ANA SƏHİFƏ / YAZARLAR

QURBANƏLİ BƏYİN TAPANÇASINI GÖZÜNƏ SOXARDILAR

52388    |   2013-04-10 08:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə olar Rəsul Həmzətov  deyəndə, ağıllı  fikirdi: "Keçmişə güllə atsan, gələcək səni  topa tutacaq!" Biz keçmişə güllə  atmırıq ey, güllə atsaq  dərd yarıdı, biz keçmişə  top atırıq. Bu məntiqlə gələcək də bizə atom bombası  atacaq, sonra biz də yaponlar kimi bu atom bombasının təsirindən kəndimizə gəlib daha ağıllı işlərlə məşğul olacağıq.

Məsələ nədi. Uzun müddətdir  ölkədə  müəyyən bir qrup şəxs millətin  inanclarını, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini aşağılamaqdan, nüfuzdan salmaqdan ötəri  qollarını, daha dəqiq desək, qələmlərini  çırmalayıb düşüblər mətbuatın  canına. Elə bil  kimlərinsə qarşısında  öhdəlik  götürüblər. Özü də bu şəxslər  tanınmış ziyalılardı, ağıllı və çox savadlı insanlardı.

Sanki qarşılarına belə bir məqsəd qoyublar ki, bu millətin bütün qəhrəmanlarını  yerlə-yeksan etsinlər və dünyaya göstərsinlər ki, bu millət şəxsiyyət yetişdirməyə qadir deyil.

Babək haqqında, Nəsimi, Şah İsmayıl, Koroğlu, Qacar, Mirzə Fətəli Axundov, Qaçaq Nəbi, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sabir, Mirzə Cəlil, Elçibəy (tam siyahı deyil) haqqında nələr yazmırlar, nələr uydurmurlar, nələri  müzakirə mövzusuna  çevirmirlər?!

Allah sənə rəhmət eləsin, Səməd Vurğun, yaman demisən! Amma yazmıram. Çünki həmin şəxslər millətimiz  üçün az-çox gərəkli  insanlardı və mənim də  onlara az-çox hörmətim var. Zaman-zaman onlara cavab verməyə  çalışmışam. Başqa ziyalılarımız da onlara  sözlərini  deyiblər və  deyirlər, amma xeyri yoxdu.

Son günlər hədəfdə  Mirzə Cəlildi, Sabirdi və təbii ki, "Molla Nəsrəddin" jurnalıdı.

Bu dəqiqə  həvəsim yoxdu bu mənasız və zərərli müzakirəyə qoşulmağa, amma bir məsələyə toxunmaya bilmərəm.

Oxudum, deyirlər ki, "Qurbanəli bəy  Mirzə Cəlilin başına  tapança  dirəyibmiş".

Əvvəla, Mirzə Cəlil Qurbanəli bəyi aşağılamaq üçün o hekayəni yazmayıb. Həmin hekayədə Ustadın məqsədi  tamamilə başqa bir məsələdir, özü də çox ciddi məsələ. Həmin hekayəni diqqətlə oxusalar,  Qurbanəli bəyin qaçıb axurda  gizlənməsinin səbəbini  anlamaq üçün alim olmaq lazım deyil.

Keçək ikinci məsələyə. Mirzə Cəlil sıradan bir adam  deyildi ki, "kakoy-nibud" bir Qurbanəli bəy onun başına  tapança  dirəyəydi.

Həmidə xanım Mirzə Cəlilin namusu  olduğu kimi, Mirzə Cəlil də Həmidə xanımın şərəfi, başının tacı idi. Kimin hünəri çatardı ki, Pənah xanın nəvəsi, hətta Ağa Məhəmməd şah Qacar kimi bir sərkərdənin belə çəkindiyi Məmməd bəy Cavanşirin nəvəsi Həmidə xanımın - Mircəfər Bağırov kimi bir əjdahanın qabağından qaçmayan, heç dəvətini qəbul etməyən Həmidə xanımın -  başının tacına, şərəfinə silah çəkəydi. Həmidə xanım həmin adamı  (bəy yox, lap xan olsun) deşik-deşik edərdi. Və Qurbanəli bəyi də at axuruna yox, it damına salardı.

Sonrası. Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər  Səttarxanın igid komandirlərindən biriydi. Millətinin şərəfini, qeyrətini qoruyan bir igid öz doğma qardaşına edilən həqarəti yeyə bilərdimi? Gəlib Qurbanəli bəyi ağaca  keçirərdi. Özü də həmin vaxtlar xəstələndiyindən Kəhrizlidə, Mirzə Cəlilgildə yaşayırdı. Yeri gəlmişkən, elə Kəhrizlidə vəfat edib və Əhməd bəy Cavanşirin qəbrinin yanında dəfn olunub.

Daha sonra. İçində bir qıça da qorxu hissi olmayan Mirzə Cəlil Qurbanəli bəyin qabağından qaçardımı?!

Bu bir həqiqətdir ki, Qarabağ bəylərinin bir çoxu  Mirzə  Cəlili sevmirdi. Bilirsiz niyə? Yazılarına görə yox, heç indi - XXI əsrdə  bəylər yazı  oxumur, ondakı XX əsrin əvvəlləri ola.

Bəylər Mirzə Cəlili oxusaydılar XX əsrin sonlarında Məmməd  Araz yazmazdı:

Biz niyə bu günə düşdük, ay dədə?!

Qarabağ bəylərinin bir çoxu  Mirzə Cəlili ona görə sevmirdilər ki, Həmidə xanım onları yox, Mirzə Cəlili seçmişdi.

Bəli, Xan nəvəsi bəyləri deyil, Mirzə Cəlil Xanı seçmişdi.

Qurbanəli bəy  Mirzə Cəlilin başına tapança  dirəmişdi?! Ay siz öləsiz!

Aqil ABBAS

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK