ANA SƏHİFƏ / YAZARLAR

GÜN İŞIĞI

19476    |   2013-04-13 08:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Axşamdan beynində dolandırdığı fikirlər Sübhana rahatlıq vermirdi. Bir istədi durub həyətə düşsün və havasını dəyişsin. Adətən belə vaxtlarda o həyətə düşər və güllərin, çiçəklərin ətrini doyunca ciyərlərinə çəkərdi. Sonra da dərindən nəfəs alar və "oxxay" deyib rahatlaşardı. O havanı udanda, o gülü-çiçəyi iyləyəndə elə bilərdi ki, anadan təzə doğulub!..

Bu dəfə nə həyətə düşmək istədi, nə də o gülü-çiçəyi iyləmək fikrinə düşdü. Başını əllərinin arasına aldı və diqqətlə pəncərədən bayıra baxdı. Fikirləşirdi ki, görəsən, düşdüyü çətin vəziyyətdən onu kim çıxara biləcək və ona kim arxa duracaq?! Hələ ki, belə bir ümid yeri yoxuydu. Borcun sahibi səhər açılanda gəlib pulları yenidən istəyəcəkdi! Bu pulu da Sübhan düzəldə bilməmişdi. Qanı o qədər qaraydı ki, axşam saat 2-nin yarısı olsa da, gözlərinə yuxu gəlmirdi. Bir daha dərindən düşünməli oldu; nə qədər düşünsə də, çıxış yolu tapa bilmədi ki, bilmədi! Elə bu fikirlə də divana yaxınlaşıb orda uzandıg

gYerində o tərəf-bu tərəfə qurcalandı. Sanki divanda uzanmamışdı, tikanlı məftillərin üstündə yatmışdı! Heç buna yatmaqda demək olmazdı; çünki gözünə səhərə qədər bir dəqiqə də yuxu gəlmədi! Səhəri dirigözlü açdı. Ayağa qalxıb mətbəxə keçdi. İstədi çaydanı qaynadıb çay dəmləsin və bir stəkan çay içsin. Elə çaydanı su ilə doldurub qaz plitəsinin üstünə qoydu! Çaydan cızıldamağa və yavaş-yavaş "oxumağa" başladı. Bir neçə dəqiqədən sonra qaz plitəsinin üstündəki çaydan qaynadı. O, çayniki yaxalayıb içərisinə quru çay tökdü. Üstünə qaynar su əlavə elədi. Yenidən çayniki qaz plitəsinin üstünə qoyduğu dəmirin üzərinə qoydu. Bir neçə dəqiqədən sonra çay dəm aldı! Çayı armudu stəkana süzüb stolun üstünə qoydu. Və istədi bir qurtum o çaydan içsin. Bir qurtum o çaydan içdi və day boğazından heç nə keçmədi!

Uşaqları və həyat yoldaşı o biri otaqda yatmışdılar. O, heç dərdini nə ailəsinə bildirərdi, nə də uşaqlarına! Elə hər şeyi içinə atıb özüylə danışardı. Onu son vaxtlar kim görürdüsə, bikef, qanıqara və fikirli görürdü. Hətta yaxınları soruşurdu:

- Sübhan, sənə bir şey-zad olmayıb ki?! Səni həmişə axır vaxtlar çox qanıqara görürükg

Sübhan isə başını qaldırıb yorğun-yorğun onlara baxır və deyirdi:

- Heç nə olmayıb! Bir balaca çətinliyim var, Allah qoysa tezliklə o çətinlikdən çıxacağamg

Sübhanın ev tikmək üçün Cəmşiddən aldığı 20 min manat pulun bu gün qaytarılması vaxtı idi. Əgər Sübhan bu pulu vaxtında qaytarmasaydı, onun üstünə əlavə pul gələcəydi və üstəlik də evdə girovluqda qalacaqdı!

gQapı döyüləndə oturduğu yerdən dik qalxdı! Qapı yenə bir neçə dəfə döyüldü. O, istəmədi ki, qapını kimsə yenidən möhkəm döysün. Çünki uşaqları və həyat yoldaşı Validə şirin yuxudaydı. Ayağının ucunda səs salmamaq üçün qapıya sarı getdi və gözlükdən baxıb gördü ki, qapını döyən Cəmşiddi. Qapını açıb çölə çıxdı və istəmədi ki, Cəmşid evə girib onları narahat eləsin! Elə qapının ağzında Cəmşidin sual dolu baxışlarını duydu. Sonra da dedi:

- Cəmşid müəllim, sənin pullarını uzaq başı üç gündən sonra qaytaracağam! Ürəyini buz kimi saxlaya bilərsən. Mən söz verdim, onu mütləq yerinə yetirməliyəmg

Cəmşidin qaşları çatıldı və dişiylə dodaqlarını gəmirdi. Hiss olunurdu ki, Sübhanın hərəkətlərindən bərk əsəbiləşib. Cəmşid əsəbini nə qədər cilovlasa da, amma bu onun sifətindən daha aydın hiss olunurdug

Cəmşid:

- Axı biz səninlə belə danışmamışdıq?! Hər şeyi bu gün qaytarmalıydın. İndi də deyirsən ki, 3 gündən sonra pulları verəcəyəm. Bunu nə təhər başa düşüm?! Bizi dolamısan, yoxsa özünü?!

Sübhan təmiz adamıydı və heç kimdən də gözü kölgəli deyildi. İstəməzdi ki, kiminsə onun boynunda minnəti olsun. Sübhan bir-iki dəfə öskürərək üzünü Cəmşidə sarı tutub, gileyləndi:

- Siz mənim ən yaxın dostlarımdan birisiniz. Yaxşı tanıyırsan ki, mən hansı ürəyin sahibiyəm. O, 20 min manat var ha, onu heç vaxt mən yeyə bilmərəm. Sizin əmanətinizdir və tezliklə də qaytaracağam. Amma gərək sən də məni başa düşəsən. Baxma ki, mən bu günə vəd vermişdim. Sözümün üstündə möhkəm dururam və deyirəm ki, 3 gündən sonra zəhmət çəkib bizim qapıya gəlmə! Özüm ofisə gəlib, o 20 min manat pulu sənə çatdıracağamg

Cəmşid:

- Mən də bilirəm, sən təmiz adamsan. Amma məni yaxşı başa düş, mən heç kiməm! Bilirsən ki, bizim şefimiz belə şeyləri heç vaxt adama bağışlamır. Yəqin təkgöz Məmmədi tanıyırsan?! Bir nəfər şefimizdən 30 min manat pul almışdı, onu vaxtında qaytara bilmədi. Şefimiz də gördü ki, pulu vaxtında qaytara bilmir, onu o ki, var "quruzladı". Bundan sonra onun evini və maşınını əlindən aldılar. Hər şey təkgöz Məmmədin əlindən çıxandan sonra fikirdən ürəyi partlayıb öldü. Mən istəmirəm ki, bax, sənin başına şefimiz belə bir oyun açsın!..

Sübhan:

- Mən təkgöz Məmməd deyiləm. Qarabağlı Əhməd kişinin oğlu Sübhanam! Qarabağda hamı yaxşı bilirdi ki, bizim nəsil heç vaxt dediyi sözdən qaçmayıb və tüpürdüyünü yalamayıb. Üç gündən sonra o əmanəti sizə çatdıracağam. Buna əmin ola bilərsən. Elə şefinə də belə de: qarabağlı Əhməd kişinin oğlu Sübhan 3 gündən sonra pulları mütləq ona verəcək! Əgər verə bilməsəm, evimi gəlib əlimdən alarsınızg

Cəmşid geri qayıdıb, "Mercedes"inə əyləşdi. Səhər saatları olduğuna görə, ofisə getmədi. Yaxınlıqdakı çayxanaya girib, orda səhər yeməyini yedi və sonra da telefonla öz şefi ilə əlaqə yaratdı. Telefonda şefinə dedi ki, Sübhan pulları 3 gündən sonra qaytaracaq. Şefi də telefonla danışan zaman bir qədər susub, dedi:

- Ona başa saldın ki, pulu vaxtında qaytarmasa, başına hansı oyun gələ bilər?!

Cəmşidin qorxudan boğazı qurudu:

- Şef, hamısını demişəm. Hətta təkgöz Məmmədin başına açılan oyunu da yadına salmışam!..

Telefonun o biri başından danışan şef bu sözlərdən sonra sakitləşdi və dedi:

- Axır ki, o eşşəyi qorxuza bilmisən?!

- Bəli, şef! Hər şeyi ona xırdalığı ilə anlatdımg

Sübhan hər ötən gün ötdükcə ürək-göbəyini yeyirdi. Cəmi bir gün qalmışdı borcu qaytarmağa. Axşam yuxusunda rəhmətlik anasını görmüşdü və bir də gün işığı görmüşdü. Anası ona demişdi ki, oğul, qorxma, sənin işlərin düzələcək! Bu axşamkı futbol oyunlarına proqnoz ver, mütləq bir şey udacaqsan!

Sübhan yuxuya o qədər də inanıb-eləyən deyildi. Amma o tez-tez "Topaz"ın keçirdiyi futbol yarışlarına proqnozlar verir və bəzən də nəsə udurdu. Amma ən çox udduğu pul 200 manat olmuşdu. Bu dəfə də görüşən komandalara diqqətlə baxdı. Həmin komandalar dünyanın məşhur futbol kulubları idi. Bu məşhur futbol klublarının bəzən oyunlarından baş açmaq olmurdu. Hətta deyirdilər ki, bu, Abromoviç var ha, bicin biridi. Dünyada bütün futbol biznesinə və "Topaz"lara nəzarət eləyir. Bir də görürsən ki, hansısa güclü klub zəif bir komandaya uduzdu. "Real Madrid" və "Barselona" kimi klublar belə zəif komandalara uduzurlar.

gO, bir daha komandaların adlarını nəzərdən keçirdi və hansı hesabla oyunun başa çatacağı barədə dəqiq qeydlərini blanka yazdı! Dörd oyuna qələbə vermişdi, bir oyuna isə heç-heçə! Gecə saat 2-yə qədər televizorun qarşısında əyləşib məşhur klubların futbol oyunlarını izlədi. Artıq verdiyi proqnozlardan 4-ü düz çıxmışdı. Sonuncu proqnozu çıxsaydı, bu axşam o, 200 min manat pul udacaqdı! Axırıncı oyunun qurtarmasına 1 dəqiqə vaxt var idi. Komandalardan biri 1:0 hesabı ilə qələbə qazanırdı. Əsas vaxt başa çatdı və hakim əlavə 2 dəqiqə vaxt ayırdı. Bu 2 dəqiqənin sonuncu saniyəsində uduzan komandanın hücumçularından biri hesabı bərabərləşdirəndə Sübhan sevincindən necə qışqırdısa, evdəkilər hamısı yuxudan ayıldı. O, ürəyi ağzından çıxaraq:

- Qol!.. Qol!.. Qol!.. - deyirdig

Az qalırdı sevincindən ürəyi partlaya. Uşaqlar da, həyat yoldaşı da yuxudan yarımçıq qalxdılar. Gördülər ki, neçə gündür qəm dəryasında batan Sübhanın sevincindən ürəyi ağzından çıxır. O, uşaqlarını və ailəsini qucaqlayıb dedi:

- İndi, biz ən varlı adamıq! Futbolda 200 min manat pul uddum! Borcumu da qaytaracam, ev də alacam, maşın dag

Bu sözləri eşidəndə, həyat yoldaşı Validə xanımın sevincindən ürəyi getdi. Handan-hana uşaqları və Sübhan onu ayıtdılar. Validə gözlərini açanda yenə Sübhandan soruşdu:

- Sübü, mənimlə zarafat-zad eləmirsən ki?!

- Ay qız, nə zarafat-zad, anamın qəbri haqqı, 200 min manat udmuşam! Allahın mənə və balalarıma və sənə yazığı gəldi! Yoxsa borc yiyəsi gəlib boğazımı üzəcəydig

gOnlar səhərə qədər sevinclərindən yata bilmədilər. Səhər açılanda Sübhan "Topaz"a getdi və əlindəki blankı da onlara verdi. Onlar baxıb gördü ki, Sübhanın həqiqətən də yazdığı proqnozlar düz çıxıb. 200 min manatı Sübhana verdilər və "xeyirli olsun!" - dedilər. Sübhan pulları ordan götürəndə "Topaz"dakı futbol həvəskarları qibtə ilə ona baxırdılar və deyirdilər: "Qardaş, sənin sağ əlin bizim başımıza!"

Sübhan pulları götürüb evə qayıtdı. Onsuz da axşamdan hamı sevinirdi. Pulların hamısını həyat yoldaşına verib, ordan 20 min manat götürdü və bir göz qırpımında özünü Cəmşidgilin ofisinə çatdırdı. Cəmşid gördü ki, həmişə sifətindən dərd-qəm tökülən Sübhanın üzü gülür. Və o dəqiqə dalağı sancdı ki, yəqin pulları gətirib. Sübhan içəri keçib salam verdi və gətirdiyi pulları stolun üstümə qoydu:

- Cəmşid, bu da sizin əmanətlər! Çox sağ olun! Allah sizin köməyiniz olsun! İstəsəniz bir qonaqlıq da verə bilərəm.

Cəmşid diqqətlə Sübhanın sifətinə baxdı və dedi:

- Eşitmişəm, "Topaz"da bəxtin gətirib. Verdiyin "şot" düz çıxıb və 200 min manat udmusan?!

Sübhan:

- Düz eşitmisən, Allahın mənə və balalarıma yazığı gəldi və düşdüyüm çətin vəziyyətdən Ulu yaradanını köməyi ilə çıxa bildim. Şükür İlahinin məsləhətinə! Hər şeyi verən də odu, alan dag

Sübhan ofisdən çıxıb evlərinə sarı addımladı. Özü də elə həvəslə addımladı ki, ömründə evə belə tez çatmaq istəməmişdi. Amma bu dəfə istəyirdi ki, evlərinə tez çatsın. Bayırdaı gün işığı ağacların yarpağına düşür və gülləri, çiçəkləri min rəngə boyayırdı. Elə bil Sübhanın çiynindən ağır bir yük götürülmüşdü və sevincindən ürəyi yerindən çıxmaq istəyirdi...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK