Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Faiq QİSMƏTOĞLU: PAZNAKOVUN ARVADI ŞURA Adalet.az | Faiq QİSMƏTOĞLU: PAZNAKOVUN ARVADI ŞURA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: PAZNAKOVUN ARVADI ŞURA

10443    |   2018-08-11 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onda o uşaqların 13-14 yaşı vardı. O uşaqlar kimi idi?! O uşaqlar Qürbət idi, Teran idi, Məhəmməd idi, Təbriz idi, Əhməd idi, Zülfüqar idi, Rəfael idi və Tubunun oğlanları Yavər idi, Dilavər idi. Onda o uşaqların altıda alımı yox idi, beşdə də verimi. O uşaqların bir arzusu vardı: zastavanın naçalniki Paznakovun arvadı Şuranın ürəyi yumuşalsın, Şura da əsgərlərə göstəriş versin ki, bu uşaqları zastavaya buraxsınlar və o uşaqlar da kino zalında davalı kinoya baxsınlar…

… Zastava bizimlə qonşu idi. Yəni bizim həyətlə zastavanın arasında bir hasar var idi. Və bu hasar da elə-belə hasar deyildi, çox hündür idi. Bu uşaqlar o hasara yaxınlaşar, amma əsgərlərin icazəsi olmadan ürək eləyib ora dırmaşmazdılar. Kimsə dırmaşsaydı, o dəqiqə rus əsgərləri onlara hədə-qorxu gələr və düşürdərdilər. Bəzi dəcəl uşaqlar - Tubunun oğlu Dilavərlə Yavər ipə-sapa yatmayanda rus əsgərləri onları gəlib yaxalayar, zastavanın həyətinə aparardılar. Zastavanın həyətinə aparılmaq isə o uşaqlar üçün çox qorxulu idi. Elə ki, rus əsgərləri o uşaqlardan birini yaxalayıb içəri aparırdı, bax onda onların çığırtısına dədələri gəlirdi. Dədələri işə qarışandan sonra zastavanın naçalniki Paznakovun göstərişi ilə o dəcəl uşaqları buraxardılar. Və dədələrinə deyərdilər ki, bax, bir də uşaqlarınız bizdən icazəsiz o hasara dırmaşsa, zastavanın həyətinə baxsa, onu salacağıq içəridəki qaranlıq otağa. Uşaqlardan birini bir dəfə o qaranlıq otağa salmışdılar, o da qorxusundan bir ay özünə gələ bilmədi…

… Paznakovun arvadı Şura bizim kəndin aşağı hissəsindəki orta məktəbdə rus dili müəlliməsi işləyirdi. Bizdən yaşlı uşaqlara dərs deyirdi. Ürəyi yumuşaq adam idi. Elə uşaqlar da həmişə «Şura xala, Şura xala» - deyirdilər...

… Bir dəfə atam məni çağırdı ki, gəl bu qabdakı qatığı və südü naçalnikgilə apar. Bizim uşaqlar o qatığı və südü aparmaq üçün həmişə bir-birilə dalaşardılar. Çünki qatığı və südü aparan uşağa Paznakovun arvadı dadlı konfet və şokolad verirdi. Bir dəfə də o payı mən apardım.
Hasara yaxınlaşdım, Şuranı gördüm:
- Tyotya Şura, ya moloko i matson prinisli – dedim.
Onsuz da rusca yaxşı bilmirdik. Amma biz rusca yaxşı bilməsək də, Şura bizi yaxşı başa düşürdü. Diqqətlə baxdı və dilləndi:
- Tı Qismət malçik?
- Da – dedim.

… Əliylə işarə elədi ki, gəl qapı tərəfə, əsgərlər səni buraxacaq. Mən qapıya sarı gedənə qədər gördüm ki, qapı açıldı və sevinə-sevinə içəri keçdim. Əsgər məni müşayət edərək düz Şuranın yanına apardı. Mən qabdakı qatığı və südü Şuraya verdim, o içəri keçdi. Beş dəqiqədən sonra boş qabı qaytardı və mənə kağıza bükülü bir pay da verdi. O dəqiqə dalağım sancdı ki, sən öl, bu yenə şokolatdan, konfetdən olacaq. Səbrim çatmadı, məni ötürən əsgərin yanında bağlamanı açdım. Gördüm ki, konfet, şokolad və qoz, fındıq ləpələri var. Bağlamanı açanda yazıq əsgər elə baxdı ki, ürəyim ağrıdı. Ovcumu doldurub onun ovcuna basdım. Əsgər sevincindən saçıma sığal çəkdi. Sonra da «sposibo!» dedi. O vaxtdan tay mən heç kimə imkan vermədim ki, Şuragilə qatıq-zad aparsın. Atama deyirdim ki, Şuranın qatığı qurtarıb. Əksinə, Şura qatıq-zad istəmirdi. Sadəcə, biz onun verdiyi konfet və şokolada çox həvəs göstərirdik…

… Mənim böyük qardaşım Qürbət dərslərini heç də yaxşı oxumurdu. Amma bir gün rus dili müəllimi Cəmil müəllim gördü ki, qardaşım rusca çox qəşəng danışır. Qardaşım rusca necə gözəl danışıbsa, Cəmil müəllimin gözü kəlləsinə çıxıb. Atama da deyib ki, Qismət kişi, xəbərin var, Qürbət o biri dərsləri zəif oxusa da, rus dilini semoçka kimi çırtlayır. Soruşuram ki, ay oğul, bunu hardan öyrənmisən? Deyir ki, zastavadakı rus əsgərlərilə dostluq eləyəndən sonra dili yavaş-yavaş öyrənməyə başladım. Sonra gördüm hər şeyi asanlıqla öyrənə bilirəm, sevindim. Cəmil müəllim də ona «beş» yazırdı.

… Zastavaya kino gələndə uşaqlar sevincindən papağını göyə atırdılar. Xüsusən də mamam oğlu Tehran bu kinolara həvəslə baxırdı. Bir gün də o, dedi ki, bu gün soldatlar «Ne kriçila, ne friçila» filmini göstərəcəklər. Dedim ay mamaoğlu, bu nə deməkdi, heç başa düşmürəm. Dedi ki, ayə, mütfilimi deyirəm da. Çünki ordakılar elə-belə danışır: ne kiriçila, ne friçila. Həmin axşam uşaqlar zastavanın hasarına yaxınlaşdılar, ancaq Paznakovun qanı qara olduğuna görə, kinoya baxmağa qoymadılar. Çünki yay vaxtında kinonu zastavanın həyətindəki yerdə göstərirdilər. Yəni ora getməyə heç ehtiyac da yox idi. Sadəcə hasara dırmaşırdın və ordan filmə baxırdın. Mamamoğlu Tehran ürəyi istədiyi filmə baxma bilmədiyinə görə, Paznakovun yeddi arxa dönənini söyürdü. Baxmayaraq ki, mamamoğlu Tehran Paznakovun yeddi arxa dönənini söyürdü, amma o naçalnikin bizə çox yaxşılığı dəymişdi. Yəni Paznakov yeddi arxa dönəninə söyülməyə layiq kişi deyildi. Rus olsa da, bir naçalnik kimi bizim xalqın adətinə, ənənəsinə, böyüyünə, ağsaqqalına hörməti vardı. Pulu qurtaranda atamın yanına gələrdi və ondan borc alardı. Paznakov yeganə adam idi ki, atamdan aldığı borcu vaxtında qaytarırdı. Amma atamın qohum-əqrəbası aldığı pulu heç vaxt qaytarmaz və deyərdi ki, yer qazıb pul qazanıb? Pulunu vermirik! Pambığın müftə puludu da. Başqası yeyənə qədər elə biz yeyərik. Bu sözlər də atamın qulağına çatanda heç əhvalını pozmaz, əksinə, gülər və deyirdi ki, qohumlardı da Allah köməkləri olsun, nə danışır danışsınlar. Hərə öz əməlinə görə Allah-Təala qarşısında cavabını verəcək. Və atam Qismət kişi də heç vaxt qohumlarına verdiyi pulu istəməzdi. İnsafı olanlar qaytarardı, insafı olmayanlar pulu yeyərdi, üstündən də su içərdi…

… Günlərin birində mamam oğlu Təbriz zastavanın həyətinə keçir və ordan əsgərlərin qəfəsdə saxladığı dovşanları tutub aparıbmış. Beləliklə, əsgərlər baxır ki, hər gün qəfəsdən bir dovşan yoxa çıxır. Pusurlar, görürlər ki, mamam oğlu Təbriz gəldi, girdi qəfəsin içinə. Rus əsgəri bunu görən kimi tez qaçıb qəfəsi bağlayır. Mamam oğlu da dovşanı qucağına alıb çıxmaq istəyəndə görür ki, qəfəs bağlıdı. Çığırtısı aləmə yayılır. Sonradan əsgərlərin o çığırıb-bağırandan və ağlayandan sonra ürəyi yumuşalır, qəfəsi açırlar və deyirlər ki, bax, oğrunu tapdıq. Get, o biri dovşanları da gətir, sənə dəyməyəcəyik. Apardığı dovşanın birinin rəngi ağ idi, birinin də qara. Hər ikisini biz səhərdən axşama qədər mamam oğlugildə oynadardıq. O evə gəldi, hər iki dovşanı götürüb geri qayıtdı. Dovşanları verəndən sonra rus əsgərləri tay ona bir söz demədi. Ancaq zastavanın naçalniki Paznakov dovşanları mamam oğlu Təbrizin oğurladığını biləndən sonra deyib ki, tay onu zastavanın həyətinə kinoya baxmağa qoymayın. Mamam oğlu Təbriz də elə-belə oğlan deyildi. Çox savadlı, bacarıqlı uşaq idi. Hasara çıxardı və hasardan da yay vaxtı kinoya baxardı. Əsgərlər nə qədər çalışsa da onu düşürdə bilməzdilər. Əsgərləri bezdirərdi, onlar da tay ona dəyməzdilər...

Tubunun oğlanları Yavər və Dilavər bir gün qaça-qaça zastavaya gəlir və həyəcanla deyirlər:
- Soldat, tam Selbasan şipyon yest!
Əsgərlər də bu sözü ilk dəfə eşidəndə tez ayağa qalxar, həyəcan siqnalı çalar, xüsusi təlim görmüş itlərlə Selbasana tərəf qaçardılar. Gedib bir şey görməyəndən sonra əsəbi vəziyyətdə geri qayıdar və ikinci dəfə bu xəbəri verən uşaqlara deyərdilər:
- İdi tı k çortu!
Heç uşaqlar da bu sözün mənasını başa düşməzdilər və deyərdilər ki, bu kopəkoğlu soldatlar nəsə bizə söydü. Və onlar da onu söyən soldatların yeddi arxa dönənini yağlayardılar…
Selbasan da elə bir yer idi ki, orda kolun, kosun, qarğının, qamışın əlindən tərpənmək olmurdu. Harda bir qarğı şıqqıldadı, harda bir səs gəldi, elə bilirdik ki, orda bir şipyon var. Çünki bizə o qədər şipyon haqqında danışmışdılar ki, gözümüzə hər yerdə şipyon görünürdü. Zastavada göstərilən kinolarda da şipyon görəndə deyirdik ki, bu, Selbasandakı şipyona oxşayır. Hansı ki, Selbasanda biz nə şipyon görmüşdük, nə də bir canavar. Ən yaxşı halda Selbasanda o kol-kosların arasında ya tısbağa olardı, ya da ilan-çayan. Bir dəfə də Abbasın oğlu Xudu demişdi ki, Selbasanda 20 canavar görmüşəm. Sonradan məlum oldu ki, onlar canavar deyilmiş, Abbasın oğlu Mürsəlin yekə itiymiş.

… İndi o Selbasanda bir kol-kos, bir qarğı, bir ağac qalmayıb. Hansı ki, biz uşaq olanda kol-kosun, qarğının əlindən ora girə bilməzdik. Qoyun-quzunu aparıb otaranda qorxardıq ki, kol-kosun arasında qoyun-quzu itər və bizim də bir qara erkəyimiz o kol-kosun arasında itmişdi və onu da quyruğundan çaqqal basıb yemişdi. Çünki üç gündən sonra o qara erkəyin yeyilmiş sür-sümüyünü tapdıq. Selbasan qarış-qarış, metr-metr 40 il bundan qabaq həyətyanı sahə kimi bəhmənlilərə paylanıb. İndi Selbasanda hərə özünə bir yurd qurub…

… İndi nə Selbasan var, nə də yuxarıda adını çəkdiyim o uşaqlar. O uşaqların bir neçəsi və içərisi mənim qardaşım Qurbət daxil olmaqla Allahın dərgahına qovuşublar. Sağ qalanlar isə 65-66 yaşlarını haqlayıblar. Mənim yaşda olan və məndən bir qədər böyük mamam oğlu Tehran, Təbriz, Əhməd, əmiuşaqlarım Əbdürəhim, Zülfüqar, Əsgər, Məhəmməd, Rəfael hərəsi bir evin, bir nəslin ağsaqqallarıdır. O uşaqlıq anlarını, o gözəl illəri yada saldım ki, qoy bir daha arxada qalan uşaqlığımıza dönək, xatirələri yada salaq. Axı insanları xatirələr yaşadır. O xatirələr ki, çoxu bizim yadımızdan çıxıb. Yadımızdan çıxsa da, ayaqyalın, başıaçıq gəzdiyimiz və bu gün bir-birimizdən xəbər tutmamağımıza baxmayaraq, o yollar, o izlər, o məkanlar və Quruçay bizi heç vaxt yaddan çıxarmır…

… O anları yada saldım, çox kövrəldim. Atalı-analı, qardaşlı günlərə qayıtdım. Bilmirəm, uşaqlıq yoldaşlarımı da bu anlar kövrəldəcək, yoxsa yox?! Mən bunları qələmə alıb öz borcumdan çıxdım. Kimlərinsə ürəyinin «sarı siminə» toxundumsa, məni üzrlü saysınlar…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK