvalə edin. Gecəsi 150 manat».

«Dağlar qoynunda ən səfalı yerdə, ən gözəl istirahət mərkəzi bizim ailəvi … istirahət mərkəzi. Zavtrak bizdən, kəbin kağızını gətirməyi unutmayın. Kəbin kağızı ilə gecəsi 100 manat, kəbin kağızsız 200 manat».

«Dağların zirvəsində, dünya ayağının altında, otellər oteli bizim … otel. Gecəsi 150 manat, daimi isti suyu da var. Əvvəlcədən rezervasyon yapmalı. Ödənişi kartla da edə bilərsiniz. Gecələr tanınmış müğənnilərin ifasında vur çatlasın-çal oynasın. Yalnız şənbə günləri məşhur rəqqasə … də öz bədənini sizlərə nümayiş etdirəcək».

«Səs-küydən kənar, yalnız şəlaləmizin səsi eşidiləcək. Amma şəlaləyə yaxınlaşıb şəkil çəkdirmək adambaşına 10 manatdı. Kotteclər, kabel televiziyası. Ümumi tualeti pulsuz. Səhər yeməyi – iki yumurta, yağ-pendir, şirin çay pulsuz. Gecəsi 100 manat».

«Ən halal otel bizim … otel. Gələndə toy şəkillərinizi də gətirməyi unutmayın. Təmiz milli mətbəx və alkoqolsuz içkilər. Müqəddəs yerləri ziyarət edənlərə 30 faiz endirim. Özüylə alkoqollu içkilər gətirmək qadağandı. Halala haram qata bilmərik. Gecəsi 80 manat».

«… Üzü qibləyə bismillahla kəsilmiş qoyun və dana ətləri bizim … marketdə. Sümüksüz 15 manat, sümüklü 12 manat 50 qəpik».

«Alkoqolsuz rus vodkaları almaq istəyirsizsə … marketimizin qapıları 24 saat üzünüzə açıqdı. Bu vodkaları hacılar da nuş edə bilər. Qiymətlər münasibdi. Həmin dadı və həmin kayfı verir».

«… Mağazamızda satılan kolbasa və sosislərə Allahın xoşu gəlməyən heyvanın əti vurulmur. Tərtəmizdir. Bir az karton vururuq, o da onun möhkəmliliyi üçündü və tez xarab olmur. Düzdür, kartonları Rusiyadan gətiririk, amma orda halal bir fabrik tapmışıq, yüz faiz halaldı».

«… Daha küçələrdən stəkanı 10 qəpiyə semeçka almayın. Həmin semeçkalar Qida Təhlükəsizliyi Agentliyindən keçməyib. Bizim semeçkaları alın. Bütün marketlərdə və stadionların giriş qapılarında açıq satışdadı. Özü də türk qardaşlarımızla birgə hazırlayırıq. Düzdür, aparatlar Çin istehsalıdı, amma Türkiyədən gətirmişik».

«… Prostat, gemaroy, mədə-bağırsaq xəstəliklərinin müalicəsi bizim … hospitalda. Türkiyədən gəlmiş uzman doktor, professor... düz bir ay sizin xidmətinizdə. Qiymətlər elə də baha deyil. Qeydiyyatdan keçmək 100 manat, qəbula yazılma 150 manat, həkim bəxşişi 1000 dollar. Bir həftəyə bütün xəstəlikləriniz sağalır. Yolunuzu gözləyirik».

«… Sonsuzluq, ürək-damar xəstəlikləri müalicəsi yalnız bizim … hospitalda. İrandan gəlmiş uzman doktor ağayi … on gün içində dərdinizə əlac edəcək. Onun bu günədək müalicə etdiyi hər yüz xəstədən 85-i axşamlar futbola da gedib baxır».

«… Bütün növ xəstəlikləri – tük ağrısından tutmuş diş ağrısına qədər, ostroxondroz, qızıl yel, psoriaz, padaqra, geyişmə, sevişmə elikseri bizim … hospitalda. Türkiyədən, Banqladeşdən, Həbəşistandan gəlmiş uzman doktorlar sizin xidmətinizdə, amma dərmanları yalnız bizim dediyimiz apteklərdən almalısınız».

… Bax, bu reklamlar televiziya kanallarında sizləri necə yorursa, mən də sizi elə yordum. Ona görə, daha maraqlı reklamlar sabahkı nömrəmizdə.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK