Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil ABBAS: CƏLİLLƏ BAĞLI MƏNİ QINAYANLARA… Adalet.az | Aqil ABBAS: CƏLİLLƏ BAĞLI MƏNİ QINAYANLARA… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: CƏLİLLƏ BAĞLI MƏNİ QINAYANLARA…

20658    |   2018-07-10 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə şair Cəlil Cavanşirin intihara cəhdi ilə bağlı müzakirələrdə baxıram məni də qınayırlar: mən hardaymışam, niyə Cəlilə dayaq durmamışam, niyə Cəlili tək qoymuşam və sair və ilaxır.

Mən imkanım daxılində gənc istedadların hamısına dayaq durmağa çalışıram. Və Allahın da bacısı oğlu deyiləm ki, (bir qaçqının bacısı oğlu) hər şeyə gücüm çata. Əlimdən nə gəlir o. Və bəlkə də bu günə qədər onlarla gənc istedada dayılıq eləmişəm. Özü də ən çətin vaxtlarında. Adlarını çəkmək istəmirəm, heç lazım da deyil. Mənim bir sözüm var: «Balığı at dəryaya nəinki balıq, heç Allah da bilməz. Özün ki, bilirsən bəsindi. Yəni Allaha minnət qoyma ki, balığı dəryaya atmışam, əvəzini ver».

Elə son zamanlar işsizlikdən gileylənən və bunu sosial şəbəkədə yazan beş istedadlı gənci axtarıb tapmışam, redaksiyaya dəvət eləmişəm və demişəm ki, gəlin işləyin və bu gün də «Ədalət»də çalışırlar.

Və əvvəllər də nə qədər belə işsiz gəncləri tapıb işə götürmüşəm. Elə jurnalistikanı da burda öyrəniblər, sonra pərvazlanıb başqa qəzetlərə və dövlət işlərinə gediblər. Gələk Cəlil Cavanşirə! Cəlil Cavanşir çox sevdiyim bir şairdi. Yüksək də intellektə malikdi. Hardasa işləyirdi, işdən çıxarmışdılar, bəlkə də özü çıxmışdı. Eşitdim, axtarıb tapdım və redaksiyaya dəvət elədim. Xeyli müddət də bizdə işlədi və yüksək də maaş verdim. Özü də sərbəst işləyirdi, başqaları kimi vaxtlı-vaxtında redaksiyada olmurdu, nə vaxt istəyirdi gəlirdi, nə vaxt istəyirdi gedirdi. Bunu da heç vaxt ona irad tutmadım. Şairlər belə olur, ümumiyyətlə, bütün istedadlar belə olur. Sonra deyəsən Bilik Fonduna getdi. Yenə həmişə axtarmışam, tapmışam, hətta ailəmi götürüb Oğuza Cəlilgilə qonaq getmişəm, balalarını bağrıma basmışam. Yəni Cəlil həmişə mənim diqqət mərkəzimdə olub və indən belə də olacaq.


İntihar hadisəsi baş verən gecə nə mən, nə də ailəm yatıb. Birinci xəbər mənə verilib. Dostlar ünvanını bilmirdilər, amma telefonu açıq idi, bəlkə mən polisin köməyi ilə telefonu olan ünvanı nüfuzumdan istifadə edib tapa biləm. Özü də istirahət günü idi. Ehsan Zahidovu ayağa qaldırmışam. Daxili İşlər Nazirliyi öz köməyini əsirgəməyib. Həm polis, həm də təcili yardım hadisə yerinə göndərilib. Birinci özünü yetirən də qardaşı olub, bir də Elşad Məmmədli. Məni də ayağa qaldıran Elşad Məmmədli olmuşdu. Hətta mən övladlarımı da ayağa qaldırmışdım. Hüquq-mühafizə orqanlarında işləyirlər, onlar da kömək eləsin, ünvanı tapa bilək. Allaha şükür, hər şey yaxşı sonluqla bitdi.

Elşad Məmmədliyə də telefon açdım (həmin gecə bir neçə dəfə əlaqə saxlamışıq və sonra da), dedi yanındayam, özümü çatdırmışam. Xahiş elədim ki, o axmağa mən əvəzdən bir-iki babat sillə vur. O da gülərək dedi ki, Məllim, narahat olma, elə qolunu sarıyan kimi silləni partlatdım ey qulağının dibindən.

Bəli, Cəlil təkcə onu sevənlərin yox, həm də ümumiyyətlə, hamının əsəbləri ilə oynadı. Çox axmaq bir iş gördü. Nə mən, nə də dostlar onun bu axmaqlığını bağışlayacam, nə də onu tək qoyacam. Atası gəlib aparıb rayona. İnşallah, bir-iki şapalaq da atası vurar, ağlı başına gələr.

Və sonda belə təcili reaskiya göstərdiklərinə görə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidova, Yasamal rayon Polis İdarəsinin rəisinə və bütün əməkdaşlarına təşəkkür edirəm.

P.S. Hava bir az sərinləsə intiharla bağlı əlavə bir yazı yazardım.





İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK