hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: HORADİZİ AVROPA ŞƏHƏRİNƏ ÇEVİRƏN Adalet.az | Faiq QİSMƏTOĞLU: HORADİZİ AVROPA ŞƏHƏRİNƏ ÇEVİRƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: HORADİZİ AVROPA ŞƏHƏRİNƏ ÇEVİRƏN

11603    |   2018-08-03 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… İnsanlar ancaq öz əməllərilə yadda qala bilərlər. Yəni hər hansı bir insan nə qədər vəzifəli, nə qədər istedadlı, nə qədər bacarıqlı olsa belə, əməli-saleh deyilsə, xalqa, millətə, insanlara doğma münasibət göstərmirsə, onlar heç vaxt elin, obanın yaddaşında qala bilməzlər. Ən azından ona görə ki, həyat müvəqqəti olduğu kimi, vəzifə də daimi deyil. Əgər vəzifə daimi deyilsə, deməli, bu barədə ciddi düşünməli, bir daha götür-qoy edilməlidir. Yəni insanı yaşadan onun insanlığı, böyük ürəyi, millətə və xalqa olan sevgisidir…

Mən gözümü açandan Füzulidə raykomun 1-ci katibi və eləcəcə də icra başşçıları görmüşəm. Ancaq onların heç də hamısı bizim camaatın yaddaşında, qəlbində elə də bir iz qoymayıb. İz qoyanları isə bu camaat, bu xalq heç vaxt yaddan çıxarmayıb. Çünki onlar o vəzifəyə, o yüksək kresloya təsadüfən gəlməyiblər… çünki onlar o yüksəlişə çatana qədər nə qədər enişli-yoxuşlu yollar keçiblər… çünki onlar sadə xalqla, camaatla öz dilində danışmağı bacarıblar…

… Uzun illər keçsə də bax, həmin insanlar bu gün də xatırlanır. Partiyanın kəsəkəs vaxtında Füzulidə rayon Partiya Komitəsinin birinci katibi vəzifəsini Qədim Əhmədov daşıyırdı. Onda biz orta məktəbdə oxuyurduq. Amma görürdük ki, böyüklərimiz, ağsaqqallarımız Qədim Əhmədov barəsində ağızdolusu danışır. Deyirdilər ki, bu kişi camaat adamıdır. Və camaat adamı olan Qədim Əhmədov da heç vaxt özündən razı olmazdı. Hətta kimi danlasaydı, buna görə kimsə ondan inciməzdi. Sonra Füzuliyə Partiya Komitəsinin birinci katibi vəzifəsinə Əhməd Əhmədzadə təyin edildi. O da öz istedadı, savadı və obyektivliyi ilə camaatın çox böyük hörmətini qazandı. Çox adamı vəzifəyə qoydu və heç bir təmənna ummadı. Aslan Mehdiyev də bir müddət rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışdı. Kişi kimi işlədi, kişi kimi də o vəzifədən getdi. Nəbi Muxtarovsa nə az, nə çox, düz 18 il Füzuli rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışdı. Hamı da onu savadlı, obyektiv, dövlətə və prezidentə sədaqətli insan kimi tanıdı. Və eyni zamanda camaat onu da tanıdı ki, Nəbi müəllim gözünün işığı da olsa haqqı tapdayana heç vaxt güzəşt etməzdi. Bunlar hamısı füzülilərin yaddaşına həkk olunub və tarixi heç vaxt silmək olmaz. Düzdür, biz insanlar haqqında öz müsbət fikirlərimizi səsləndirdik. Amma onlara ən dəqiq, ən obyektiv qiyməti verən tarix və zamandır.


Bu gün isə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. Və Alı Alıyev bu vəzifəyə qədər çox böyük həyat məktəbi keçib. Müxtəlif vəzifələrdə işləyib. Mən deyərdim ki, Füzuli camaatını, onun kənd təsərrüfatını, iqtisadiyyatını Alı müəllim qədər hər vəzifəli şəxs bilə bilməz. Çünki Alı müəllim hansı vəzifədə əyləşibsə, həmişə camaatın içində olub, el-oba ilə öz dilində danışıb, onların ağrı-acısını duya bilib. Belə bir deyim var: «Ağrımayan adam heç vaxt ağrıyan adamı başa düşə bilməz». Bax, bu konteksdən hadisələrə yanaşanda, Alı Alıyev sözün həqiqi mənasında hər bir füzulilinin, hər bir insanın ağrısını-acısını duya bilib və onun qəlbini ələ almağı bacarıb.

Artıq 8 ildən çoxdur ki, Alı Alıyev Füzuli rayon icra hakimiyyətinin başçısı vəzifəsini çox böyük məsuliyyətlə, vicdanla icra edir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında səsləndirib ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Və Alı müəllim də bu missiyanı, bu vəzifəni həmişə xalqa xidmət etməkdə görüb.

Çox nadir başçı olar ki, hər səhər saat 6-da ayağa qalxsın, şəhərə çıxsın, piyada gəzsin və mövcud nöqsanları elə həmin anda əlaqədar qurumların diqqətinə çatdırsın. O, hər səhər Horadiz şəhərinə çıxır, hər şeyə göz qoyur, səliqə-səhmana fikir verir, hətta yeni əkilmiş ağacların bu yay günündə suvarılmasını belə yaddan çıxarmır. Bilmirəm, siz Horadizdə olmusunuz, yoxsa yox. Son 7-8 ildə Horadiz şəhərində o qədər möhtəşəm işlər görülüb ki, onu saymaqla qurtarmaq olmaz. Bütün bu işlər bir günün, iki günün nəticələri deyil. Bunlar hamısı uzun illərin müəyyən zaman kəsiyinin bəhrəsidir.

İcra başçısı var ki, sinəsinə döyüb deyir ki, rayondakı bütün işləri mən görmüşəm. Alı müəllimlə dəfələrlə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı söhbətlərimiz olub. Bir dəfə görmədim o desin ki, bu qədər işləri biz həyata keçirmişik. Həmişə sözünün əvvəli də, sonu da belə olub: rayonda nə qədər abadlıq işləri gözə dəyirsə, hamısı cənab prezident İlham Əliyevin zəhmətinin bəhrəsidir. Biz sadəcə olaraq tapşırılan işi icra edirik. Yəni cənab prezident rayonun sosial-iqtisadi inkişafı üçün vəsait ayırıb və həmin vəsait də böyük abadlıq işlərinin görülməsinə xərclənib. Alı müəllim bir sözü də xüsusilə vurğulayıb ki, bu məsələlərdə, yəni abadlıq, quruculuq işlərində rayon camaatı də bizə dəstək olub.

Ölkə prezidenti İlham Əliyev dəfələrlə Füzuliyə səfər edib. Hər dəfə Füzulidə görülmüş möhtəşəm işlərin şahidi olanda prezidentin də ürəyi açılır, bu camaata, bu el-obaya köməkliyini əsirgəmir. Və onu da qeyd edək ki, prezident İlham Əliyev digər rayonlarla müqayisədə Füzuliyə daha çox diqqət və qayğı göstərir. Bu da həm icra başçısı Alı Alıyev, həm də camaat tərəfindən yüksək qiymətləndirilir.

Mən dəfələrlə sadə insanlarla söhbət eləmişəm və onların heç bir vəzifə sahibindən asılacağı yoxdur. O sadə insanlar deyirlər ki, əgər biz burda, cəbhə bölgəsində rahat yaşayıb işləyiriksə, bu əmin-amanlığa, bu xeyir-bərəkətə görə, cənab prezidentə minnətdarıq.

Təbii ki, ölkəmizdə prezident İlham Əliyevə sədaqətli olan kifayət qədər vəzifəli şəxslər var. Onlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Sözdə bunu çoxları deyir. Amma gəlin Füzuliyə baxın, görün, Alı müəllim nə qədər cənab prezidentin etimadını doğruldur, Prezidentə və xalqına sədaqətlə xidmət eləyir.

İcra başçısı var ki, günlərlə, həftələrlə qəbuluna düşmək olmur. Amma Alı müəllimin qəbul günü oldu-olmadı, istənilən vaxt Füzuli rayon sakini onunla görüşə bilər və dərdini deməkdə çətinlik çəkməz. Və Alı müəllimin ən müsbət xüsusiyyətlərindən biri odur ki, Füzulinin bütün kəndlərində səyyar görüşlər keçirmiş və bu gün də o görüşlər davam eləyir. Bu cür görüşlərdə Alı müəllimlə yanaşı, rayonun hüquq-mühafizə orqanlarına və eləcə də digər dövlət qurumların rəhbərləri iştirak eləyirlər. Yəni görüş zamanı hər hansı vətəndaşın qaldırdığı problem çox vaxt elə yerindəcə həllini tapır, digər məsələlərsə diqqətdə saxlanılır.

Bir dəfə bizim Bəhmənlidə səyyar görüş keçirilir. Həmin görüşdə bir neçə istedadlı gənc maraqlı təkliflərlə çıxış edir. Həmin gənclərdən birinin çıxışı Alı müəllimin diqqətini cəlb edir. Onunla söhbət edir, bir daha bacarığını, savadını müəyyənləşdirəndən sonra icra hakimiyyətinə işə dəvət edir. Bir müddət həmin gənc icra hakimiyyətində işlədikdən sonra yeni açılmış xalçaçılıq sexinə rəhbər vəzifəyə təyin olunur. Ümumiyyətlə, bu səyyar görüşlər zamanı Alı müəllim çox istedadlı gəncləri üzə çıxarır və onları icra hakimiyyətində işə gətirir.

Dəfələrlə bizimlə söhətində Alı Alıyev bir fikri səsləndirir ki, bu gün gənclərə cənab prezident çox böyük etimad göstərir və biz də rayonda belə istedadlı gəncləri axtarıb tapır, onları layiq olduğu yerlərdə yerləşdiririk. Çünki bugünkü sürətli inkişaf daha istedadlı və daha enerjili gənclərə «yaşıl işıq» yandırır. Və biz də belələrini axtarıb tapmalıyıq.

Füzulidə yolun sağ və sol hissəsində 8 il bundan qabaq çinar ağacları əkilib. Və bu çinar ağacları tək Füzuli-Horadiz yolunda deyil, bütün kəndlərə gedən yolların kənarında boy verməkdədir. İndi bu ağacların bir kölgəsi var ki, gəl görəsən. Bir gün Füzulidən Horadizə gedirdik, hava da çox isti idi. Kərimbəyli kəndinin yuxarısında pambıq alağı eləyən qadınlar çinarın kölgəsində oturub nahar edirdilər. Hansı ki, 3-4 il bundan qabaq həmin qadınlar bir kölgəlik tapmırdılar ki, bir tikə çörək kəssinlər. Yəqin ki, onların ürəyindən bu sözlər keçirdi: kim bu ağacı əkibsə, Allah onlara can sağlığı versin, ölənlərinə də rəhmət eləsin!

Füzulidə, eləcə də Horadiz şəhərində çox gözəl məkanlar var. Mən onlardan cəmi ikisinin adını çəkəcəyəm: biri Heydər Əliyev parkı, biri də Bayrıq meydanı! Bilirsiniz, beş-on il bundan qabaq yayın istisində heç kəs Horadizdə tab gətirə bilməzdi. Amma indi şəhərdə əkilmiş on minlərlə ağacın sərinliyi Horadizi cənnətə döndərib. Hətta axşam saatlarında qonşu kəndlərdən çoxlu sayda insanlar isti yay günlərində sərinləmək üçün Heydər Əliyev parkına gəlirlər.

Bayraq meydanı isə çox möhtəşəmdir. Təsəvvür edin, bir vaxtlar bu yüksəklikdə ilanlar mələyirdi və ora qalxmaq da çox çətin idi. Bayraq meydanı inşa ediləndən sonra bu ünvan çox möhtəşəm görünür. Gecələr rəngarəng işıqlar bura qeyri-adi bir füsünkarlıq gətirir. Mən də gecə saatlarında Horadizə gəlmişəm və nəvəm deyir ki, dədə, gəl qalxaq Bayraq meydanına. Çünki ora çox sərin olur. Deyirəm ki, Tunar, yorulmazsan ki? Deyir yox! Dostum Arif, oğlum Emin və nəvəm Tunarla pilləkənləri yuxarı qalxırıq. Arfilə Emin yorulub yarı yolda qalır. Amma maşallah, Tunar məndən də qadaqda gedir. Beş-altı dəqiqəyə lap yüksəkliyə qalxırıq. Oturacaqda əyləşib dincimizi alırıq. Ordan Horadiz şəhəri, hətta qonşu İranın Aslandüzü ovuc içi kimi görsənir. Bura o qədər sərindir ki, geri qayıtmaq istəmirik…

… Yarım saatdan sonra pilləkənləri aşağı enirik. Burda isə bizi isti hava qarsır. Tunar deyir ki, dədə, ora heyf deyildi, gəl qayıdaq! Nəvəmi sakitləşdirirəm ki, sabah bir də gələrik…

… Hər səhər açılanda bax beləcə, bir ümid göyərir. Çünki bu ümidin göyərməsi insanların sevinməsi, ürəyinin açılması deməkdir. Və camaat da ona sevinir ki, bu gün rayonun ağır yükünü çiynində daşıyan icra hakimiyyətinin başçısı Alı Alıyev həmişə onların yanındadır. Ən azından ona görə ki, hansı xeyir-şərə getsən orda Alı müəllimi görmək olar. Bir dəfə Aşağı Yağlıvəndə getmişdim. Dostum, tanınmış jurnalist rəhmətlik Əsgər Şıxəliyevin yas məclisində işitrak edirdim. Dedilər Alı müəllimin bu kənddə camaatla görüşü olacaq. Ancaq mənim vaxtım olmadığına görə, o görüşdə iştirak edə bilmədim. Camaatın isə arasında olmaq, onların dərd-sərilə maraqlanmaq icra başçısını xalqa daha da yaxınlışdırır. Və Alı Alıyevi də elə camaata sevdirən, doğmalaşdıran onun prezidentə və bu el-obaya sadiq olmasıdır. Sadiqlik heç kimin yadından çıxa bilməz…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK