viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Aqil ABBAS: BƏLKƏ GEDƏK O QUBALINI SALAQ TƏPİYİN ALTINA?! Adalet.az | Aqil ABBAS: BƏLKƏ GEDƏK O QUBALINI SALAQ TƏPİYİN ALTINA?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: BƏLKƏ GEDƏK O QUBALINI SALAQ TƏPİYİN ALTINA?!

15223    |   2018-07-26 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vay dədəm vay, neçə gündü nə qəzetlər, nə saytlar, nə də sosial şəbəkələr susmur. Qubada bir nəfərin ərəbdən ağacın kölgəsində dincəlmək üçün 5 manat pul istəməyi ölkənin gündəmini zəbt edib, hətta Ağdamın işğalının 25 illiyi də yaddan çıxıb.

Dostlar, on iki İmama ağlayanda bir dəfə də Yezidə ağlayarlar. Heç o uşaq da Yezid deyil. Məsələnin dərinliyinə varmadan söyürsüz. Az qala yazığı intihar həddinə çatdırmısız.

Qubada kənd sakinlərinə meşələrdən pay torpaqlar ayrılıb. Təbii ki, orda əkin-biçin üçün yararlı heç bir şey yoxdu. Onlar da həmin pay torpaqlarından ailələrini dolandırmaq üçün müxtəlif məqsədlərlə istifadə edirlər. Səliqə-səhman yaradırlar, stol-stul qoyurlar, samovar qoyurlar, piknik eləmək istəyənlərə müəyyən pul müqabilində icarəyə verirlər. Bu iki-üç aylıq yay mövsümündən balaları üçün bir tikə çörək pulu qazanırlar.

Özü də bu təkcə Quba rayonuna aid deyil. Meşəsi, təbiəti olan digər rayonlarda da əhali əkinə yararsız pay torpaqlardan belə istifadə edir. Qəbələsi olsun, İsmayıllısı olsun, Qaxı, Şəkisi olsun və sair və ilaxır. İndi o yazıq da öz pay torpağında stol-stul qoyub çay satır. Ərəb də şellənə-şellənə gəlib onun şəxsi mülkündə kef eləmək istəyir. İndi o qubalının o ərəbin dədəsinə borcu var? Sizin bağınıza, həyətinizə ərəblər, ərəb olmasın olsun qardaşlarımız türklər, gəlib girib harda istəsələr uzansalar, istirahət eləsələr xoşunuza gələr, həyətə buraxarsınız?

Həmin ağac da onun şəxsi mülküdü. Zəlimxan Yaqub demiş, üstü Allahın olsa da, altı özünündü.

Düşmüsüz bir qubalı yazığın üstünə. Özünüz Bakı şəhərində dənizə girə bilmirsiz, hər yer hasarlanıb. Özəl çimərliklərə də girmək üçün adambaşına 5-10 manat pul verirsiz.

O ağac da onun özəl «çimərliyidi».

Qaqa, dilxor olma, sənə söyənlərin bircə sənə söyməyə cəsarətləri çatır. Özləri dənizin qırağında dənizə həsrətdilər.

Ağdamlıların keflərinin kök vaxtı belə bir sağlıqları vardı:

- Bunu içək çay qırağında bitib susuz qalan ağacların sağlığına.

Əslində bu sağlığın altında çox böyük mənalar yatır.

İndi gəlin bunu da içək:

- Dəniz qırağında yaşayıb dənizsiz qalanların sağlığına.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK