ANA SƏHİFƏ / RUBRİKA

Körpəmi itirəndən sonra həyat yoldaşım məni tərk etdi – Azərbaycanlı qadının hekayəsi - 1

29593    |   2018-09-17 08:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, "Ədalət” qəzeti "Azərbaycanlı qadının hekayəsi” adlı yeni layihəyə start verib. Bu layihədə qadınlar öz dərdlərini, yaşadıqları çətinlikləri yazıb bizə göndərəcək. Hazırda çoxsaylı məktublar almışıq.

Adalet.az "Azərbaycanlı qadının hekayəsi” layihəsindən ilk yazını təqdim edir. Xanımın xahişi adını, soyadını yazmır, anonim imza kimi qadının yazdıqlarını diqqətinizə çatdırırıq.

Hardan və necə başlayım bilmirəm. Bir yerdən başlamalıyam əlbət...

Başlayaq 19 yaşımdan.

Həyatıma bir insan daxil oldu. Sevdik… Ya da başqa cür deyim. Sevdim...

Tam 3 il... Hər şeyimlə... Qadınlar zatən belədirlər. Sevdikləri üçün canlarını verərlər. İstər ailələrindən olsun, istər əks cins, istər övladı. Yaşadıqlarını içdən hiss edən biriyəm.

Yaşadıqlarını içdən hiss edən biriyəm. Dolu-dolu yaşanmadı mənim üçün həyat... 3 ildən sonra həyatımın ilk ən böyük zərbəsini aldım. Ailəli və uşağı olan bir insanı sevdiyimi öyrəndim.

Təsəvvür edin...Həyatımı quracağımı düşündüyüm insan həyatımın ən böyük yalanı oldu. Nələr yaşadım, nə hislər keçirdim, yazmağa gərək yox. Təxmin və hiss eləmək çətin deyil... Bir il depressiya, müalicələr. Amma… qalxdım ayağa. Və elə o gündən də ən güclü QADIN oldum... Həyat meni hazırlayırmış olacaqlara...

17 yaşımdan isə yanımda mənə dost olan bir insan var idi... Hansi ki, dostluğundan tam əmin olduğum biri. Yaşadıqlarımın hər anında yanımda oldu və mənə mənəvi dəstək oldu… Və biz ailə qurduq. Sevgi evliliyi mənim üçün bitmişdi. Onun mənim üçün doğru olduğuna əmin idim. Gələcəkdə yaxşı yoldaş, yaşı ata, ən əsası yaxşı insane olduğundan. Sevgi evliliyi yox, məntiq evliliyi qurdum.

Hər şey qaydasında idi. Bir qızımiz gəldi dünyaya. Bu həyatda mənə yaşamaq üçün güc verən yeganə səbəbim. Qızım...

Yoldaşım haqda düşündüklərimin reallaşması məni sevindirirdi. Evlilik addımında səhvə yol vermədiyim üçün olduqca şad idim.

Amma...

Bir neçə müddət öncə hər şey dəyişdi. Bətnimdə körpəmi itirdim. Verilən analizlərdən məlum oldu ki, sümük iliyi xərçəngiyəm. Bədənimdə olan viruslar körpəmə yaşamağa imkan vermədi. Və mən bu xəbəri dörd gün öncə almışam... Həyatında hər şeyi yolunda gedən bir qadından ən bədbəxt qadına çevrilmişəm. Və hər şeydən betəri bir neçə gün öncə ildönümümüz olmasına baxmayaraq xəstəliyimi öyrəndikdən sonar iki gün öncə həyat yoldaşı tərəfindən tərk edilən QADIN… Dəhşətlidir, hə? 10 ildir yanımda olan insane 10 gün mənə dözmədi. Bilirsiniz, qınamıram onu… Yəqin yaşayacaqlarından qorxdu. Yəqin bu illər ərzində mənə dəstək olmaqdan yoruldu. Bütün cəhdlərim onu haqlı çıxarmaq üçündür. Bu illər ərzində dəfələrlə ürəyimdə "ayrılacam” desəm də onu qırmamaq üçün dilimə belə gətirməmişəm bunu… Sırf o incinməsin deyə qurban eləmişəm özümü... Amma həyat nələri göstərir bizə... O isə "bu şəraitdə biz davam edə bilmərik" deyib gedib... Mən isə bu deyilənlərin qarşısında sadəcə susa bilmişəm… Hislərim donub… Ağlaya da bilmirəm… Əksinə daha çox paylaşım edirəm… İçimdəkiləri, ümidimi, hər şeyimi cümlələrə tökürəm… Məndən qalan nələrsə olsun deyə… Kimlər üçünsə örnək olum deyə… Mən ən əzizimin qarşısında belə ağlayan biri deyiləm… Mənə insanların yazığının gəlməsini heç istəmirəm… Bütün bunları həyatımın bir sınağı kimi qəbul edirəm… Şükür elədiyim ailəm var. Baxıb təsəlli tapdığım qızım… Bir də şükür elədiyim xəstəliyim. Bəli, bəli, şükü eləməliyəm. Çünki bu xəstəliyə tutulub imkansızlıqdan bunun müalicəsini edə bilməyən minlərlə insane var… Amma min şükür ki, mənə hərtərəfli dəstək olan valideynlərim var…

Üç gün sonra Türkiyəyə yola düşürəm. Müalicə üçün. Üş ay Azərbaycanda olmayacam. Canım qızımı əmanət etdiklərim var. Onun üçün mübarizə aparacam. Bir də qardaşımın qızı dünyaya gələcək. Çox təəssüf edirəm ki, onun ən əziz günündə yanında ola bilməyəcəm. Amma olsun.. Yetər ki, körpələr sağlam olsunlar... Bilmirəm, bu yazi nə vaxt yayımlanacaq. Yeqin ki, men daha heç oxumayacam bu yazını.. Çünki bir müddət telefondan uzaq duracam. Müalicələr zamanı qəti qadağandır. Amma ilk telefonu əlimə aldığım an oxuyacam... Bax belə... Bunları yazmaqda səbəbim var. Qadınlar çox güclü olsunlar. Çox xoşbəxt olsunlar. Heç kimin yanında əyilməsinlər. Biz hər kəsdən dəyərliyik. Həyatınızda olanların size yıxmağına icazə verməyin. Çox dözümlü olun… Həmişə gülün… Həyatınızda nə baş verməsindən asılı olmayaraq… Mənim kimi… İçimdə çooox böyük ümid var… O ümiddir məni bu həyata bağlayan… Məni yaşadan. Allaha əmanət olun!



İmza:Anonim
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK