ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS:ELMAR VƏLİYEVƏ ATILAN GÜLLƏ ELƏ ŞİƏLİYƏ ATILIB

24345    |   2018-07-09 09:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elmar Vəliyevə və köməkçisinə sui-qəsdlə bağlı istintaq aparılır. Saytlar və sosial şəbəkələr də dəqiqləşdirmədikləri və heç bir fakta söykənməyən dedi-qodular yaymaqla məşğuldurlar. Nəticədə şayiələr baş alıb gedir. Əslində belə paylaşmalar və saytlardakı yazılar istintaqı yönləndirmək cəhdi kimi qiymətləndirilə bilər.

İndi killer Yunis Səfərovun xanımının bir səs yazısını həm mətbuatda, həm də sosial şəbəkələrdə paylaşıblar. Hələ o dəqiq deyil ki, bu danışan cinayətkarın xanımıdı, ya yox. Yəqin istintaq bunu da aydınlaşdırar.

Xanımı iddia edir ki, Y.Səfərovun Elmar Vəliyevlə heç bir ədavəti yoxdur, o, E.Vəliyevdən İmam Hüseyn intiqamını alıb. Guya icra başçısı dindarları təhqir edibmiş, nə bilim hansısa plakatları cırdırıb.

Əvvəla, həzrəti İmam Hüseynin başını nə Elmar Vəliyev, nə onun nəsilindən kimsə, nə də ulu babalarından kimsə kəsməyib. İmam Hüseynin başını kəsənlər də məlumdu, nəsili də məlumdu. Və həmin nəsil bu gün də İslam aləmini qarışdırır. Elmar Vəliyevə güllə atan da həmin nəsilin nümayəndəsi çıxa bilər.

İkincisi, Elmar Vəliyev İmam Hüseyn sevdalısı olmasaydı, Gəncədəki İmamzadəni Azərbaycanın ən böyük ziyarətgahına çevirməzdi. Bu İmamzadədə aparılan təmir-tikinti, abadlıq işlərinə dünyanın özündən deyən İslam ölkələri həsəd apara bilər. Təbii ki, İmamzadənin belə yüksək səviyyədə yenidən qurulmasında Möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətini xüsusilə qeyd etmək lazımdır.


Son illər Azərbaycanda şiəliyə qarşı genişmiqyaslı bir hücum var. Və bu hücumda da siyasətçilər, tanınmış ziyalılar xüsusi fəallıq göstərirlər. Şiəliyi nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxırlar, hətta müqəddəsləri təhqir etməkdən belə çəkinmirlər. Azərbaycan əhalisinin təxminən 85 faizi, bəlkə də çoxu şiədi. Şiələri hiddətləndirmək üçün, ölkənin əmin-amanlığına, sabitliyinə zərbə vurmaq üçün cəhdlər edilir. Təbii ki, həmin şəxslərin arxalarında həm daxildən, xüsusilə də xaricdən böyük qüvvələr dayanır.

Ateistləri başa düşmək olar, onlar bütün dinlərə qarşıdırlar. Bu onların yoludu, amma bir məzhəbi qaldırmaq və başqa bir məzhəbi aşağılamaq tamamilə böyük tərbiyəsizlik və əxlaqsızlıqdı. Hansı məzhəbin üzvüsənsə məzhəbini təriflə, amma başqasını təhqir eləmə.

Mən bir dəfə yazmışdım, yenə də təkrar edirəm. Qarabağ müharibəsində çalmalarına «Ya Əli», «Ya Hüseyn» yazdırıb özlərini tankların altına atan, sinəsini düşmən gülləsinə sipər edən yüzlərlə gənc görmüşəm, qucağımda şəhid olanı da olub. Amma sizlər çalmalarına «Ya Yezid», «Ya Müaviyyə» yazdırıb şəhid olan bircə gənc gördünüzmü?!

İndi bu səs yazısını yaymaqla belə bir ağır cinayəti şiəliyin üstünə atmaq istəyirlər. Həm də istintaqı əsl hədəfdən yayındırmağa çalışırlar. Birinci, şiəlikdə terror yoxdu, bircə fakt desinlər, deyə bilməzlər. İkincisi, heç bir şiə İmamzadəni o səviyyədə tikdirən və abadlaşdıran bir oğlana güllə atmaz, əli qalxmaz.

Elmar Vəliyevə güllə atan killerdi. Və onun arxasında da yəqin ki, kimlərsə var. İstintaq bunun hamısını aydınlaşdıracaq və o silahı Yunis Səfərovun əlinə verən kəsləri də üzə çıxaracaq və hər biri öz layiqli cəzasını alacaq.

Allahdan Gəncəni böyük bir mədəniyyət mərkəzinə çevirən və bütün dünyanın diqqətini öz quruculuq işləri ilə Gəncəyə yönəldən Elmar Vəliyevə tezliklə sağalmasını arzulayıram.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK